Daily Archives: 27.02.2017

YANVAR ŞƏHİDLƏRİ: SƏBUHİ HACIYEV

Стандартный

Səbuhi_Hacıyev.jpg

Səbuhi Hacıyev — 20 yanvar şəhidi. Səbuhi Hacıyev 27 fevral 1969-cu ildə Xanlar rayonunda anadan olub.Yanvarın 14-də Hacıkənd qəsəbəsində, «Beşulduz» yaxınlığında atışma getmiş, ölənlər və yaralananlar olmuşdur. Şahidlərin dediyinə görə yuxarıdan da hərbi vertolyotla atəş açılmışdır. Səbuhi növbəti terrorçuluq aktının qurbanı olmuş, 20 nömrəli vertolyotdan atılan güllədən həlak olmuşdur.Xanlar rayonunda küçələrin birinə Səbuhi Hacıyevin adı verilib.

vikipediya

Реклама

ŞADİL ŞİRİNOV! MƏN SƏNİN GÖZÜNÜN İÇİNƏ TÜPÜRÜRƏM!!

Стандартный

İnternetdə, xüsusən Faysbukda bəzi adamlar gözləməddiin yerdən çiban ya da sızaq kimi çıxırlar. Şadil Şirinov adlı bir nəfər beləcə pırtlayıb mənə buyurur ki, “get Sarqsyandan soruş gör ermənilər Ağdamda nə edirlər”.

Məşədi İbad deyirdi ki, “burda mənim yadıma “Leyli-Məcnun əhvalatı düşür”.

Mənimsə yadıma Məşədi İbadın öz əhvalaı düşür: Gülnaz xanımla Sərvər qol-boyun olub, Məşədi İvad hasarın üstündən soruşur: “Qoçaq, sən orda nə qayırırsan?”

A kişi, görmürsən nə qayırır?…

Şadil Şirinov özünü korluğa, karlığa qoyub, guya bilmir ki, ermənilər Ağdamda bu iyirmi veş ildə nə edirlər. Nə edəcəklər? Ağdamlıları qəbirlərini tapdalayırlar, məscidlərinə tüpürürlər! Xəbərin yoxdusa, fil qulağında yatmısansa, get özün soruş Sarqsyandan. Ya da möhtərəm Azərbaycan prezidentdən xahiş elə, o soruşsun, o, Saqsyanla tez-tez görüşür…

Bu sualla Şadlı Şirinovun ürəyi soyumayıb. Hələ mənə istehza da eləyir…

Cənab Şadil Şirinov! Əgər meyidləri döyüş meydanında qalmış beş əsgərimizə sənin ürəyin yanmırsa, mən uzaqda-uzağa sənin gözünün içinə tüpürürəm! Sənin kimi vətənpərvərlik cildinəı girmiş, ancaq öz kefində, öz qazancında olan, öz balalaırnı qoltuqlarının altında gizlədən insanların hamısının gözünün içinə tüpürürəm!

Əgər sən Qarabağ veteranısansa, biletinin şəklini göndər, mən səndən üzr istəyim. Yox, əgər özünü loituluq həvəsindəsənsə, şərini məndən uzaq elə, dilini qoy qarnına, ya da ayrı bir yerə sox!

Xeyrulla XƏYAL