20 YANVAR ŞƏHİDLƏRİ:VLADİMİR XARİTONOV

Стандартный

Vladimir_Xaritonov.png

Vladimir Xaritonov (azərb. Xaritonov Vladimir Aleksandroviç) — 20 yanvar şəhidi. 

1949-cu ildə Saratovda anadan olmuşdur. Bakıda hərbi qulluqçu işləyib. İki uşaqı qaldı. Fevralın 8-də gecə saat 12.00-da işdən evə gedərkən Dərnəgül körpüsünün ayağında əsgərlər mayor Xaritonovun «Moskviç» markalı maşınını saxlamaq istəyiblər. Nədənsə Xaritonov maşını saxlamayıb. Bəlkə də düşünüb ki, onlar hərbçi mən hərbçi, mənə güllə atmazlar. Ancaq sən saydığını say… Əsgərlər ikinci dəfə qışqırıblar: — Stoy, strelyat budu! Xaritonov isə evə tələsirdi, uşaqlarının yanına tələsirdi… Əsgərlər əvvəlcə xəbərdarlıq atəşi açıblar. Sonra da… Sonra da atılan güllə hədəfə dəyib. Güllə mayor Xaritonovun başından dəymişdi. Əcəl elə oradaca haqlamışdı onu…

Vladimir Aleksandroviç Xaritonov Saratovda dəfn olunmuşdur.

 

 

 

Обсуждение закрыто.