18 FEVRALDA HƏLAK OLANLAR: BƏYLƏR MƏMMƏDOV

Стандартный

Bəylər_Məmmədov.jpg

Məmmədov Bəylər Eldar oğlu — şəhid.

Məmmədov Bəylər Eldar oğlu 1971-ci il martın 13-də Ermənistanın Ağkilsə kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində elindən–obasından didərgin düşüb. 1992-ci ilin aprel ayının 1-də Daşkəsən RHK-dan könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 18-də Qarabağda Ağdam rayonunun Aterk kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Gəncə şəhərindəki şəhidlər xiyabanında dəfn olunub.

vikipediya

Обсуждение закрыто.