Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 30 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 30 YANVAR 1990

30 yanvar 1990.Ürəyim ağrıyır.Bugündən televiziya Moskvanı da göstərir.“Bakı soveti” metrosunda şüşələrdən bütün müraciətlər, şerlər, çağırışlar, elanlar, qəzetlərcırılıb. İçəridə — “28 aprel” stansiyasının içində xeyli müraciət var (“tutulanlara azadlıq!”, “tətil!”).Gürcüstandan Azərbaycana 19 yanvar zərərçəkənlərinə yardım üçün ma-şın karvanı gəlib(əsasən azərbaycanlılardır).

Azərbaycanca, gürcücə, rus-ca yazılar var.“ZAMAN”Bakıdan hərbi vəziyyətin götürülməsinin mümkünlüyünə Primakov cavab verdi ki, “cinayətkarünsürlər təcrid edildikdən” və “silahlar təhvil ve-rildikdən sonra” sabitlik yaransa fövqəladə vəziyyətkomendant saatı ilə əvəz oluna bilər. Sonra yavaş-yavaş qoşun çıxar.Ş.Ağayevin televiziya ilə müsahibəsindən danışıb (təxminən 1 dəqiqə göstərdilər) onunbütövlükdə I proqramda göstəriləcəyini dedilər. Dediklə-rinə görə, guya Azərbaycandamüəssisələrin 80%-i işləyir. Ağ yalandır. “AZADLIQ” radiosuSSRİ XİN-nin nümayəndəsi Gennadi Gerasimov bazar ertəsi günü bildirib ki, Azərbaycandavəziyyəti qaydaya salmaq üçün AXC ilə danışıq aparmaq zəruridir. Ancaq o deyib ki, çətinlikburasındadır ki, AXC vahid deyil; o, müxtəlif fraksiyalara ayrılıb. Qoşunlar Bakını sabitlik olma-yıncatərk etməyəcək.Cümə axşamı Riqada AXC İH və Ermənistan Ümummilli Hərəkatının nümayəndələri görüşəcək.Sovet nümayəndələri olmayacaq. DQ məsələsi müza-kirə edilməyəcək.“Hürriyyət” və “Milliyyət” qəzetləri (Türkiyə) Azərbaycan hadisələrinə dair məqalələr verib.Qarsda təxminən 30 min nəfərlik nümayiş olub: “Qatil Qorbaçov, əlini Azərbaycandan çək!”.Süleyman Dəmirəl (Doğru Yol Partiyası) Türkiyə hökumə-tinin “bu, Sovet hökumətinin daxili işidir”deməsini tənqid etmişdir.“Milliyyət” qəzeti yazıb ki, Qorbaçov başqalarına görk olmaq üçün Azərbaycanı cəzalandırdı.SSRİ-nin ABŞ-dakı səfiri Dubinin Vaşinqtondakı mətbuat konf-ransında demişdir ki, Sovethökuməti daha çox qan axıdılmasının qarşı-sını almaq üçün qoşun yeridib. O, Yazovun mövqeyinitənqid edib (“Biz AXC-nin strukturlarını dağıtmaq üçün qoşun yeritmişik” dediyinə görə).Beykerlə Şevardnadze bu həftədəki görüşdə Qafqazda vəziyyəti müza-kirə edə bilərlər. Onlarmünasibətləri korlaya biləcək adamlardan qaçır-lar.“AMERİKANIN SƏSİ”Dubininin dedikləri təkrarlandı.

Реклама

Обсуждение закрыто.