Daily Archives: 12.03.2017

SÜLEYMAN RÜSTƏMİN DOĞUM GÜNÜ

Стандартный

SÜLEYMAN RÜSTƏM.jpg

Süleyman Rüstəm (tam adı: Rüstəmzadə Süleyman Əliabbas oğlu) — azərbaycanlı şairdramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), Stalin mükafatı (1950), II dərəcəli Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.

 

DUZ-ÇÖRƏYİ İTİRMƏ!

 

 İnsanın şərəfi, bəzəyi məncə,

İnan, nə ipəkdir, nə tirmə, oğlum!

Yaxşıdan yaxşı ol ellər içində,

Dostuna bir ziyan yetirmə, oğlum!

 

 

Yersiz gülümsəmə, yersiz ağlama,

Bir könül də qırma, sinə dağlama.

Sirrini ellərdən gizli saxlama,

Dilinə yalan söz gətirmə oğlum!

 

 

Yel qanadlı illər ömürdən gedir,

İnsan zəhmətiylə kamala yetir.

Bağında nərgizlər, lalələr bitir,

Tikanlar, qanqallar bitirmə, oğlum!

 

 

Ürəyim arzuyla doludur, dolu,

Hünər meydanıdır bu həyat yolu.

Bilmədiyin işi gözüyumulu,

Söz verib öhdənə götürmə, oğlum!

 

 

Oxu Öyüdümü sən sətir-sətir,

 Dilindən məclisə səpilsin ətir

. Qazancını itir, malını itir,

 Ancaq duz-çörəyi itirmə, oğlum!

 

 

CANLARA CANDIR QARABAĞ

 

Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,

Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.

 

Dostlarından eşidirsən bu sözü nəğmə kimi –

«Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ».

 

 Vaqifin, Natəvanın səndə ayaq izləri var,

 Məncə şairlər üçün başqa cahandır Qarabağ!

 

 Hər bahar fəsli bu könlümdə adın qönçələnir,

Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!

 

San bilirsən ki, mənim təkcə cənub dərdim var,

 Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ!

 

Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyini,

 Deyirəm, car çəkirəm canlara candır Qarabağ.

 

 Sənə övlad kimi sadiq bu Süleymanını sən

Ana qəlbindən uzaq bilmə, amandır, Qarabağ!

Реклама