«MEYDAN GÜNDƏLİYİ». 14 MART 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 14 MART 1990

  14 mart 1990 .Əlyazmalar İnstitutu. Əbülfəz bəylə görüş

Saat 14.14.Elmi katib Aydın Xəlilov sözü Bəyə verəndən sonra şəhidlər bir dəqiqəlik sükutla yad edildi.Əbülfəz bəy: Təxminən yanvarın 4-5-ində MK-da rəhbərliklə toqquşmağa başladıq. Çoxları deyirki, bu işlərdə Vəzirovun günahı var.

Mən bununla razı deyildim, indi heç deyiləm, çünki o burada yoxdur. Moskva 2 ildir ki, erməni — Azərbaycan məsələsini fırladır.Gürcülər dedi ki, 179 “Stinger” raketi var ermənilərin. Yoxladıq, gördük, düzdür. Ermənistanda silah anbarlarını “oğurlayır”dılar. Moskva-dan dedilər ki, gedin, özünüz həll edin məsələni.Vəzirov dedi ki, silah hazırlayaq, öz başımıza çarə qılaq. Bir həftə ərzində Azərbaycanda çox ciddihazırlıq getdi. 150 min könüllü dəstəmiz vardı Qarabağa getməyə. Sabirabaddan 500 yığılırdı, zorla40-ını göndərdik. Moskva da, erməni də gördü ki, məsələ yoğunlayıb, məsə-ləni bu cür Bakıyayönəltdilər.

Erməni qırğını vaxtı AXC-də 3 nəfəri bıçaqlayıblar. Bunu da yuxarıdan ermənilər düzəldib. Kirovrayonunda 4 nəfəri talan üstündə tutduq, milisə verdik, sabah yenə gördük ki, onları buraxıblar.Bakı Şəhər DİŞ rəisi Nofəl Kərimov işi düzəltdi. Bakatin ona general rütbəsi verdi. Nofəl və başqabirisi daxili işlər naziri keçmək üçün məni, Etibarı və Neməti küçədə vurmaq istəyirdilər. Guya mən Türkiyədə bozqurdlarla əlaqədə olmuşam. Moskva KQB-si yoxladı ki, yalan-dır.Bu təhlükə tam getməyib. Ermənistandan gələnlərlə yerli əhalini vu-ruşduracaqdılar. İndi dəhəmin təhlükə qalır.Köçəri bəy çöldə qalan didərginləri (400 ailə) evlərə yerləşdirdi (“Zəngəzur” cəmiyyəti). Onamən icazə verdim ki, 6 ay yiyəsi olmayan evləri tutun, ailələri yerləşdirin. Bu, mafiyanın xoşunagəlmədi — onların pulları batırdı. Ona görə qırğın salırdılar. Köçərini girlədilər, 18-i axşam küçədə(Şmidt küçəsi) bıçaqladılar. Mən özüm onu gördüm, maşına qoyub apardım. Danışmağa qoymadım. Təcili yardım xəstəxanasında həkim yaxşı baxdı. Ürəyinə dəyməmişdi, qıçı da yaralanmışdı.Vəziyyətin bu gedişində Nofəl 5 gün bundan qabaq Köçərini tapıb, deyib ki, gəl, səndən nə isəizahat alacaqlar…(Zala çoxlu adamlar gəldi — başqa institutlardan. Hamı Bəyin çıxı-şı ilə maraqlanır).Bakatin Nofələ deyib ki, səni general edirəm. Erməni qırğınından sonra Moskva Bakı milisinə 50min manat mükafat verib ki, heç nə etməyib-lər. 6-7 nəfəri polkovnik, podpolkovnik edib.Moskvada deputatlarımız sual verdilər ki, niyə 13-14-ündə qırğını dayandırmalı adamlara rütbəverilir? Deputatlar inanmadılar.İndi Nofəl Köçərini çağırıb deyib ki, izahat ver ki, “Zəngəzur”u Əbülfəzlə Xalq Cəbhəsinin tələbiilə talanlar məqsədi üçün yaratmışam. O da razılaşmayıb. İncidiblər. Tapança ilə başından vurublar.Dözməyib, qaşığı udub, xəstəxanaya düşüb.Bakılıları mənim üstümə qaldırıblar. Bu cür fırladırlar. “Gəlmə”ilə “bakılı” davası salmaq üçün KQB, erməni bandası da çalışır. Əvvəlcə “Bakılı” birliyi yaratdılar.Mən də iclasında iştirak etdim. Sonra gördüm ki, arxasında başqa şeylər durur: Bakını qaçqınlardantəmizlə-mək, Mehdiabadı dağıtmaq və s. Sonra onu dəyişib “Qardaşlıq” cəmiyyəti etdilər. GuyaBakıda əmin-amanlıq yaratdılar. İndi o, Ziyalılar Cəmiyyəti ilə birləşib. Nizami SüleymanovMütəllibovla bir oxuyub. Verilişlərini televiziya ilə iki dəfə verib. Əzizə xanım kimi xanımlar deyir ki,tətil-çilərə tulapayı veriblər.AXC xalqı tank altına çağırmayıb. Bu, rəmzi piket idi. Bakıda Baka-tin dedi ki, hərbi vəziyyətolmayacaq. Bu, böyük oyundur. Nemət və b. sözlərlə işin içindən çıxmaq istəyirlər. Bu məsələyəMoskva və dünya erməni dias-porası rəhbərlik edib. 4 başçı Bakıda oturmuşdu. Böyük qırğın hazırla-mışdılar, ancaq alınmadı, ona görə şəhərdə qırdılar. Yəhudilərlə dil tapmışıq. 20 mini getməyə ərizə verib. Yəhudi sio-nistlərinin (dünya üzrə) vitse-prezidenti Mark mənim yanımda Amerikaya zəng etdi ki, Bakıda bizə heç kəs toxunmur.Ermənilər ruslarla bizi toqquşdurmaq istəyir, o da alınmır. Ruslar da təbii şəkildə gedəcək. Yeltsin rusları Rusiyaya çağırır, “Pamyat” da belə.27 milyon rus Rusiyadan kənarda yaşayır. Qazaxıstanda, Özbəkistanda ev 20 min manatadır,Rusiyada 3 min manata.“Gəlmələr”lə “yerli”lər arasında dava oyunu hazırlanır. Bu, böyük milli ləyaqətsizlik olar. Bu dadiasporanın işidir. Dünya yəhudiləri ilə onlar (ermənilər) üz-üzə durub. ABŞ-da yəhudilərin 8sinaqoqunu yandırıb, 1 qəbiristanlığını dağıdıblar. Bu baxımdan yəhudəlirlə müttəfiqlik bizəsərfəlidir, çünki onlar dünya mətbuatında erməniləri dağıda bilər.O vaxt türklər 90 min yəhudini (İspaniyadan qaçan) xilas ediblər, onlar indi 300 minə yaxındır.Bunun yubileyini Türkiyədə keçirmək istə-yirlər. Yəhudilər “genosid” məsələsinə mane olurlar (senatda). ABŞ-da yaşayan bir çox yəhuditürkiyəlidir. Onların babaları Türkiyədə “genosid” vaxtı qırılıb. Onlar öyrəndilər ki, İstanbulda,İzmirdə yəhudi öldürül-məyib, ancaq vandakılar qırılıb, deməli, yəhudiləri türklər yox, ermənilərqırıb. İndi iki yəhudi alimi bunu öyrənir. Onlar bizə də müraciət ediblər ki, öyrənək görək o vaxt Türkiyədən qaçan yəhudilər varmı, niyə qaçıblar?İki dəfə AXC məsələsini Moskvada Siyasi Büroda müzakirə ediblər. Bizim nümayəndələr də olub.Deyiblər ki, rədikallardırsa dağıdaq. Deyiblər ki, yox, içlərində mötədillər də var.Ayaz da köhnə qaydalarla deyir ki, AXC radikallardan təmizlənsin. Biz də deyirik ki, 5 şeyaydınlaşmalıdır:1) Moskvanın bu işdə günahı;2) ermənilərin (hətta qadınların) Bakıya gələn ordunun tərkibinə düşməsi səbəbi;3) Azərbaycan rəhbərliyində bu hadisələri bilib gizlədənlər;4) AXC-nin səhvləri və b.Biz AXCnin səhvlərini demək istəmirik, çünki bundan düşmənlər istifadə edəcək.Ziyalılar bu gün susmamalıdırlar. 195 meyit 1989-da əsgərlikdən gə-lib. Bunun səsi çıxmır. Beləölməkdənsə 20 Yanvar gecəsi ölmək daha şə-rəflidir.

Təzyiq, repressiya keçən dəfə olduğu kimi yavaş-yavaş başlayır. Qorba-çov da, ermənilər də,başqaları da aradan çıxacaq. Ortada qalacaq Azərbay-can rəhbərliyi. Vəzirovu təqsirləndirəcəklər.Sonra Mütəllibovu düşmən edəcəyik.Bizim yolumuz parlament mübarizəsi yoludur.Qarabağ məsələsini həll etməliyik. Suverenliyə nail olmalıyıq.Deputatlarımız müstəqil heç nə edə bilmirlər. Yazıb veririk, danı-şırlar.Qorbaçov oyun oynayır. Litvaya güzəşt edir. Estoniyaya da edəcək. Ancaq Azərbaycansuverenlik haqqında qanun qəbul edəndə guya heç nə görmür.Qorbaçov Azərbaycan xalqının əli qanlı cəlladıdır, ancaq dünya ölçüsündə böyük şəxsiyyətdir -Avropanı kommunist diktaturasından xilas edib. Çexoslovakiya, ADR, Polşa, Macarıstan müstəqilolub. Bir azdan bunun qarşısını almaq olmayacaq. 3-4 ilə Qafqazda da hərəkat yenidən qalxacaq.İyulda seçkidir. Biz də iştirak edəcəyik. Çalışacaqlar ki, Etibar, Rəhim, Fəraməz və başqalarıseçilməsin.1-2 ay təzyiq davam edəcək. AMİ-nin15 tələbələrini bərk incidirlər ki, deyin bizi AXC aldadıb.Xalq bəzən idarə olunmur mitinqdə. Yazovun öz iştirakı ilə ermənilər 4 vertolyotu Xanlara göndərdilər. Yalvardıq ki, bizə də birvertolyot verin, heç olmasa onların qarşısına çıxaq.Məsələni ağırlaşdıran Etibarla İsa arasındakı fikir ixtilafı-dır. İsa demokratiya istəyir, Etibar isədeyir ki, bu, azadlıq hərəkatıdır.Milli azadlıq dalğası Cənubdan da gəlir. Cənubda dinlə azadlıqse-vərlər birləşib. Çalışırıq ki,Cənubda nəsə bir siyasi Azərbaycan qurumu yaransın. Orada qorxulu amil Müntəziridir. O deyir ki,İranda bütün xalqların mövqeyi müəyyənləşdirilsin. Orada nəsə demokratik yolla bir qurumyaranmasa inqilab olacaq, bu isə yenə milləti 30-40 il dala atar. Biz gərək gələcəkdə Almaniya kimibirləşək.Sərhəd məsələsinə dair sual verildi.- Murmanskda sərhəd açıqdır. Pribaltikadakı tələbələr yayda AFR-də işləyir. O vaxt StalinləMikoyan Azərbaycanda sərhədi kəsdilər. İndi isə Şevardnadze — Sitaryan xətti işləyir. Mən TurqutÖzalın burada olan dos-tu ilə də ona xəbər yollladım ki, Şevardnadzeyə çox uyma.Sərhədi yenə köhnə yerdən çəkirlər. Deyirlər ki, sizin Nazirlər Soveti qərar versin, o torpaqlaradəyməyək. Sərhədi sökəndə bizim camaat bir az tələsdi. Dedilər ki, xərci ödəyərik. Sərhədaçılmalıydı, ancaq tez oldu. Vaxtı indi idi. Hökumət ondan istifadə etmək istəyirdi ki, islamrespublikası və b. haqqında hay-küy qaldırsın.Sual: Etibar və Qarabağ?Cavab: Ölənlərin və tutulanların əksəriyyəti AXC üzvləridir. 150 adam talançı tutulub, içində 3AXC üzvü var. Ancaq bu iş (Yanvar hadisələ-ri) üstə hərbçilər tutanların hamısı AXC üzvləridir.Yakovlev Y.Səmədoğlu ilə görüşəndə deyib ki, Miralim Bəhramov 3 kq qızılla (3 milyon pulla)İrana qaçıb. Halbuki bu vaxt o, Bakıda idi. İrana neçə kəşfiyyatçı göndəriblər onu tapmağa. Rəhimdə qırxa gələndə qayına-nasıgildə tutulub.Y.Səmədoğlu Çexoslovakiya prezidenti Havel ilə görüşəndə prezident deyib ki, biz AXC-niöyrənirik; bu, 1918-inci il inqilabının davamıdır.Bundan sonra Yakovlev də bizimlə maraqlanıb. O, Suxarevdən16 soruşub, o da deyib ki, 67-cimaddə ilə dindirilir, xariclə əlaqəsi yoxdur, bandit deyil, çıxışlarında qorxulu şey deməyib.Etibarın müstəntiqi deyib ki, o, Bakıya getsə onu aradan götürərlər.Rəhimi 75-inci maddə ilə dindirirlər (kütləvi iğtişaş). Maddəni dəyişdirməyə çalışırıq. 300-dən çoxməhbus var (AXC-dən, rayonlardan).Qarabağ məsələsi. Polyaniçko və onunla olan 2 rus qazarmalarda qalır, əsgər yeməyi yeyirlər.Ermənilərin bir neçəsi dönüb. Vəzifə vəd edirik, özləri özlərini satmağa başlayırlar.Kəndlərin arası açılmağa başlayır.Sual: Vəzirov haqqında fikriniz?Cavab: Onun haqqında öz fikrimdə qalıram. O, respublikaya elə vaxt gəlmişdi ki, vəziyyətidüzəldə bilməzdi — buna gücü çatan adam deyildi. Onu DTK aldadırdı, başqaları da aldadırdılar.Azərbaycanda dövlət başçılarını günahlandırmaq düz deyil. Azərbay-can Moskvanın bazarıdır — o,kimi istəsə vəzifəyə qoyur. İmperiya-nın bizi tapdaladığını deyə bilmirik, qışqırırıq ki, suverenhüquqlar tapdalanır. Axı sənin suveren hüququn varmı? Hamımız köləyik.Vəzirov ayın 16-sında deyib ki, istefa verimmi, deyiblər ki, olmaz. 18-ində Qorbaçova zəngvurub: Mən istefa verirəm ki, xalq qırılmasın. 19-unda Primakov Qorbaçova deyib ki, Vəzirov bizəmane olub. 19-unda saat 4-də istefa verib çıxıb.14-ündə hərbi vəziyyət haqqında əmr varmış — Moskvadan gətiriblər, tarixini burada qoyublar.Vəzirov neyləsin? İllər boyu imperiya bu siyasəti yürüdüb. İndiyədək kim deyib ki, təqsirMoskvadadır?Moskva hələ Mütəllibova icazə vermir ki, bizimlə üz-üzə otursun.

 

Обсуждение закрыто.