«MEYDAN GÜNDƏLİYİ». 17 FEVRAL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 17 FEVRAL 1990

17 fevral 1990.

Kondisioner zavodunda AXC İdarə Heyətinin üzvləriVurğun Əyyublu, Pənah Hüseynov və Hikmət Hacızadə ilə görüş Zavodun 10 min işçisi var. 2 növbəli iş gedir. İndi tətildir.Pənah Hüseynov: Böhrandan çıxış yolunu işə başlamaqda görürlər.Guya işə başlasaq orduya bəhanə qalmaz. Ancaq belə deyil — rəhbərlik deyir ki, qoşun çıxsa yenəara qarışa bilər.

İndi ermənilər yoxdur; ruslar, yaxud Ermənistandan gəlmələr bəhanə ola bilər.AXC təşkilat qurumunu dağıtmaq xətti davam edir.AXC-nin respublikada vəziyyəti sabitləşdirmək üçün tədbirləri:1) Sessiya çağırılmalı və seçki günü bildirilməlidir. Seçki üçün yaxşı kampaniya hazırlanmalıdır.2) Kütləvi məlumat vasitələri demokratikləşdirilməlidir.3) Vəziyyəti qarışdıranlar cəzalandırılmalı, onları orqanlar ara-dan götürməlidir.Bunların həyata keçməsi üçünsə ordu götürülməlidir.Moskvanın ordunun burada qalmasında marağı nədir? Fikrimizcə, onun marağı yoxdur, çünkiSSRİ-də hələ heç vaxt bir ay tətil olmayıb.Respublika rəhblərliyi indiyədək AXC ilə görüşmək üçün heç bir əməli addım atmayıb — Moskvaona icazə verməyib. Deməli, onların gərgin-likdə marağı var. Yazovun,4 Bakatinin,5 Kryuçkovun6 2 müavininin burada olması onu gös-tərir ki, təkcəAzərbaycan qurban verilməyib. İran və Türkiyəyə girmək üçün də bəhanə gərəkdir.ABŞ ilə SSRİ maraq dairələrini bölüşdürüblər. ABŞ artıq Əfqa-nıstan mücahidlərinə yardımıdayandırıb. Deməli, Şərqi Avropa bizdən gedir, İran, Türkiyə, Əfqanıstan isə SSRİ-nin təsiri altınadüşür. İndi AXC xalqımızı bu böyük davadan sağ-salamat çıxarmaq istəyir. Tətil yeganə silahımızdır. Xalq müharibədə 5 il tərə yeyib dolanıb. Xalqımızdakı bu qeyrət bizi dəheyrətə saldı. Sessiyanın nəticələrini, çıxardığı qərarı II gün müzakirə edəcəyik (sat 11-ə qədər).İdarə rəhbərləri də hərəkətə gəlməsə işimiz çətin olar. AXC tətilə çağırmayıb. Tətili xalq özü edib.Biz bu tətili müdafiə edirik. Heç olmazsa I gün respublika, deputatlarımızla həmrəy olmalıdır (yənitətil davam etməlidir).Suallar verilir.Cəfərov Afət (AXC Nərimanov rayon İH üzvü): Tutulanlara cəza verilməsi sonradan böyükfəlakətə gətirib çıxarmazmı?Pənah bəy: Bakıda tutulanları möhkəm döyüblər. Respublika prokuror-luğu heç bir cinayət işiqaldırmır.“Elektroştamp” zavodu XC üzvü: Qorbaçovun son sessiyada olmamasına münasibət?Mərdəkanda meyitlərin çıxması düzdürmü?Pənah bəy: Adətən sessiyanı Lukyanov aparır. Meyitlərin çıxması, deyəsən, şayiədir. Bakıya 5min yeni qoşun, çarpayı gəlir. Ola bilər ki, köhnələr çıxır, yenisi gəlir. Yox, köhnəsi çıxmayıb yenisigəlirsə, deməli, müharibəyə hazırlıq gedir.Sual: Etibar Məmmədov haqqında fikriniz?Cavab: Qardaşı 4 gün qabaq Moskvadan gəlib. 57-ci maddə ilə ittiham olunur, vəkil tutublar.Hələ vəkillə görüşə imkan verilməyib.

 

Pənah bəy: Etibar Cəfərov 19-undan 20-sinə keçən gecəki vəziyyəti videoya çəkib, “Si-En-En”əverib. Həmin gün axşam (20-si) bütün Avropa həmin kadrları göstərib.Sual: Moskvadakı sessiyanın çıxaracağı qərara münasibətiniz necə olacaq?Pənah bəy: Qərar maraqlı deyil. Deputatlarımız, onsuz da, sessiyadan yarımçıq qayıdacaqlar.***Tacikistanda ölənlər 1 dəqiqəlik sükutla yad edildi.Dostum Qorxmaz Məmmədov deputatlara, AXC İH-nə yazdığı məktubu oxudu. (Direktor dedi ki,burada yalnız Nərimanov rayonunun üzvləri topla-nıb, onlar danışmalıdırlar). Kollektiv də bəyəndi.Vurğun Əyyublu: Ağsaqqal dedi ki, bura uşaq-muşaqlar yığışıb. Mən elmlər namizədiyəm.1) Ordu burada qaldıqca cinayətlər törəyir. Bu günlərdə əsgərlər bir qızı zorlayıblar. Taksinigüllələyiblər və s.2) Fövqəladə vəziyyət özü qanunsuzdur. AS qoşunu çıxarmağı tələb edib.Zaqafqaziyadan 5.000 silah yığılıb — 200-ü Gürcüstan və Azərbaycandan. Hansı silahlı qüvvədəndanışmaq olar?İslam amili də ağ yalandır.Fövqəladə vəziyyət hökmən götürülməlidir, yoxsa başqa bəlalar bizi gözləyir.Dubinyak bizimlə görüşəndə bir söz deyir, jurnalistlərlə görüşəndə başqa söz. Bir neçə günqabaq 18 ölkənin jurnalistləri ilə görüşdə yapon jurnalisti dedi ki, Dubinyak bildirib ki, AXC-dəsağlam qüvvə yoxdur — onlar bizimlə dialoqa girmək istəmir. Mən dedim ki, o boyda general ikiüz-lülük edəndə nə deyə bilərəm? Qorbaçov da ikiüzlülük edəndə generalı niyə qınayaq?Birisi: Ağsaqqallar ağsaqqal deyil, onlar itaətkardır. AXC bugündən çox radikal olmalıdır -rəhbərliklə heç bir dialoqa girməməlidir.Vurğun bəy: Dialoqa girilməlidir. Aldanmamaq başqa məsələ.Bir zavod direktoru: Qorbaçovun bizə münasibəti pisdir. Öz yaramızı özümüz bağlamalıyıq. Lapsessiyanın nəticələrini III günədək gözləyək. Əgər bir nəticə olmasa işləməliyik.Fəhlə ona cavab verdi: Niyə biz ac fəhlələr aclığa tab gətiririk, siz zavod rəhbərləri işə çıxarmağaçağırırsınız?Başqa fəhlə: Mənə elə gəlir ki, siz burada kimdənsə “işə çıxaq” sözü-nü eşitmək istəyirsiniz. Mənbetonçuyam. Plaşımı sataram, dolanaram, ancaq şəhidlərin qanını batmağa qoymaram. EtibarMəmmədov hüquqa7 bir tələbə qəbul etdirib pul qazana bilməzdi, ya Əbülfəz Əliyevin dolanmaq im-kanı yoxdur? Bəs siz rəhbərlər niyə işə çağırırsınız? Niyə yuxarılara tələb vermirsiniz?Direktor: Mən burada oturan polkovnikə “faşist” demişəm. Yeri gə-ləndə biz sizdən də qeyrətlitələblər irəli sürürük.Ağamalı Sadiq: Vuruşu sinfi vuruşa çevirməməliyik. Yeni bolşe-vizm hazırlayırsınız. Yerlibürokratiya ilə vuruşmanı uzaqda duranlar da hazırlayır. Onlar bunu istəyir. Xalqı öz-özü iləvuruşdurmaq istəyir-lər. (Yerdən:“Sağ ol!”).Hikmət Hacızadə: AXC xariclə əlaqələr saxlayır. O vaxt Etibar Məmmədovla Leyla Yunusova buişlə məşğul olurdular. Bizi qabaqca xaricdə tanıdılar, sonra burada.Ayın 22-si — 23-ündə Riqadan zəng vurdular ki, Baltik Şurası sizinlə məsləhətləşmək istəyir. Dedikki, ermənilərlə danışarıq, ancaq Qarabağ məsələsi olmasın. Qaçqınlar, informasiya, digər humanitarməsələləri müzakirə etməyə razı olduq.70-ədək jurnalist vardı. ABŞ-ın 2 peyki danışıqları izləyirdi. Biz danışıqların nəticəsinə inanmırdıq,ancaq Azərbaycandakı vəziyyəti xaricə başa salmaq istəyirdik. Əməlli-başlı arxivimiz vardı (oraaparı-lan).I gün Baltik Şurası ilə məsləhət keçirdik. Onlar ilk dəfə AXC ilə üzbəüz durdular. Onlar gördülərki, biz heç də irticaçı deyilik. 2-3 saat 70 jurnalistə mətbuat konfransı verdik. Çox hazırlıqlı idilər.Həqiqəti dedik: AXC xalqı dinc, demokratik seçkilərə aparırdı, bunun qarşısı-nı aldılar.Bütün SSRİ-nin qeyri-formal mətbuatı burada idi.Biz dedik ki, AXC heç vaxt qırğına çağırmayıb. Dedik ki, Azərbaycan-da da, Ermənistanda da olanbütün qırğınları pisləyirik. Bu, çox yaxşı qarşılandı.Sabahı gün ermənilər gəldilər. Onlar da mətbuat konfransı verdilər. Bizi buraxmadılar. Jurnalistlər çıxıb dedilər ki, onlar özlərini “nedip-lomatiçno, prəmolineyno, qrubo”8 aparıblar.Deyiblər ki, Naxçıvanı, Şuşanı blokada etməmişik, Ermənistanda heç bir azərbaycanlı ölməyib. 200min nəfər öz xoşuna Ermənistandan çıxıb.Zorakılığı pisləmək maddəsi olan sənədi imzalamaqdan qətiyyətlə boyun qaçırdılar. Saat 7-dən11-ədək gözlədik. Saat 3-də (gecə) Baltik Şu-rası onları divara dirəyəndən sonra kommünikeniimzaladılar (deyiblər ki, sənədsiz buradan çıxa bilmərik).Sabahı gün təkbətək görüşdük. Liderləri Aşot Manuçaryan dedi ki, Qarabağ məsələsindənyorulmuşuq. Onu nə siz verəcəksiniz, nə də biz ala biləcəyik. Zəmanət verin ki, oradakı ermənilərəheç nə olmayacaq. Dedik ki, biz millətçi deyilik. Sonra Z.Balayanla S. Kaputikyanı pisləməyə başladı-lar. Dedilər ki, onlar istəyirlər xaçpərəst — müsəlman davası salsınlar.Sonra səmimi söhbət oldu. Telefonlarımızı verdik.

 

Axşam yenə 7-də görüşəndə gördük ki, məsələ tamam başqa cürdür. Dedilər ki, Yerevandantelefonoqram gəlib ki, Xanlarda podpolkovnik Yuri Vladimiroviç və Xanların icraiyyə komitəsininsədri Kamo və Azad kənd-lərini köçürmək istəyirlər, AXC bu işlə məşğuldur.Biz Bakıya zəng vurub öyrəndik ki, şayiədir. Bəyanat verdik ki, yalan çıxdı, olubsa da pisləyirik.Danışığı davam etdirməyə hazırıq.Bütün Baltik Şurası bizimlədir. Brazauskas Bakıya qoşun girməsinə etiraz edib. Sessiyada bunupisləyəcəklərini dedilər.Həmin gün Vilnüsə getdik. 140 təşkilatı birləşdirən MADO bütün tutulanların,o sıradan Etibar Məmmədovun buraxılmasını tələb etdi. Pribaltikada bizim mütə-şəkkilliyimiz böyükrol oynadı.Sual: Qazaryan AS RH-ə müavin seçilib. AOD9 nədir?Cavab: AOD-la “Qarabağ” komitəsi eyni şeydir. Onlarda da hərə bir yana çəkmə var.Birisi: Bu gün ümumi nəticəyə gəlməliyik. Bu gün tətil edən oğullar sabah sakitliyi də qoruyabilər. Aydın Məmmədov10 deyir ki, qoşun çıxandan sonra Azərbaycanda vətəndaş müharibəsiolacaq. Niyə özümüz özümüzdən xoflanırıq? Mən heç yerdə silah görməmişəm. Hansı silahlamüharibə edəcəyik? Mənə elə gəlir ki, rəhbərlər bilir ki, xalq ondan Qarabağı tələb edəcək. O isəcavab verə bilməyəcəyini görərək qoşunu burada saxlayıb.Rəhbərlik AXC ilə danışığa girməlidir ki, qoşunu çıxarmağı müzakirə etsinlər.Podpolkovnik Mixaylovski (Nərimanov rayon hərbi komendantının siyasi hissə üzrə rəis müavini -“zampolit”).Direktor yekunlaşdırdı. (Sözü uzun-uzadı fırladıb işə çıxarmaq üzərinə gətirdi).Nərimanov RPK-nın I katibi: Dubinyak Moskvadadır. Sabahdan Bakıda komendant başqasıolacaq.DQ-da milis rəisi erməni yox, Kovalyovdur. Aptek işçisi də həbsə alınıb Azərbaycanla əlaqəsaxlamaq üstündə.Biz heç kəsi işə çağırmayacağıq, hərə özü istəyəndə çıxar.

 

Обсуждение закрыто.