Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 6 FEVRAL 1990

Стандартный
Ə.TAHİRZADƏ.  «MEYDAN GÜNDƏLİYİ». 6 FEVRAL 1990

6 fevral 1990. 

“AZADLIQ” radiosuMənim “Azadlıq” radiosuna dünən verdiyim müsahibəmi səsləndir-dilər. İlk müsahibəmi texnikisəbəblərə görə verə bilmədiyi üçün Mirzə Xəzər üzr istədi. Ancaq həmin ilk müsahibədənLənkəranla bağlı yer də dinləyicilərə çatdırıldı.Tibb elmləri doktoru V.Əfəndiyevin imzası ilə “Pravda”da əliyevşina haqqında dərc olunmuş bir yazı tənqid edildi, sonra isə belə şey yazmadığı haqqında V.Əfəndiyevin bu gün davam edən Sov.İKPplenumuna vurduğu teleqram oxundu. Mərkəzi televiziya və mətbuat Azərbaycan xalqına qarşı ənalçaq böhtanlar atmaqda davam edir.

Bu fakt da o silsilədəndir. 2-3 gün qabaq Yevlaxda icazəsizmitinq keçirildiyini deyən “Zaman” dünən də bildirib ki, Xanlar rayonunun Azad və Kamo kəndlərindəki ermənilərə ultimatum verilib ki, ayın 4-ünədək buradan köçsünlər. Bu da ağ yalanolub. Riqadakı görüşlər bu səbəbdən kəsilib.Tətillər davam edir. Özü də çox yaxşı. (İnqilab da bu gün bunu təsdiqlədi).Cənubi Azərbaycanda da fövqəladə vəziyyət elan edilib. Parlamentin170 deputatı buna etirazı imzalayıb. (Görünür, hamısı azərbaycanlıdır).Xarici mətbuat bugünkü plenumda Qorbaçovun Azərbaycanda kütləvi qırğınlar haqqında susmasından təəccüblənib.

“AMERİKANIN SƏSİ” Bənisədrin “Vaşinqton tayms” qəzetində dərc olunmuş yazısının 2-ci hissəsi oxundu. Burada əslən azərbaycanlı olan köhnə prezident iddia edir ki, Şimali Azərbaycan Sovet İttifaqından ayrılmalı, “vahid, böyük İran” yaradılmalıdır. Başqa sözlə, biz İran boyunduruğuna girməliyik. (Sanki ona görə xalqımız mübarizə aparır ki, bir ağanın itaəti altından çıxıb başqasının boyunduruğuna keçsin).***Dünəndən başlayaraq “Azadlığ”ın yeni nömrəsini buraxmaq üzərində baş sındırırıq. Mən bu gün o gecə gördüklərim haqqında və “Azadlıq” radiosunun 17-28 yanvar arasındakı misilsiz xidmətihaqqında kiçik məqalələr yazıb verdim.***Bugünkü “Kommunist”də Sov.İKP-nin dünən başlamış plenumunda Qorbaçovun məruzəsininmətni verilib. Bakı faciəsi ilə bağlı deyib: “…qətiyyətli tədbirlər sayəsində daha böyük faciədən yaxaqurtarmaq mümkün olmuşdur (?! — Ə.T.). Minlərlə adamın təhlükəsizliyi üçün qorxu vardı (?! — Ə.T.),qəbul edilmiş qərarlar üçün başlıca əsası da bu təş-kil edir. Amma məsələ həm də bundadır ki,millətçi, antisovet qrup-laşmalar açıq-aşkar konstitusiya quruluşuna qəsd edirdilər, hakimiy-yətəcan atır, heç də demokratiya yaratmağa yox, kobud qüvvə və davakar mil-lətçilik diktaturasıyaratmağa çalışırdılar. Bu, əslində zorakılıqla çevriliş etmək cəhdi idi — nə az, nə çox. Bundan ötrübütün strukturlar, ən əvvəl də hərbi strukturlar hazırlanmışdı. Bəzi siyasi qüvvələr (?! — Ə.T.)Azərbaycan Xalq Cəbhəsinin qılığına girməyə çalışırlarsa bu ancaq onların özlərinin hansı niyyətlərgüddüklərini göstərir”.

Обсуждение закрыто.