20 YANVAR ŞƏHİDLƏRİ: MƏMMƏD MƏMMƏDOV

Стандартный

Məmməd_Məmmədov_(şəhid).jpg

Məmməd Məmmədov (azərb. Məmmədov Məmməd Yarməmməd oğlu) — 20 yanvar şəhidi. 

Məmməd Məmmədov 1959-cu ildə Bakı şəhərində anadan olub. 2 nömrəli avtobus parkında sürücü işləyib. Bir qız övladı yadigar qaldı. Yanvarın 19-da axşam saat 9-da evdən çıxıb. Zarafatla anasına deyib ki, gedirəm sizi qorumağa. Hadisə leytenant Şmidt adına zavodun yanında olub. Məktəbli şəhid Larisa Məmmədova da atası Fərmanla Məmmədin avtobusunda olublar.

Hava soyuq olduğundan adamlar avtobusda oturublar. Salonda olanlardan yalnız bir neçəsi sağ qalıb. Əksəriyyəti şəhid olub. Məmmədin bədənində 35 güllə yarası olub. Həmin gecə Məmmədin qardaşı Sabir də XI Qızıl Ordu meydanında yaralanıb. O artıq sağalıb. Məmməd Məmmədov Şəhidlər xiyabanında dəfn edilib.

vikipediya

Реклама

Обсуждение закрыто.