FƏRMAN KƏRİMZADƏNİN 80 İLLİYİ

Стандартный

Fərman_Kərimzadə.jpg

Fərman Kərimzadə (3 mart 1937 — 17 mart 1989) — yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (19441951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (19551960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (19621965). Sonra «Yüksəliş» rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir (19621965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (19651967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, «Abşeron»«Ədəbiyyat və incəsənət» qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (19661970), C. Cabbarlı adına «Azərbaycan film» kinostudiyasında kollegiya üzvü (19701977), «Ədəbiyyat və incəsənət» qəzetinin xüsusi müxbiri (19771980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (19801981) işləmişdir.

F.Kərimzadə «Çaldıran döyüşü», «Xudafərin körpüsü» tarixi əsərlərinin[2], «Təbriz namusu», «Qarlı aşırım» (bu əsərin əsasında «Axırıncı aşırım» bədii filmi çəkilmişdir), «Qoca qartalın ölümü» və sair məşhur əsərlərin müəllifidir.

F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.

VİKİPEDİYA

Обсуждение закрыто.