«APREL ŞƏHİDLƏRİ»: ELVİN MİRZƏYEV

Стандартный

Elvin_Mirzəyev.jpg

Elvin Azadxan oğlu Mirzəyev (d. 13 fevral 1994XaçmazAzərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Elvin Mirzəyev 1994-cü ilin 13 fevral günündə Xaçmaz şəhərində anadan olub.

Əsgər Elvin Mirzəyev 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Elvin Mirzəyev doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

Обсуждение закрыто.