APREL TOQQUŞMALARININ QURBANLARI: CƏLİLABADLI RÖYAL NƏSİROV

Стандартный

Röyal_Nəsirov.jpg

Röyal İmran oğlu Nəsirov (d. 16 mart 1997CəlilabadAzərbaycan — ö. 2 aprel 2016TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub.

Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Hərbi xidmətdə fərqlənməyə görə» III dərəcəli medalı ilə təltif edildi.

Обсуждение закрыто.