20 YANVAR ŞƏHİDLƏRİ: GƏNCƏLİ ABBASQULU MƏMMƏDOV

Стандартный

abbasqulu_m%c9%99mm%c9%99dov

Abbasqulu Əzim oğlu Məmmədov 1965-ci il fevral ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 5 saylı orta məktəbi bitirmişdir. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Gəncə mexaniki-quraşdırma idarəsində işləmişdir.Abbasqulu Məmmədov dəfələrlə Nüvədi kəndinin müdafiəsində fəal iştirak edib. Buna görə də Nüvədi kəndinin fəxri vətəndaşı adına layiq görülüb.

1990-cı il yanvar ayının 11-də Ruzigar, Bəxtiyar və Abbasqulu Məmmədov keşikci dəstə ilə Çaykənd-Todan ətrafına gedirlər. Yanvar ayının 12-də döyüş başlayır. Todan-Çaykənd ərazisinin müdafiəsi qurbansız keçməyir.Abbasqulu Məmmədov həmin günü gərgin keçən döyüşdə odlu silahla yaralanır və həlak olur.Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub

Обсуждение закрыто.