20 YANVAR ŞƏHİDLƏRİ: LƏNKƏRANLI ŞAHİN MƏMMƏDOV

Стандартный

Şahin_Məmmədov.png

Şahin Zahid oğlu Məmmədov- «20 Yanvar» şəhidi. Ölümündən sonra «20 Yanvar şəhidi» fəxri adına layiq görülüb.

1972-ci il 31 yanvar Lənkəranda anadan olub. Subay idi. 113 nömrəli texniki-peşə məktəbində oxuyub. Ailənin yeganə oğul payı idi. 3 bacısı qardaşsız qaldı.

Yanvarın 26-da gündüz saat 14.00 radələrində üç dost Bədəlov Rövşən, Məmmədov Şahin və Allahverdiyev Rövşən, Hoftomi-Kirov kəndləri arasında atəşə tutulmuş, öldürüldükdən sonra Şahin və Bədəlov Rövşən yandırılmışdır. Allahverdiyev Rövşən isə qolundan yaralanıb.Şahinin meyidi tanınmaz hala salındığı üçün valideynləri onu çox çətinliklə tanıya bilmişlər.Lənkəranda dəfn olunub.

Реклама

Обсуждение закрыто.