20 YANVAR ŞƏHİDLƏRİ: LƏNKƏRANLI SALMAN BAXŞIYEV

Стандартный

salman_baxsiyev

Salman Baxşıyev 1949-cu il martın 1-də Lənkəranda anadan olub. 4 uşağı atasız qaldı. Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işləyib.

Yanvarın 26-da, hadisə olan günü qardaşı Əliqismətlə bir yerdə olub. Əliqismətin dedikləri: — Biz XC-nin üzvləri Bakıda günahsız yerə öldürülənlərin xəbərini eşidəndə şəhərdən çıxdıq ki, hərbçilər bizi də qırmasın. Biz meşədə qərar tutmuşduq. Yanvarın 26-da saat .14 dəqiqədə vertolyotlar başımızın üstündə fırlanmağa başladı və vertolyotlardan desant atmağa başladılar. Güllələr yağış kimi yağırdı. Biz məcbur olub yerə sərildik. Burada bir neçə adam yaralandı. Güllə qardaşım Salmanın da boğazından dəydi. Salman oradaca keçindi. Əsgərlər 21 adamın qollarını bağladılar. 7—8 nəfər saxladılar ki, yaralıları və ölüləri maşınların yanına aparaq. Oradan da Lənkərana — hərbi hissəyə gətirdilər. Bizi üzü üstə yerə yıxıb arxadan əlimizi, ayaqlarımızı məftillə boğazımıza bağladılar. Bizi təpiklə, dubinka ilə döydülər. Sonra vertolyotla Qızılağac aeroportuna, oradan da təyyarə ilə Bakı ya gətirdilər. Lənkəranda dəfn olunub.

Lənkəran şəhəri, Füzuli küçəsi dalan 2, ev 8.

VİKİPEDİYA

Обсуждение закрыто.