ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, ABDULLA…

Стандартный

Abdulla Rəhimov 1994-cü il yanvarın 30-da həlak olub. İnternetdə haqqında qısa məlumat var, şəkli yoxdur.. Çox axtardım, məzunu olduğu, indi onun adını daşıyan 247 saylı məktəbin Facebook səhifəsinə girdim. Burda yüzlərlə şəkillər var. Ancaq bu şəhər, bu məktəb, bu məktəbdə oxuyanlar və işləyənlər üçün ölmüş Abdulla Rəhimovun şəkli yoxdur. Hər sinifdə, hər guşədə ata və oğul Əliyevlərin qoşa şəkli asılıb. Bu məktəbin məzunu, şəhid Abdulla Rəhimovun şəkli isə yoxdur…
Şəkildəki uşaqlara baxın… Onların başlarındakı papaqlara… Onlardan yaxşı nə gözləmək olar?
Allah sənə rəhmət eləsin, Abdulla!
 
Abdulla Rəhimov- Azərbaycanlı döyüşçü.
Abdulla Rəhimov 1958-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Nəsimi rayon 247 nömrəli orta məktəbdə almişdir. Sonra 1975-ci ildə Abdulla Rəhimov əsgərliyə yollanmişdir.
Qarabağ müharibəsi illərində Abdulla Rəhimov öz şücaətləri ilə seçilmişdir.
1994-cü il yanvarın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Ailəli idi. 2 övladi var.Hal-hazırda oxuduğu 247 nömrəli məktəb onun adını daşıyır.
Реклама

Обсуждение закрыто.