ŞƏHİDLƏR: QUBADLILI MİLLİ QƏHRƏMAN BƏYLƏR AĞAYEV

Стандартный

Bəylər_Ağayev.jpg

Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qaraağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır.

Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, SəfiyanYuxarı Fərəcan və Aşağı FərəcanMazutluTürklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

1992-ci il… Avqustun 6-sı. Erməni irqçi vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünÜ yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: «Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun» və hücuma keçirlər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də özləri  həlak olurlar.

Subay idi.

Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir. 

Qubadlı rayonunun Qaraağac kəndində dəfn edilmişdir, bu kənd hazırda erməni isğalı altındadır.

vikipediya

Обсуждение закрыто.