11 FEVRALDA HƏLAK OLANLAR: İSA MƏMMƏDOV

Стандартный

İsa_Məmmədov.jpg

İsa Məmmədov Qubadlı rayonunun Aşağı Mollu kəndində 1966-cı ilin mayın 10-da anadan olub. 1983-cü ildə Yuxarı Mollu Orta Məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təssərüfatı İnstitutunun hazırlıq kursunda oxumuş, 1984-cü ildə baytarlıq fakültəsinə qəbul olur.

1984-86-cı illərdə sovet ordusunda xidmət edib. 1991-ci ildə təhsilini başa vuraraq Abşeron rayonuna göndərilir. 1993-cü ilin noyabr ayına kimi Abçeron rayon Baytarlıq Müalicəxənasında həkim işləmişdir. Həmin ilin noyabr ayında döyüş bölgəsinə yollanaraq, taqım komandiri təyin edilir. İsa Məmmədovun taqımı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə böyük fədəkarlıq göstərmişdir. 1994-cü ilin fevralın 10-da Xocavənd istiqamətində düşmənin qrad qurğuların və atəş nöqtələrini susdurmaq əmri alan taqım hücuma keçir. Bu döyüşün şidətli anında fevralın 11-də ağır yaralanır və həlak olur. 27 yaşlı cəsur komandir ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 1994-cü il fərmanı ilə «İgidliyə görə» medalı ilə təltif olunmuşdur. Evli idi, bir oğlu yadigar qalıb.

vikipediya

Реклама

Обсуждение закрыто.