MEYDAN GÜNDƏLİYİ: 16 FEVRAL 1990

Стандартный
MEYDAN GÜNDƏLİYİ: 16 FEVRAL 1990

16 fevral 1990.

EA-nın əsas binası, ikinci qat.Müşavirə (AXC — KP) Saat 15.30.İştirakçılar: Yusif Səmədoğlu, Vurğun Əyyublu, Dilarə Əliyeva, Firidun Səməndərov, İsaQəmbərov, Pənah Hüseynov, Əbülfəz Əliyev, Sabir Rüstəmxanlı, İsmayıl Şıxlı (AXC-dən).Qurban Xəlilov, Kamran Rəhimov, Urxan Ələkbərov, Adil Hacıyev (KP-dən).***Qurban Xəlilov: Mən DQMV-də XİK-nin əleyhinə olmuşam. 1926-dan partiya üzvüyəm.

İstəyirik ki,Xalq Cəbhəsi ilə söhbət aparaq.Mütəllibov deyib: Plenumdan sonra 50 dəqiqə Qorbaçovla söhbət etdik. DQMV məsələsini xüsusiqoydum. Dedim ki, Azərbaycan xalqı içərisində sizin nüfuzunuz yoxdur; bu nüfuzu qaldırmalısınız.Siz bu vəziyyətdə kömək etməsəniz özümüz etməliyik.İş düzəlməsə istefa verəcəyəm.Qorbaçov deyib: Bu sessiyada bu məsələ qəti həll olunacaq.Yanvarın 18-ində Qorbaçov iclas etdi. 4 respublikadan, hər respub-likadan da 6 deputat,Azərbaycandan mən də iştirak edirdim. Biz nə istəyi-rik? İndiyədək nə olub — olub. İndi xalqın halınaqalaq. Hamımız bir nöq-təyə vuraq. Mən 50% XC-dəyəm, 50% hökumətdə, partiyada.İ.Şıxlının sualına cavab: Mütəllibov deyib ki, mən heç kəsi təklik-də qəbul etməyəcəyəm — bütünbüro üzvləri ilə bir yerdə; sonra ayrı söhbət olmasın.Sonra Qurban Xəlilov dedi: Bütün AXC adından qərara almışdılar ki, Həsən Həsənov I katib olsun.Daha sonra Q.Xəlilov Mərkəzi Komitə qarşısında 18 yanvarda gördü-yünü danışdı: KP-dən murdarpartiya yoxdur. MMŞ yaradılıb. Mərkəz Vaqif Hüseynovu I katibliyə məsləhət bilir, o, Vəzirovdan dapisdir. HəsənHəsənov I katib olmalıdır. Biz gərək Ali Soveti ələ keçirək.(Sonra milisin ermənini — Aqanyanı tutmasını, onu milis rəisinin buraxmasını, təyyarə iləgöndərilən həmin erməninin tutulub AXC-yə təh-vil verilməsini danışdı).İsmayıl Şıxlı: Mütəllibov da, Həsənov da qollarını çırmayıb işləmək istəyirlər, araya girməkistəyənlər var. “Vremya” da dedi ki, 49 yaşlı Həsənov proqram irəli sürüb; bunun özündə də nəsəvar.Q.Xəlilov: 113 MK üzvü plenumda iştirak edirdi. Lehinə — 82 nəfərƏleyhinə — 31 “Mütəllibova“ Lehinə — 31 nəfərƏleyhinə — 82 “Həsənova“ Vurğun bəy: Kimin I katib olmasının dəxli yoxdur — heç biri müstəqil adam deyil.İ.Şıxlı: AXC adı ilə pis işlər görürlər. AXC-yə iki cür münasibət ola bilərdi: tank, razılıq. Onlar dahiss edir ki, xalqa arxalan-madan heç bir iş görmək olmaz. Görüşüb məsləhətləşmək istəyirlər.Mərkəzi Komitəni də düşündürən birincisi hərbi vəziyyətdir, onu hansı şəkildə həll etməkdir.Hərbçilər gedəndən sonra vəziyyəti kim boynuna götürə bilər? Rəhbər-lik ehtiyat edir, KQB, DİNehtiyat edir. Deməli, onlar qoşunun qalmasını istəyirlər. Birinci problem budur.İkinci problem respublikada bütün işlərin demokratikləşdiril-məsi. Rüşvətxorlar var. Ali Sovetdəheç olmasa 30-40%-in yeniləşməsinin tərəfdarıyam. Söz sözə söykək olmalıdır. Moskva sessiyasındadeputatla-rımızın döyüşkənliyi heç olmazsa məsələnin müzakirəsinə gətirdi çıxar-dı. Bu problemlərəcavab verməyə hazır olun, öz problemlərinizi də fikirləşin.Kamran Rəhimov: Rayonlardakı vəziyyət hamımızı narahat edir (rüş-vətxorluq və b.).(Vurğun bəy İsa bəyə pıçıldayır ki, bunu o adam söyləsin ki, özü Naxçıvanda təmiz işləyib).Vahid cəbhə yaradılmalıdır.İ.Şıxlı: MK aparatında dəyişiklik gedir. Son görüşdə xalqa dəxli olmayan adamlar danışırdılar.Y.Səmədoğlu Qurban Xəlilova sual verdi: Siz bu partiyanın1 humanist-liyinə inanırsınızmı?Cavab: Danışıqsız.

 

Y.Səmədoğlu: Biz də bu partiya mahiyyətini dəyişdiyi üçün onunla bütün əlaqəni kəsirik. Faşistpartiyası olduğuna görə onun sıralarını tərk edib sabah onu tanımağım hansı əxlaqa sığar?(Pənah, Dilarə xanım və başqaları ayrı-ayrı adamların partiya de-mək olub-olmaması haqqındamübahisəyə girdilər).İsa Qəmbərov: Partiyanı müzakirə etmirik — o, Lenin dövründən cina-yətlərə başlayıb.Bütün illüziyalar itib. Özümüzü müdrik göstərib danışığa başlayabilərik, son 1 illik təcrübəmizdən imtina edərik. Vəzirova da inanırdıq.Son plenumda Mütəllibovun Ali Sovetin qərarının adını çəkməməsi, son biabırçı görüş onlarınmövqeyini göstərir. Xalq Cəbhəsi müzakirəyə qoşulur, ancaq onun nümayəndəsi iştirak etmir.Respublika rəhbərliyi özünə arxayındırsa televiziyada mübahisə edək. Dağlıq Qarabağ bombasıortaya qoyulub ki, istənilən vaxt Azərbaycanı partlatsın. Sərhəd məsələsi, rayonlarda xalqızorakılığa məcbur etmək Bakıda camaatı qızışdırır. Hökumət kəskin danışanlarla danışığa girir, silahverəcəyini deyir, DTK xətti ilə erməni qırğınları təşkil edir.Məqsəd Azərbaycan xalqını qorxutmaq, Yazovun dediyi kimi, AXC-nin strukturunu dağıtmaq,başqa respublikalara dərs vermək idi. Qorbaçov ermə-nilərə borcunu müəyyən dərəcə qaytardı.Rəhbərlik xalqı ikiqat qul etmək istəyir: özü quldur, bizi də parçala-maq, özünün qulu etməkistəyir. Biz buna getməyəcəyik. Bizcə, Moskva bizimlə danışıq aparmaq üçün hələ Mütəllibova icazəverməyib.Konkret olaraq qoşunun çıxarılmasında danışığa gələ bilərik.F.Səməndərov: Biz asayişi öz üzərimizə götürə bilmərik. Orqanlara tapşırıq verilməlidir ki, sakitolun. Əzizbəyov rayon milisi haray qaldı-rıb ki, ay camaat, gəldilər. Bakı kəndlərində qırğınınqabağını Kərbəlayı Əlikram alıb.İsa bəy: Biz sakitliyə təminat verə bilmərik. KQB-nin nəsə törətmə-yəcəyinə inana bilərikmi?İkincisi, Qorbaçov söz verə bilərmi ki, Moskvada yəhudi talanları olmayacaq?Qorbaçovun da iştirak etdiyi erməni qırğınında 38 adam öldü. Ancaq qoşun girəndə yüzlərcəadam öldü. Hətta yeni qırğın olsa da bu ölənlər qədər olmaz; deməli; ordunun burada olmasısabitliyə xidmət etmir.Sonra — hansı büro ilə görüşək? Mütəllibov, Həsənov və Polyaniç-konun da əli qana batıb.Sabir Rüstəmxanlı: Polyaniçko ilə Volskinin DQ məsələsinə münasi-bəti eynidir. Rəhbərliyin işüslubu dəyişməsə onlarla danışmaq olmaz. Bu gün “Pravda”da, “Kommunist”də olan yazılar dabunu göstərir ki, Vəzirov xətti davam edir.Azərbayan KP MK bürosu üzvlərinin hamısı istefa verməlidir — şəxsi ləyaqətləri varsa.Kooperativ XC-ləri yaradılması DTK-nın işidir.Qurulan blokada simvolik idi. (Bəy: “Piket idi”).(İ.Şıxlı: “Yazov deyib ki, bizə Azərbaycan lazımdır, azərbaycanlılar yox”).Danışığa o vaxt getmək olar ki, onların səmimiyyətinə inanaq. Dünən hərbi prokurorla söhbətdədə dedik ki, ordu getsə qayda-qanun yaradarıq. 13-14-ündə Bakıda qırğın olanda şəhərdə 12 mindaxili qoşun hissəsi vardı. Vəzirovun bir kəlməsi bəs idi ki, qoşun qırğını sakitləşdirsin.Vəzirov deyib: “Ne toropitesğ, pustğ rezvətsə”.2 (Bunu Y.Səmədoğlu dedi. Onda maqnitofonyazısı var).İ.Qəmbərov: Mütəllibov indiyədək olan cinayətlərdən imtina edə bi-lər, ancaq bundan sonrakıbütün cinayətlərə şəxsən cavabdehdir.Sabir: Yenə o ssenari ilə gedirlər ki, rəhbərliklə xalq arasında gər-ginlik qalsın, yenə birmüddətdən sonra xalq istefa tələb etsin, yenə qır-ğınlar törədilsin.Dilarə xanım: Tətildən başqa silahımız varmı?Adil Hacıyev (Ədəbiyyat Fondunun direktoru): Rəhbərlik sizinlə gö-rüşmək istəyir. Hazırlaşıbonlarla görüşməyiniz məsləhətdir.Y.Səmədoğlu: Şeytan da Azərbaycan xalqına xeyir vermək istəyirsə onunla görüşə bilərik.İ.Şıxlı: Nə qədər ki rəhbərlər Moskvadan asılıdır, onlar işləyə bilməyəcək, onların ömrü daha azolacaq.Belə görüşə ehtiyac duyuruqsa görüşə gedək.Y.Səmədoğlu: Mən hər axşam Yerevanla telefon əlaqəsində olur, EÜH ilə danışıram.İ.Şıxlı: Məsləhətdirsə gedək, görüşək.Q.Xəlilov: Respublikada çoxlu cəmiyyətlər yaranır. Bəlkə onların da nümayəndələri iləgörüşülsün?İ.Şıxlı: Xalq özünü itirib. Bir ətəkdən yapışmaq istəyir. O ətək də Xalq Cəbhəsidir.K.Rəhimov: Qarşı-qarşıya durmaq dövrü deyil.Əbülfəz bəy: Söhbətdən qaçmırıq. Hər şeydən qabaq fövqəladə vəziyyət ləğv edilməlidir.Moskvada bunu həll edib gəlməlidirlər.(İ.Şıxlı: “Qorbaçova inanmıram”).

 

Bu məsələni həll etmək üçün görüşə bilərik. Qoy iş olsun ortada.İş görəcəyiksə görüşək. Mərkəzbizə qarşıdır. Biz: MK, NS və AXC Mərkəzə qarşı birləşə biləriksə görüşək; bir-birimizitəqsirləndirməməliyik.Mütəllibov söz versə, milis idarəsi söz verməsə vəziyyət qarışar.Söhbətin mövzusunu dəqiqləşdirməliyik. Xəlil Rza kimi meydanda da-nışıb (X.Rza olmayıbƏbülfəz olsun) sonra dalından qaçanlara qarşı sərt olacağıq. Rusun taleyi bizdən asılı deyil.İ.Qəmbərov: Prinsipcə görüşün əleyhinə deyilik.Bəy: Büro orqanların yerinə öz üzərinə məsuliyyət götürməlidir.***Bu gün “Azadlıq” radiosunda Mehdi Məmmədov dedi ki, mən Moskva universitetində Yakovlevin(Siyasi Büronun üzvü) söhbətində olmuşam. O bildirib ki, təkcə Sumqayıtda bir neçə müəssisəninişləməməsi SSRİ-də 600-dən çox fabrik-zavodu dayandırıb.Bugünkü “Pravda”da A.Qoroxov və V.Okulovun «“Cəbhə” kimə qarşı durur?» məqaləsi çıxıb.3 Buəsl kommunist ruhlu yazıda AXC-yə quduzcasına böhtan və hücumlar, təhqirlər baş alıb gedir.(Hətta “Cəbhə” sözünü lağla dırnaq arasında yazırlar). Belə cümlələr var:“Biz yolun kənarındaəmanət kassasında işləyən bir qadının yandırılmış evini gördük. AXC üçün pul yığa bilmədiyinə görəbu cür cəzalandırılmışdı”. (Belə yerdə deyirlər ki, yalançı-nın atasına min lənət! — Ə.T.). “Adamlarartıq dərk etməyə başlayırlar ki, AXC nə deməkdir və onun arxasında kimlər durur. Azərbaycansınaq meydanıdır, ekstremistlər qanuni hakimiyyəti devirmək üsullarını burada sınaqdan çıxarır-lar…”.

 

Обсуждение закрыто.