Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 31 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 31 YANVAR 1990

31 yanvar 1990. 

 Metrolarda köhnə kağızları qoparıblar, yeniləri yapışdırılır. Rayonlarda şəhidlərin qırxınadəktoylar saxlanıb. Partiyadan çıxma prosesi zəifləyib.“AZADLIQ” radiosu (səhər)Göyçayda 5 minlik mitinq olub.29-da Qutqaşendə mitinq keçirmək istəyiblər.

Rayon partiya komitəsi-nin I katibi RamizƏhmədov Bakıdan tank istəyib. 3 tank gəlib. Mitinq olmayıb.73-46-011, 73-10-211 (İsveçrə, Cenevrə, İnsan Hüquqları Komissiyası).Azərbaycan məsələsi gündəlikdə varmı? 12-ci məsələ bütün dünyada insan hüquqlarınınpozulmasına aiddir. Hansı dövlətsə Azərbaycan məsələ-sini də desə gündəliyə bu salına bilər.Mikayıl Müşfiqin 2 əmisi oğluna ayın 20-sində güllə atılıb. Biri şəhid olub, biri qolundan yaralanıb.“Vışka”nın redaktoru Y.İvanov “qayıdıb”. “Sovet kəndi”ndə Əfqan gö-ünmür. “Kommunist”də C.Əlibəyov yoxdur.Ələkbərov Dadaş (Mərkəzi klinik xəstəxanada cərrah) danışdı: Dəhşətli güllələr tətbiq ediblər.Güllələr göz yaşardır; qorxuludur.“İndependent” qəzeti (İngiltərə) yazır ki, Dağlıq Qarabağ və ətrafında baş verən hadisələr Sovetİttifaqının iqtisadiyyatını sarsıtmışdır. Görünür, təxribat davam edəcəkdir.Bakıda istehsal olunan neftin 37%-i ölkənin başqa yerlərinə göndə-rilir. SSRİ-də istehsalın indiki1,5 % artımı müharibədən sonrakı ən az artımdır.“Los-Anceles tayms” (31.01.90): Moskva AXC rəhbərliyi ilə danışıqlara girmək istədiyi vaxt Kremlqoşunları geri çağırmağa hazır deyil. Sovet hökumətinin rəsmi nümayəndəsi Mixaylov demişdir ki,siyasi rəhbərlik AXC ilə necə rəftar etməyi müzakirə edir. Əgər Baltika məclisində Xalq Cəbhəsipartiyanın bacarmadığı halda müvəffəqiyyət qazansa bu, AXC-nin daha da nüfuz qazanmasınasəbəb olacaq. Mixaylov deyib ki, Sovet qoşunları Bakıya girməmişdən AXC-də fraksiyalar yaranıb. Odeyib ki, Azərbaycanda ………..min adam partiya biletini yandırıb. Türkiyə mətbuatı Azərbaycan hadisələrinə geniş yer verir. Məsələn, “Tərcüman”dakı “Qanımız,canımız, Azərbaycanımız”, “Rus tankları Naxçıvan-da”, “Türk olmaq asan deyil” və başqa məqalələrmaraqlıdır. “Milliyyət”də (30.01.90) tankların tırtılları altında əzilən tanınmaz insan şəkilləri, fotolarıdərc edilib. Burada deyilir ki, Qorbaçov Sovet imperiyasının dağılması məsələsi ortaya çıxanda səhvsiyasət yeritdi. Azərbaycanın ən böyük dərdi odur ki, o, ermənilərə qarşı durur, o, türkdür.Nailənin dediklərindən: Ədilə müəllimə (əsli Maştağadandır) danışıb ki, əsgərlər küçədə oğlumlagedən rus sinif yoldaşını saxlayıb deyiblər ki, millətiniz nədir? Rus uşaqdan soruşublar ki, bunlar(azər-baycanlılar) sizi incidir, eləmi? Oğlan deyib ki, yox. Uşaqları elə yerdə sorğu-suala tutublar ki,adam olmayıb. Oğlum ayaq üstə saralıbmış, çünki rus balası “incidir” desəydi onu güllələyərdilər.“GÜNÜN EKRANI” əvəzinəDəmiryolundakı ağır vəziyyət göstərildi.Özbəkistanın Nəvai şəhərində yaşayan azərbaycanlılar 2.600 manatlıq dava-dərman göndəriblər.Nizami adlı nümayəndə: Xəbər bizə gec çatdı. Əsl həqiqəti Krasnovodskda öyrəndik. Azərbaycanayolladığımız başsağlığı teleqramlarını poçtda qəbul etmədilər.Şövkət xanım (Qırmızı Aypara Cəmiyyəti): İsveçrədən gələn yükü gözləyirik. Bu gün qanaehtiyacımız tam ödənilib (tələbələrin, gənclərin hesabına).“Uçitelskaya qazeta”da elə yazırlar ki, guya biz başqa ölkədə yaşayırıq. Yazır ki, Azərbaycandarus müəllimlərə iki aydır ki, maaş verilmir. Sumqayıtlı bir müəllim dedi ki, belə yalanları respublikaqəzetlərində danmaqdan nə çıxar? Təkziblərimiz mərkəzi qəzetlərdə çıxmalıdır.Zeydulla Ağayev (ABŞ-da olub): İndi xalqlar öz dərdlərini dünya miqyasında həll etməyəçalışırlar. Bizim opponentlərimiz (ermənilər) uzun illər təbliğat aparıblar, hər şeydən istifadə ediblər.Vaşinqtonda azərbaycanlıların “Ocaq” birliyi var.Komendantın məlumatı: 18-indən bəri tətillər üzündən 250 milyon manatdan çox ziyan dəyib.“Dəyirmi stol”da əhalini işə çağırırlar (Həmid Abbas). “ZAMAN”Braziliyanın Moskvaya gəlmiş yeni prezidenti Qorbaçovdan soruşdu ki, eşitmişəm istefayaçıxırsınız. O isə dedi ki, belə şey yoxdur.Bakıdan reportaj: Məktəb, metro işləyir. Buruq da göstərdilər. Bu gündən əmanət kassalarıişləyir. Şamxorluların müraciətindən dedilər. Komendantın məlumatı (tutulanlar haqqında). “Bakıişləyir” demədi. Ardınca Yerevan. Yenə “blokada” sözü.Stepanakertdə tətil davam edir. Polyaniçkonun çıxışı burada translyasiya edilib. Nəzarətkomissiyasının sədri də bu gün Stepanakertə gəlib.Sabah səhərdən Riqada Pribaltika XC-lərinin vasitəçiliyi ilə Azərbaycan Xalq Cəbhəsi vəErmənistan Ümummilli Hərəkatı arasında görüş olacaq. Çox güman ki, bir neçə gün çəkəcək.Dizel yanacağının qiyməti ölkədə xeyli artıb.Beykerin gəlişi bir aydan sonraya — ayın 7-sinə atılıb. (Qorbaçov ovaxtadək olmaya bilər).

Bugünkü “Zaman”ın operatorları: Mirzoyev, Avtandilyan, Babacan və başqaları.Əfqanıstana 110 min, Bakıya 70 min əsgər göndərilib.“AZADLIQ” radiosu (gecə)Cəllilabadda Miralim Bəhramovu axtarırlar.Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə basqın zamanı Sevil Cahani də orada olub. O,müsahibə verdi: Etibarla görüşdük. Gəncəlilər Qorbaçovla görüşə gəlmişdilər. Başsağlığı verməyəgələnlər də vardı. Deputatlığa namizəd adı ilə 3 adam gəldi. Onları Bakıda çəkilən video-filmmaraqlandırırdı. Gecə hücuma keçdilər. Əsgərlər içəri girdilər. Bizim yoldaşlar xarici jurnalistlərəzəng vurdular. 3-ün yarısına kimi çoxu gəldi. Saat 3-ün yarısı olardı. Rüstəm İbrahimbəyov getdi. 3-ə15-20 dəqiqə qalmışdı. Yoldaşım Manaf rəngi ağarmış halda içəri girdi. Əsgərlər üzümüzü çevirib,əllərimizi divara dirətdilər. “AMERİKANIN SƏSİ”Buş Qorbaçovla telefonla danışıb. Yalnız prezidentlikdə qalıb MK-nın Baş katibliyindən istefaverməsi haqqında yayılan fikrə toxunub. Qorbaçov isə Braziliya prezidentinə cavabında belə şeyinolmadığını bildirib.Qorbaçov iki Almaniyanın birləşməsinə etiraz etmir, ancaq bu bir-ləşmənin Avropanınmənafeyinə uyğun baş verməsini istəyir.Azərbaycandakı hadisələr Amerika mətbuatının diqqət mərkəzindədir.“Krisçen sayens monitor” qəzeti “Moskva Azərbaycandakı hadisələrdən dolayı öz nüfuzunuitirməkdədir” məqaləsini verib.Rüfət Novruzov Moskvanın milli münasibətləri ayırd edə bilmə-məsini tənqid edib.Həsən Hüseynov deyib ki, Volski hökuməti Azərbaycan və erməni topla-rı arasında qalıb.“Sayudis”in başçısı Landsbergis (SSRİ xalq deputatı) Azərbaycan və Ermənistan arasındagörüşün 1 fevralda yerli vaxtla saat 9-da başlana-cağını deyib. Latviya və Estoniya XC-ləri üzvləri dəburada olacaq. Görüş Baltik Şurasının himayəsində keçiriləcək. İki azərbaycanlı və iki erməninümayəndə iştirak edəcək. Vəziyyət umudverici deyil — qan tökülüb. Danışıqlarda ordunun Bakıdançıxarılması tələb ediləcək. Landsbergis uğura umud bəsləyir. Ancaq Azərbaycanla Ermənistanarasındakı münasibət-lər vəziyyəti gərginləşdirir.“Tayms” qəzeti (London) “Bakıya hücum Moskvanı çaşdırmışdır” məqalə-sində Yazov vəŞevardnadzenin ifadələrindəki ziddiyyətlərə toxunub. Moskvada qoşun göndərilməsi haqqında əmrikimin imzaladığı haqqında səslər ucalır. Şevardnadzenin dediyinə görə, qoşunların Azərbaycana gir-məsində heç bir siyasi məqsəd güdülməyib. “Tayms” yazır ki, Moskvadakı Azərbaycannümayəndəliyinə basqın, burada güllə atılması, AXC başçıla-rından birinin həbsi də Yazovun düzdediyini göstərir (“məqsəd AXC-nin strukturlarını darmadağın etməkdir”).Qoşun xadimi Vitali Varennikov Gəncədə Xalq Cəbhəsi başçıları ilə görüşüb.

 

Реклама

Обсуждение закрыто.