ŞƏHİDLƏR: BAKILI EMİL MƏLİKOV

Стандартный

Emil_Məlikov.jpg

Məlikov Emil Amən oğlu 1971-ci il fevral ayin 18-də Bakı şəhərində anadan olmuşdu. İlk təhsilini Bakı şəhəri 6 №-li məktəbdə alıb. 1988-ci ildə məktəbi bitirdikdən sonra Minsk Ali Ümümqoşunlu Siyasi məktəbə daxil olur.

20 yanvar 1990-ci il hadisəsi baş verən zaman Emil təhsilini yarımçiliq qoyub, Vətənə qayidır. Həmin il N.Tusi adına APU-nun tarixi-hüquq fakultəsinə daxil olur. Lakin Vətənin dar günündə, bir Azərbaycanın vətəndaşı kimi, özünə borc bilir könüllü olaraq Daxili Goşunlara ərzə yazır. Ali baş komandan onun ərizəsini qəbul edib, Emili Lənkəranda yerləşən hərbi hissəyə göndərir. Orada Vətən qarşısında yaxşı xıdmətə görə komandanın əmri ilə zabit, leytenant rütbəsinə layiq görülür.

Fevral ayin 5-də Emil və onun sərəncamında olan əskərlər Ağdarə rayonu uğrunda gedən döyüşlərə qatılırlar. Döyüş zamanı mühasirəyə düşürlər, Emil qəhrəmancasına öz döyüş yoldaşlarını xilas edir. İki sutka mühasirədə olandan sonra düşman gülləsi 21 yaşlı zabitin həyatına son qoyur. Emilin vəfatından bir il sonra anası, oğul itkisinə dözməyərək, dünyasını dəyişir.

vikipediya

Обсуждение закрыто.