Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 8 FEVRAL 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 8 FEVRAL 1990

8 fevral 1990.

 Cümə axşamıdır. Bu gün Şəhidlər xiyabanına 1 milyon 300 min adam baş çəkib (ictimai dəfnkomissiyasının sədri, professor Qüdrət Əbdülsə-limzadə dedi).9 fevral 1990. Rəhbər Bəşirlini gördüm, dedi ki, əlavə 60 nəfər şəhidin adını öyrənib “Azadlıq” radiosuna vermişəm.

Onların adı heç bir siyahıya düş-məyib. Rəhbər onu da dedi ki, dənizdə bir çox yerdənmeyitlər üzə çıxır.Bu gün Bəy, Anar, Elçin, bir sıra akademiklər yığışıb prezident Eldar Salayevin kabinetində hansıməsələnisə müzakirə edirdilər. (AXC İH-nin başqa üzvləri və Nəcəf də olub). Deyəsən, deputatlarınMoskvadakı sessiyaya gedib-getməməsi məsələsini müzakirə ediblər. Hər halda, deyəsən, getməkqərarına gəliblər.Türkiyənin “Milliyyət” qəzetinin müxbiri Məhəmmədəli Birand Əbül-fəz Əliyevlə müsahibəsinidərc etdirib (“Azadlıq” radiosunda oxundu): “So-vet ordusunu passiv müqavimətlə Bakıdançıxardacağıq”. “Cəbhənin parçalanma-sı haqqında şayiələr yalandır”.Respublika deputatlarının xeyli hissəsi sessiya keçirilməsinə razılıq verib. Gəncəyə qoşunyeridilib (razılığa baxmayaraq). Naxçıvana da yeritmək istəyirlər, ancaq I katib Afiyəddin Cəlilovmane olur. Burada tətil davam edir. Burada dəmir yolunu bu gün hərbiləşdirmək məsələ-sindəndanışılırdı.

Реклама

Обсуждение закрыто.