Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 4 FEVRAL 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 4 FEVRAL 1990

4 fevral 1990.

“AZADLIQ” radiosu İsmayıl Şıxlının 24 yanvarda Azərbaycan KP MK plenumundakı nitqi verildi. O deyib ki, mən müharibə iştirakçısıyam. Müharibəyə dair çoxlu kitablar oxumuşam, ancaq ordunun dinc əhaliyə qarşı törətdiyi belə vəhşiliyi heç yerdə görməmişəm.

Qorbaçov, onun əlaltıları: general Yazov, Primakov bu cinayətə görə tarix qarşısında, xalqqarşısında, məhkəmə qarşısında cavab verəcəklər. Qorbaçov ermənilərin — Şahnazarov,Ağanbeqyan, Zori Balayan və İgityanla-rın əlində oyuncağa çevrilmişdir.Meyitləri gəmilərə yükləyib aradan çıxarmaq istəyiblər. Mən təkcə Semaşko xəstəxanasındameyitin qolunda 312-ci rəqəmini gördüm. İndi ba-xın ki, başqa xəstəxanalarda nə qədər meyit olub.Mən təklif edirəm ki, igidliyinə görə general Yazova marşal rüt-bəsi və “Qələbə” ordeni verilsin.Qoy Suvorov, Kutuzov, Jukov kimi sər-kərdələr yetirən rus xalqı Yazov kimi “qəhrəman” oğlu ilə fəxretsin.57Mən xalq yazıçısıyam, deputatam. SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm, Azərbaycan KP MK üzvlüyünə namizədəm, 45 ildir partiya üzvüyəm. Mən kommunist (bolşevik) partiyasına müharibədəkeçmişəm. İndi görürəm ki, bu partiya mahiyyətini dəyişib, faşist partiyasından daha dəhşətli SSpartiyasına çevrilib. Ona görə də bu partiyada qala bilmərəm.(İsmayıl Şıxlı Krasnodar, Rostov və Stavropolda hərbi çağırış elan edilib, oradan gətirilənermənilərin xalqımızı qırmasından, sonra onların təcili geri göndərilməsindən də danışdı).Bir xanım gizli teleqramları oxudu. Ermənilər Azərbaycandakı qırğınlar münasibətilə bizimQadınlar Şurasına təbrik teleqramı göndə-riblər. SSRİ Rabitə Nazirliyi Azərbaycandan gedən vəgələn bütün sifa-rişli göndərişlərin üstünə nəzarət qoyub. Ayın 18-ində bizim respublika NazirlərSoveti əsgərlərin Azərbaycanda olduğu bütün vaxt ərzindəki çəkilən xərci respublikanınbüdcəsindən ödəməyə razılıq verib (indiki I katib A.Mütəllibov).“AMERİKANIN SƏSİ” radiosuDünən Nyu-Yorkda azərbaycanlıların izdihamlı (sayı deyilmədi) nümayişi olub. Onlar BMT binasınıəhatəyə alıblar. 3 saat çəkən nümayişdə üçrəngli Azərbaycan bayrağı ilə yanaşı Türkiyə və ABŞ-ınbayraqları da dalğalanıb. Nümayişçilər rus qoşununun Bakıdan çıxarıl-masını, Etibar Məmmədov vəbaşqa azadlıqsevərlərin buraxılmasını tələb etmiş, bildirmişlər ki, AXC etnik münaqişələr yox,respublikanın suverenliyi uğrunda mübarizə edir.Brüsseldə (Belçika) azərbaycanlılar nümayişə çıxıb qoşunların Bakıdan xaric edilməsini,tutulanların buraxılmasını tələb etmiş, Avropa (Qərb) dövlətlərini Azərbaycandakı demokratikhərəkatı müdafiə etməməkdə təqsirləndirmişlər. 2 saatlıq nümayişin iştirakçıları Azər-baycana hərcür yardım göstərməyə hazır olduqlarını bildirmişlər.Riqada başlanan danışıqlar hələlik müsbət nəticə verməyib. Erməni tərəfi gündəlikdə nəzərdətutulmayan məsələlərin iddiasına qalxıblar.Bu gün respublika televiziyası işə çıxmaq haqqında heç bir çağırış, müsahibə vermədi.

Обсуждение закрыто.