«MEYDAN GÜNDƏLİYİ». 21 FEVRAL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 21 FEVRAL 1990

21 fevral 1990.

 Səhər-səhər “Amerikanın səsi” radiosunun (rusca) Erməni Ümummilli Hərəkatı başçılarından biriParuyr Hayrikyanla müsahibəsi verildi. O bildirdi ki, may ayında olacaq seçkilərədək ErmənistanınSSRİ-də qalıb-qılmaması məsələsini müzakirə etmək üçün referendum keçirilməlidir.

 Əgər qalmağarazılıq verilsə seçki bundan sonra olmalıdır.Azərbaycanla bağlı suala belə cavab verildi ki, əgər Azərbaycanda demokratik proses getsə,insan hüquqları pozulmasa, “poqrom”lar dayandı-rılsa biz oradakı hərəkatı da müdafiə edəcəyik. Fikrimizcə, baş verən milli qırğında günahkar hakim dairələrdir, onlar bunu dayandırmalı idi.Qarabağa gəlincə, DQMV adlı inzibati bölgü var. Ancaq bu, şərtidir. O, taleyini özü həll etməlidir. Azərbaycanda qalıb-qalmaması məsələsini o özü həll etməlidir. İstər Azərbaycan, istərsə də Ermənistan tərəfindən heç bir təzyiqə yol vermək olmaz. (Əslində bu “böyük demokrat” da üstüörtülü daşnak mövqeyində durur). Axşam “Azadlıq” radiosunda kinorejissor Qovoruxinin “Moskovskiye novosti” qəzetində dərcetdirdiyi (18 fevral) çox dəyərli məqaləsi oxundu. Bakı hadisələrini öz gözləri ilə görən sənətkarordunu lənətləyir, xalqın suverenlik uğrunda mübarizə apardığını yazır, “Qorbaçova yazığım gəlir”deyir. Məqalədən aydın olur ki, rus qoşunu Bakını almaq üçün 60 min güllə işlədib.12 fevralda Düşənbədə də fövqəladə vəziyyət (FV) elan edilib. Orada 19 nəfər ölüb, xeyli adamyaralanıb. Həmin gün Frunzedə də iğtişaş baş verib, ancaq FV-nin tətbiqi üçün bəhanə verilməyib.Hər iki respublikanın qalxmasına səbəb eyni şayiə olub — “Bakıdan gətirilən ermənilərə Düşənbə və Frunzedə növbədənkənar ev veriləcək”. Evsiz-eşiksizlərin başdan aşdığı hər iki şəhərin əhalisiözündən çıxmışdır. Düşənbədə bu, ağır nəticələr verib. Qorbaçov və Sovet mətbuatı bu hadisələri“Bakının əks-sədası” adlan-dırıb. (Xalqımızı gözdən salmaq üçün yeni bir alçaq bəhanə!). Ancaq birşey maraqlıdır — iki respublikada eyni vaxtda eyni şayiəni kim yayaraq əhalini qaldıra bilər? Yəqin ki,Qorbaçovun bundan qətiyyən xəbəri də yoxdur…Bu gün uzun müddətdən bəri ilk dəfə olaraq Naxçıvan və Ermənistana qatarlar işləməyəbaşlayıb. Hərbçilər Culfa maşinistlərinə yolun təhlükəsizliyinə zəmanət verirlər. Bugünkü “Kommunist” A.Mütəllibovun 19 fevralda SSRİ AS-nin III sessiyasındakı çıxışının mətninidərc edib.

Обсуждение закрыто.