
İndicə FB-da “dost”luqdan sildiyim Ələşrəf Hüseynovun öz səhəfəsində yaydığı bir videonun əvvəlinə baxdım, dəhşətə gəldim.
“Salam, Azərbaycan! Samara” adlanan bu klipin əvvəlində “Azərbaycana salam”ı Samarada bir neçə il əvvəl arvadınl, iki uşaq anasını öldürmüş və rüşvətlə cəzadan yayınmış bir nəfər göndərir. Heç bir günahı olmayan iki uşaq anası olan azərbycanlı qadının cəzasız gəzən və öz kefində yaşayan qatili Azərbaycana salam göndərir!
Klipi axıracan baxmağa səbrim çatmadı, güman etmək olar ki, Azərbaycana salam göndərən başqa xanımlar və cənablar elə bu tipli insanlardır. Arvadlarını öldürənlər, 1990-cı illərdə ermənilər Azərbaycanı işğalı edəndə ölkədən qaçanlar, burda min hoqqadan çıxanlar…
Ələşrəf, salam və xudahafiz!
Mən bilmirəm ki, sən də bu klipdə varsan ya yox. Bəlkə sən də əziz vətəninə videosalam göndərirsən. Azərbaycanda fəklə-kəndli ailələrindən olan on səkkiz-on doquz yaşlı uşaqlar şərəfsiz generalların ucbatından qırılsınlar, siz də bahalı kostyum geyin, boynunuza qalstuk dolayın, Azərbaycan bayrağının kölgəsində durub “Azərbaycana salam” videosu çəkdirin.
Ələşrəf, yəqin yadındadır, sən bir neçə il ərzində “Ocaq” qəzetiylə düşmən olmusan, sən doğru sözə, doğru fikrə qarşı olmusan. Sənin kimi adamlar millətin düşdüyü biabırçı vəziyyətdən həqiqi çıxış yolu axtarmaq əvəzinə bu vəziyyəti doğrultmağa bəhanə axtarırlar. Bu vəziyyətin günahkarını axtarırlar. Millətin biabırçı, başıaşağı vəziyyətinin günahkarı “Ocaq” qəzeti deyildi, mən deyiləm. Millətin biabırçı vəziyətinin günahkarı onun sərvətini talayanlar, xalqın ləyaqətini tapdalayanlar və həmçinin onun ağır günüdə daban əlli altı qaçanlar, Xocalı, Şuşa, Ağdam qırılanda Rusiyanın qəlyanaltıxanalarında beş qəpiklik “xanımlarla” dilxoşluq edənlərdir. Sən daim erməniləri “aşağılayan” videolar paylaşır, pis bildiyin rusca öz fikrini də əlavə edirsən “Armyani…” Millətimizin başıaşağılığıda “armyani” günahkar deyillər, “armyani” öz ləyaqətləri uğrunda vurşurdular, “armyani” Stepanakerti Azərbaycan topları iki addımlıqdan vuuranda şəhəri qoyub qaçmadılar, ancaq bizim şəhərlər, rayonlar ermənilərin kölgəsi görünməmiş boşaldıldılar. Bu o cümlədən ona görə belə oldu ki, indi Rusiyadan Azərbaycana videosalam göndərən kişilər vətəni qoyub qaçmışdılar və buranın meyxanalarındı beş qəpilkik “xanım”larla məzələnirdilər. Sayca, pulca, silahca azərbaycanlılardan dönə-dönə zəif olan ermənilər Azərbaycanın dörddə birini ona görə işğal altında saxlaya bilirlər ki, onların generalları səngərlərdən çıxıblar, bizim generallar isə ya Naxçıvandan, ya ailədən. Ya da poqonlarıı pulla alıblar. Ona görə də iyirmi beş ildə bir qarış da irəliləmədən minlərlə əsgər və zabitimiz qırılıb. Buranın lotuları isə ora videosalam göndərirlər!
Və Azərbaycan həm də ona görə məğlubdur ki, Ələşrəf, sənin oğulların Azərbaycan səngərlərinbdə deyillər!
Uşaqlarınızı göndərin Azərbaycan ordusuna, salam yox!
Ələşrəf, gözlərini geniş aç, həqiqətə yaxşı bax! SSRİ öz ərazisini Hitler işğalından nə qədər vaxta azad etdi? Üç ildən bir qədər çox? Dörd il olmamış sovet qoşunları Berlimi aldılar! Azərbaycan ordusu 25 ildə bir kəndi də azad etməyib! Çünki Azərbaycan hökuməti xalqın belini sındırıb, onu biqeyrət edib, onun taleyini şərəfsiz məmurlara və şərəfsiz generallara tapşırıb. Çünki Azərbaycan rejimi ermənilərdən yox, öz xalqından qorxur. Və bu rejim öz xalqını başıaşağı və itaətli saxlamaq üçün ərazinin daha bir dördə birini verər. Azərbaycan rejimi şərəfsizləri, lotu-potunu sevir və onlara arxalanır. Qoy Rusiyadakı fərarilər, anaşa satanlar, nağara vuranlar, kabab çəkənlər, pul atanlar, öz arvadlarını öldürənlər qalstuklu-bayraqlı salamlarını Azərbaycana yox, Azərbaycanı rüsvay etmiş, xalqının belini sındırmış məmurlara, generallara, hakimlərə ünvanlasınlar.
X.X.
07.08.2017, Samara
Для отправки комментария необходимо войти на сайт.