«MEYDAN GÜNDƏLİYİ». 20 FEVRAL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 20 FEVRAL 1990

20 fevral 1990. 

Bu gün Bakı qırğınının bir ayı bitir. Dünən qar yağdı. Bu gün də bərk soyuqdur. Elə bil, hava damatəm saxlayır.“Azadlıq” radiosunda Fəzail bəy Rəhimoğlu (Ağamalıyev) bildirdi ki, SSRİ AS-dəki qapalı iclasıbizim deputatlar tərk ediblər.

 Bunlar Yazovun həyasızcasına çıxışlarını etiraz olaraq zaldan çıxıblar.Zalda vur-tut 6 deputatımız qalıb (Mütəllibov, Qafarova, neftçi Qurban Abbasov, raykom Vəli Məmmədov, Baruşeva və Heydər İsayev).Deputatlarımız törədilən cinayətdə Qorbaçovu, Yazovu və başqalarını günahlandırırlar. Onlarıncəzalandırılmasını tələb ediblər. Ermənilər ortalığa blokada məsələsini atıblar.***Bu gün Azərbaycan radio və televiziyası dəfələrlə Azərbaycan və rus dillərində Mütəllibovun sessiyadakı çıxışının mətnini verdi. Bu mətn özlüyündə yaxşıdır — Dağlıq Qarabağ hadisələri obyektivtəhlil olunur, onun səbəbləri açılır. düzgün göstərilir. Ancaq Mütəllibov Azərbaycanda baş verən hadisələri bütünlüklə Dağlıq Qarabağla bağlayır və əslində rus qoşunlarının Bakıya girməsində başlıca səbəbin milli çəkişmələr olduğunu təsdiqləyir. O, heç bir siyasi hərakatın adını çəkmir,xalqın suverenlik arzularına toxunmur. Fövqəladə vəziyyəti götürməyi təklif etsə də qadağansaatını saxlamağı məsləhət görür. (Qoşunların çıxması ona sərf etmir).***Bu gün deputatlarımız Moskvada xarici və Sovet jurnalistləri üçün mətbuat konfransı veriblər.“Zaman” proqramı deputatlarımızın zalı tərk etməsi haqqında heç nə demədi — guya heç belə şeyolmayıb. Qorbaçov özünü elə göstərməyə çalışır ki, deputatlarımızın hərəkətini sanki heç vecinə dəalmır. Ancaq o, görəsən, sonadək belə soyuqqanlı olmağı bacaracaqmı? Yəqin ki, bu sorğuya cavabı5 gündən sonra ala bilərik. Belə ki, “Zaman” bildirdi ki, bu gün AS belə qərar çıxarıb ki, Moskva,Leninqrad və İttifaqın bir çox şəhər-lərində keçirilməsi (25 fevralda) nəzərdə tutulan mitinqi AliSovet məsləhət bilmir. Qayda-qanunu pozanlar, anarxiya yaradanlar ciddi cəzala-nacaqlar.Sözsüz ki, bu mitinqlər birbaşa Qorbaçova qarşı olduğuna görə Ali Sovet onu yasaq edir. AncaqQorbaçov mafiyası Qdlyan mafiyasına üstün gələ biləcəkmi? Görəsən, ermənilərin təhriki ilə(Qarabağı prezident hakimiy-yətinə tabe etmək üçün) təcili şəkildə prezident olmağa can atan, buməqsədlə növbədənkənar qurultay çağırmağa nail olmuş Qorbaçova prezident taxtına əyləşməkqismət olacaqmı? Doğrudur, Amerika siyasətçiləri onun hələ çox güclü olduğunu söyləyirlər, ancaqonlar müxalifətin də zəif olduğunu demirlər.Əgər müxalifət onun hakimiyyət nərdivanının başınahəyasızcasına dırmaşmasının qarşısını ala bilməsə (25-ində və sonrakı günlərdə) onda SSRİtarixində İkinci Stalin (daha qanlı, daha dəhşətli, daha hiyləgər və daha amansız Stalin) — QanlıMixail meydana gələcəkdir və SSRİ adlı bir üfunətli imperiyanın can verməsinə səbəb olacaq buavantürüst cəllad Azərbaycan və başqa müsəlman xalqlarının bu imperi-yanın cəmdəyi altında əzilibməhv olmasına çalışacaqdır. Xalqımız nəyin bahasına olursa-olsun çalışmalıdır ki, heç bir ermənitoruna düşməsin, Qorbaçovun zəhərli xəncəri ilə məhv edilən böyük imperiyanın cəmdəyinin onunüstünə yıxılmasından özünü qoruya bilsin. Doğrudur, bu, olduqca çətin başa gələcək — xalqımızbeynəlxalq ölçüdə hazırlanmış erməni xəyanəti-nin torundan yaxa qurtarmalı, bu torunhörümçəklərindən birinə çevril-miş Qorbaçovun torundan qurtulmaq üçün son dərəcə ağıllıdavranmalı, nəinki daha böyük qırğından qorunmalı, həm də Qarabağı, Naxçıvanı, Gəncə-ni…özündə saxlaya bilməlidir. Qarsı, Ərzurumu Türkiyədən qoparmaq eşqi ilə dünya imperializmininhimayəsi altında həyata keçirməyə (özü də çox uğurla) başladığı planın qarşısını almağı, yaxud, ənazı, bu planın bizə aid fəlakət bölməsindən özümüzü qırağa çəkməyi bacaracağıqmı? Məncə, buolduqca mürəkkəb suala Azərbaycan xalqı indiki halda 2 şərtlə təsəllive-rici cavab ala bilər:1) Qorbaçov — ermənilərin əlində onların bütün tələblərinin icra-çısına çevrilmiş bu amansızxalqlar düşməni, demokratiya cəlladı tez-liklə öz xalqı tərəfindən uzaqlaşdırılsın (buna umud oqədər də çox deyildir; Qorbaçov elə hakimiyyətpərəstdir ki, taxtdan əl çəkməmək xatirinəistənilincə qan axmasına razı olacaqdır); onun yerinə bir ağıllı, imperiyanın mənafeyini güdən birşəxs gəlsə ermənilərin cilovunu bir müddət yığa bilər və biz də sakitlik qazanarıq.2) Azərbaycan xalqının tarixdə heç vaxt olmamış sarsılmaz, sıx birliyini yaratmaq sayəsindəVazgen — Qorbaçov — Buş — Mitteran — Tetçer — Papa II Pavel İohan ittifaqına qarşı durmaqmümkündür. Elə birlik yaratmalıyıq ki, Azərbaycan KP MK-nin I katibi də, AS-in sədri, NS-nin sədri,raykom katibləri, idarə başçıları… da hamısı xalqın sözünü desin, AXC ilə eyni mövqedədayansınlar. Belə birliyin yaradılması xalqın taleyinin həllində ən mühüm rol oynayacaq.Bütün bəlalardan sağ-salamat çıxıb-çıxmayacağımız daha çox Qorbaço-vun hakimiyyətdə qalıb-qalmamasından yox, məhz xalqımızın yekdilliyindən asılı olacaqdır. Deputatlarımızın sessiyanı tərketməsi bu yolda ilk ciddi addımın atıldığını söyləməyə umud verir. Əslində elə Mütəlli-bovun çıxışı daonun nəzərində inqilabi bir şeydir. Yəqin ki, onun “bizimkiləşməsindən” çox şey asılı olacaqdır…***

“Azadlıq” radiosu bu gün Bill Kellerin 18 fevralda “Nyu-York tayms” qəzetində çıxan “Bakıda vəziyyət” məqaləsinin tərcüməsini verdi. Yaxşı məqalədir. “Los-Anceles tayms” qəzeti isə Şirin Hanterin yazısını buraxıb. Dişsiz məqalədir. Burada yalan məlumatlar çoxdur (nümayişlərdə Xo-meyninin portretlərinin, Türkiyə bayraqlarının gəzdirilməsi), hadisələr düzgün qiymətləndirilmir.Hiss olunur ki, müəllifin hadisələrdən xəbəri yoxdur, yalnız başqalarından aldığı köhnə məlumatlarabəzək-düzək ver-məklə öz mülahizələrini bildirib.Dünya radioları indi Azərbaycanın SSRİ tərkibindən çıxmaq cəhdin-dən danışır. Cəlilabad, Salyanvə b. rayonlarda həbs edilmiş AXC üzvləri vertolyotlara mindirilib harayasa aparılır. Bakıda tutulanların bir hissəsi də Bakıdan uzaqlara göndərilir.Hər iki ayağı şikəst olan AXC Əzizbəyov rayon şöbəsinin əlaqəçisi Nəsir Ağayev Şüvələn dustaqxanasındadır.Bakıdan Etibar Quluyev (dilçi Etibar deyil) “Azadlıq” radiosuna zəng vuraraq, partbletləri gerialmaq meylindən danışdı. Qorxaqlar tüpürdüklərini yalayırlar.***Bugündən Azərbaycan Dövlət Universiteti Məmmədəmin Rəsulzadə adına Bakı DövlətUniversiteti adlanır. Mirabbas Qasımov ona rektor qoyulub.“Los-Anceles tayms” qəzeti sessiyada deputatlarımızın zalı tərk etməsindən yazmışdır. Qəzetbildirir ki, Yazov öz çıxışında azərbaycan-lıların barrikada qurub müqavimət göstərdiklərini demiş,ölənləri “ekstremist” adlandırmışdır. Azərbaycan deputatları onun çıxışına etiraz olaraq zaldançıxmışlar. Vəziyyəti daha da gərginləşdirməmək üçün müzakirə təxirə salınmışdır. Qəzet yazır ki,Bakıda ölənlər rəsmi olaraq 168 nəfərdir. Ancaq əslində onların sayı daha çoxdur. QoşunlarAzərbaycana demokratik hərəkatı boğmaq üçün yeridilmişdir.

 

Реклама

Обсуждение закрыто.