MEYDAN GÜNDƏLİYİ. 15 MART 1988

Стандартный
MEYDAN GÜNDƏLİYİ. 15 MART 1988

15 mart 1988. 

Yuqoslaviyaya rəsmi səfərə gedən Sov.İKP MK Baş katibi M.S.Qorbaçovu müşayiət edənlərdənbiri Q.X.Şahnazarovdur. Artıq akademik T.S.Xaçaturova istinad etməklə nüfuzunu ləkələmiş A.Ağanbeqyanı belə rəsmi yerlərdə başqa erməninin əvəz etməsi bizim adamların o saat diqqətini çəkdi.

Bə zisi deyirdi ki, ermənilərin könlünü alırlar, bə zisi deyirdi ki, bu siyasətdənbaş açmaq çətindir. Bizim üçün maraqlı burasıdır ki, martın 15-ində Belqradda olarkən Qorbaçov Ermənistanla Azərbaycan arasındakı hadisəni “diskussiya” adlandırılmış və bunun Sovet hakimiyyəti vədövləti, sosializm üçün heç bir qorxu törətmədiyini bildirərək hadisələri mədəni, etnik səciyyəliproblem kimi qiymətləndirmiş, partiyanın rolunu inkar edənlərin yoxluğunu demişdi. (Ancaqaradan vur-tut bir həftə keçəndən sonra bəlli oldu ki, ermənilər nəinki partiyanı, heç rus xalqınıda tanımırlar!).Raisa Maksimovna da diqqəti cəlb edir. O, Qorbaçovdan bir addım da aralanmır, Baş katibdənsonra rə y kitablarına ikinci imzanı atır, müsahibələr verir. Qorbaçovdan sonra adətən onungəzintiləri haqqında reportajlar televiziya verilişlərində bütün səfər boyunca müntəzəmişıqlandırılır. Qarabağ hadisələri ilə əlaqəsi olmadığından bu mövzu üzərində dayanmağı artıq sayıram.

Обсуждение закрыто.