YANVAR ŞƏHİDLƏRİ: ZƏBULLA ƏLİYEV

Стандартный

Zəbulla_Əliyev.jpg

Zəbulla Əliyev (azərb. Əliyev Zəbulla Xeyrulla oğlu) — 20 yanvar şəhidi.

1946-cı il 6 mart tarixində Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1 nömrəli tikiş fabrikində sürücü işləyib. Beş uşaq atası idi. Uşaqlar 38 №-li məktəbdə təhsil, alır. Vüqar, Leyla, Sevinc, İzzət. Kiçik oğlu Rauf ruhi xəstədir. Zəbulla Əliyev XI Qızıl Ordu meydanında başından odlu güllə yarası almış, yanvarın 20-də vəfat etmişdir. Anadan olduğu kənddə dəfn edilib.

Qasımov Cavid Sadiq oğlu — şəhid.

Cavid Qasımov 1968-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur.

4 fevral 1993-cü ildə Xanlar RHK-ndan Milli Orduya çağırılmışdır.

Sıravi əsgər, 151-ci hərbi hissənin avtomatçısı Cavid Qasımov 6 mart 1993-cü ildə həlak olmuşdur.

Xanlar rayon Şəhidlər xiyabanında dəfn olunmuşdur.

vikipediya

 

Обсуждение закрыто.