20 YANVAR ŞƏHİDLƏRİ:İSLAM RƏHMANOV

Стандартный

İslam_Rəhmanov.png

İslam Rəhmanov (azərb. Rəhmanov İslam Oqtay oğlu) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

1968-ci il oktyabrın 14-də Ramana qəsəbəsində anadan olub. 1 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə işləyib. Yanvarın 19-da təxminən gecə saat 02 radələrində güllə səsinə küçəyə çıxıb. Ölümündən qabaq qohumlarına demişdir ki, küçəyə çıxanda gördüm ki, çoxlu hərbi zirehli maşın gəlir. Camaata yaxınlaşanda başladılar atmağa. Mən hər iki ayağımdan və sağ qolumdan yaralandım. Yanvarın 29-u vəfat etmişdir. Ramana qəbiristanlığında dəfn edilib.

Реклама

Обсуждение закрыто.