Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 2- 3 FEVRAL 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 2- 3 FEVRAL 1990

2 fevral 1990. 

Bu gün “Pravda”da “Gecədən sonra alatoran” yazısı çıxıb. “ZAMAN”Şəhidlər xiyabanı göstərildi. Şəhərdə sakitlikdir.Az.NS-də qaçqınlar məsələsi müzakirə olunur. Gəncəyə ilk dəfə qəzetlər gətirilib. Şəkidə işgetmir.Cəbrayılda AXC yerli şöbəsi buraxılıb. Üç fəal tutulub. 6 avtomat alınıb.Xaricə 12 tank satmaq istəyiblər (SSRİ-dən). “AZADLIQ” radiosuAğamalı Sadiq xalqı birliyə çağırıb.Ağdamdan şair Nizami Əsgərov (aktyor).

Komendant Ali Sovetin sessiyasının davam etdirilməsinə icazə vermir. Bəxtiyar Vahabzadədeputatların bəyanatını oxudu.Yəhudiləri müraciət (“Elm” qəzetindən).Nəqliyyat, ərzaq və səhiyyədən başqa sənaye obyektlərində, neft mədən-lərində tətillər davamedir. Dubinyak məcbur olub AXC fəalları ilə danışığa girməli olub.Xaricdəki azərbaycanlılar çoxlu dava-dərman toplayıb birbaşa Azər-baycana göndərməkistəyirlər.“Röyter” agentliyinin müxbiri deyib ki, Bakı matəm və hiddət şəhəri-dir. Qəbiristanlıqda da Kremləleyhinə şüarlar var. “AMERİKANIN SƏSİ”Türkiyə ilə Yunanıstanın münasibətləri çox pis vəziyyətdədir.Hindistan Pakistana deyib ki, Kəşmirdə mənim işimə qarışma.“Amerikanın səsi” radiosunun 6 dildə (türkcə, özbəkcə də) verilişləri dayandırılacaq.SİTA bildirir ki, Azərbaycanda bir çox müəssisələr işləyir.Dünən Riqada Azərbaycan nümayəndələri Sabit Bağırov və Hikmət Hacızadə mətbuat konfransıkeçiriblər.200-dən artıq AXC fəalı həbs edilib. “Bi-Bi-Si”Tofiq Qasımov general Dubinyakla bu gün görüşüb. Dubinyak bildi-rib ki, danışıqlar alınsaqoşunları 2 həftəyə çıxara bilər. Tofiq Qası-mov deyib ki, qoşunların çıxarılması qrafiki təqdim edilsətətili dayan-dıra bilərlər.Yeltsin RSFSR-də müxtəlif partiyaların olmasının zəruriliyindən danışıb.***Respublika televiziyası ilə qocalar AXC-ni cinayətdə təqsirləndir-dilər. (Nədənsə, bizdə kimi söymək lazım olsa o saat qocaların üstünə qaçırlar və onlar daməmnuniyyətlə öz xidmətlərini təklif edirlər!).Ədilə Namazovanın “Kommunist”də yazısı çıxıb. “AZADLIQ” radiosu“Elm” qəzetinin senzuradan keçməsindən danışıldı. Yəhudilərin müraciəti oxundu (Rəhbər Bəşirli).AXC-nin Azərbaycan xalqına 30 yanvar tarixli müraciəti təkrar edildi. (20-sindəkiümumrespublika tətilinə çağırış qüvvədə qalır).EA Rəyasət Heyətinin müraciəti (rusca) oxundu (“Elm” qəzetindən hər-bi senzor çıxarıb).Xarici müxbirlər Bakıya gəlib. “Röyter”in müxbiri bildirir ki, AXC-nin onunla danışmaqistəmədiyini deyən general Dubinyakın sözlə-rini Nəcəf Nəcəfov kəsərək bildirib ki, ordu seçkilərdəAXC-nin qar-şısını almaq istəyir. AXC fəallarının həbs olunması gözlənilir.Etibar Məmmədov, Xəlil Rza və başqalarının həbsdən azad edilmə-sini tələb edən çıxışlar oldu.Bir qadın xahiş etdi ki, BMT-yə çatdırın ki, öz qoşunlarını Azərbaycana töksün, canımızı bu işğalçıordudan xilas etsin.Azərbaycanlı uşaqların müraciəti səsləndirildi. Yılmaz Verdiyev dünya ictimaiyyətinə müraciət etdi (alimlər adın-dan).Naxçıvandan Dünyamin: “Azadlıq” radiosu Azərbaycan demokratik qüv-vələrinin carçısıdır.Naxçıvan yeganə yerdir ki, oraya ordu yeridilməyib. Müxtəlif fitnələr törədib, nəyin bahasına varsabura qoşun salmaq istə-yirlər.AXTİ-nun dosenti Qabil Həsənovun səsi yenidən efirə buraxıldı: Meyitlərin üstünə avtomat qoyubşəkillərini çəkəcəklər, sonra deyəcəklər ki, görün azərbaycanlılar necə vəhşidirlər.Riqada danışıqlar bu gün başlanacaq. Ordu, qaçqınlar və b. məsələlər müzakirə ediləcək.“Krisçen sayens monitor” qəzeti (31.01.90) yazır ki, Qorbaçov qoşunun yeridilməsindən sonradanışarkən qeyri-adi şəraitdə özünə etimadsızlıq bildirmişdir. Müxbir Yazov və Şevardnadzeninfikirlərindəki ayrılığı göstərir.Riqada başlanacaq danışıqlara toxunulur. ***Dünən Qeysər Xəlilov Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədri qoyulub. 

3 fevral 1990. “AZADLIQ” radiosu

Naxçıvanda Fəraməz Allahverdiyevi həbs ediblər. Bakıya — KQB zindanına gətiriblər. 11 uşaqanası olan anası çıxış etdi. Fəraməzin üstündəki silahın ona rəsmən verildiyini dedi. KQB-də oğlu iləgörüş ala bilmədiyini söylədi. Yusif Səmədoğlu zəng vurub AXC İdarə Heyətinin tətilçilər üçün pul toplamaq haqqında qərarınıbildirdi. Pulu onlara necə çatdırmaq haqqında əlavə göstəriş olacaq.Mənim “Azadlıq” radiosuna dünən verdiyim müsahibə səsləndirilmədi.

 

Обсуждение закрыто.