Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 1 FEVRAL 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 1 FEVRAL 1990

1 fevral 1990.

Cümə axşamı Səhər A.Mütəllibov, H.Həsənov, E.Qafarova və b. Şəhidlər xiyabanı-na gəldilər. Qorbaçov o vaxtdeyibmiş ki, meyitləri bir yerdə basdırmayın.Sabah AS-in sessiyasıdır (Nəcəf, Bəxtiyar Vahabzadə).Bu gün Xiyabanda 1 milyona yaxın adam vardı.

Axşam AS-in altından sonadək cərgə uzanmışdı.Divarlarda tətilə çağırışlar. (Metroda vaqon-larda şəkillərin, qaydaların üstündə vərəqələr).Rəhim Qazıyev tutulmayıb.***Fövqəladə vəziyyətdən bəri ilk dəfə olaraq Bakıya Qərbin müxbiri gəlib. (İzlər itəndən sonra).“Elm” qəzeti (Aydın Səlimzadənin generalla söhbəti). “GÜNÜN EKRANI” əvəziİşləyən neft buruqlarını göstərdi.İş haqqında hesabat.31 yanvarda respublikada 50,4% müəssisə işləyib (?!).“İnturist” mehmanxanasında xarici jurnalistlər üçün mətbuat konfransı keçirilir. Şəhidlər xiyabanıötəri göstərildi.***Şəhidlərin xatirəsinə “Yasin”.“ZAMAN”Bakı.78% müəssisələr işləyib Bakıda (?!).Adamlar partiyaya girir (20 nəfər).

Xarici jurnalistlərlə görüş. Qoşunların girməsi haqlıdır. Əf-rand Daşdəmirov: “Vəziyyətidarəolunmazdır”. Nəcəf də danışır.Yerevan. Enerji çatışmır.Riqada görüş. Qonaqsız və mətbuatsız gizli görüş. Landsbergis, İvans suallara cavab verdilər.Xəlil Rza ilə müsahibə olacaq (“Vremya”dan sonra. Bərk həyəcanlandıq).İstintaq altında olan Xəlil Rza ilə müsahibə (Moskvada).67-ci maddə ilə ittiham olunur.Aleksandr Krutov götürürdü müsahibəni.- Siz erməniləri Bakıdan qovmağa çağırmısınız.- Bu o vaxt lazım idi. Mən hiss edirdim ki, qorxulu günlər yaxınla-şır, onları xilas etməkistəyirdim.X.Rza Azərbaycan və erməni xalqlarına müraciətini oxudu. Əbülfəz Əlisoya, Etibar Məmmədliyə,Rəhim Qaziyə, Nemət Pənahova Sabirin şeri ilə55 müraciət etdi. “AZADLIQ” radiosu“Neftayıran” qəzetində işləyən Natella xanım Şirbala (Şirxan) Ağayevin “qırmağa keçməsindən”danışdı.Jurnalistlər gələndə Dubinyak aeroportda deyib ki, AXC bizimlə danışmaq istəmir. Bu zamanNəcəf bildirib ki, yalandır, istənilən vaxt danışmağa hazırıq.Latviya qadınları 300-dən artıq latviyalı əsgərin Azərbaycandan ça-ğırılmasını tələb ediblər. Türkiyədə aclıq edənlər olub (Azərbaycandakı qoşunlara etiraz). “AMERİKANIN SƏSİ”AXC İH üzvləri Sabit Bağırov və Hikmət Hacızadə Riqaya erməni-lərlə danışığa gediblər. Şərt: DQməsələsi qalxsa danışıqlar dərhal kəsiləcək.“Sovetskaya kultura”, “Komsomolskaya pravda”56 və b. qəzetlər Qorbaçovun istefası(partiyada) məsələsinə toxunublar.***AMERİKA MƏTBUATI xəbər verir:Yanvarın 30-unda Tbilisidə ermənilərlə azərbaycanlılar görüşməli idilər. Lakin AXC repressiyayaməruz qaldığı üçün nümayəndə göndərməyib-lər. Azərbaycan və Ermənistan nümayəndələrivəziyyəti sakitləşdirməyə çalışacaqlarına söz vermişlər.AXC ləkələnməmiş hökumət nümayəndələri ilə görüşə hazırdır.***Bir general Bakıdakı fövqəladə vəziyyətin fevralın ortalarında götürülməsi ehtimalından danışıb.200-dən artıq adam ölüb, 500-dən artıq yaralanıb.Türkiyənin xarici işlər naziri Məsud Yılmaz Yunanıstanda əmələ gələn (türklərlə bağlı) hadisələripisləyib. 1000-dən artıq türk həbs edilib.AXC üzvlərinin dediyinin əksinə olaraq işə çıxanlar çoxalır“Faynenşl tayms” (İngiltərə) qəzeti yazır ki, rus millətçiləri Qorba-çovu, Bakıya qoşungöndərilməsini tənqid edib (“Pamyat”ın rəhbəri Dmit-ri Vasilyev).“Raboçaya tribuna” adlı qəzet “Əmri kim vermişdir?” məqaləsində Şaxtı şəhərindəki mitinqdənyazıb.Azərbaycandakı əsgərlər (20 Yanvarda) əsasən ruslardan ibarət olub. Ehtiyat hissələri indinizami ordu ilə əvəzlənib.Azərbaycanda tətillərin dayanacağını bildirən əlamətlər görünmür.

 

Обсуждение закрыто.