Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 28 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 28 YANVAR 1990

28 yanvar 1990. Metro işləyir. Başqa nəqliyyat növləri də az-az işləməyə başlayıb. Televiziya saat 20-dən işləyir. “AZADLIQ” radiosu“Röyter” agentliyi Yazovla Şevardnadzenin bir-birinə zidd məlumat verdiyini qeyd edib.

Yazov Bakıya girməyin səbəbini AXC-nin aradan götürülməsi kimi izah edib, Şevardnadze isə buhərəkətdən siyasi məqsəd olmayıb qan tökülməsinin qarşısını almaq istənildiyini demişdir.Heydər Əliyev tankların Bakıya girməsinə qarşı olmuşdur. “İnter-nəşnl herald tribun” qəzeti buhaqda xəbər verir. Qəzet həmçinin yazır ki, Qorbaçov Az.KP-nin dağılan qüvvəsini bərpa etmək,beləliklə, Azərbayca-nın SSRİ-dən çıxmasının qarşısını almaq üçün qoşun yeridib.AXC üzvlərinə qarşı geniş həbslər başlanıb. Vilnüsdən Hüseyn Əliyev zəng vurub. YevlaxdanFəxrəddin zəng vurub burada AXC fəalları-nın həbs olunduğunu dedi. Gəncədən Səfiyyə xanımxəbər verir ki, burada da AXC üzvləri kütləvi həbs olunur.Qərbi Almaniya azərbaycanlıları “Vətən” cəmiyyətinin əməkdaşı Mah-mud Kərimovun (ŞərqiBerlindəki nümayəndə) işindən narazılıq bildi-riblər. O, Azərbaycana dərman göndərilməsinəmaneçilik edir.Naxçıvanda Fəraməz Allahverdiyev həbs edilib.

Yusif Səmədoğlu İH-nin 27 yanvar tarixli bəyanatında Etibar Məm-mədovun və başqa demokratikqüvvələrin həbs edilməsini Mərkəzin milli-demokratik qüvvələrə qarşı cəza tədbirləri, Azərbaycanınsuverenliyinə növbəti təcavüz kimi qiymətləndirir.Xəlil Rzanı 26 yanvarda küçədə DTK əməkdaşları həbs edib. Ailəsi də onun harada olduğunubilmir.Sonra Mirzə Xəzər Xəlil Rzanın bir şerini (“Davam edir 37”) oxudu.Qərbi Avropanın bir neçə yerində Azərbaycanla həmrəylik yığıncaq-ları keçirilib.Şamo Arifin məqaləsi oxundu: Şəxsən Qorbaçovun terrora qarşı mübarizə pərdəsi altındatəcavüzündən söz açmaq istəyirəm. Qorbaçovun birbaşa əmri ilə ordular Azərbaycanı qanına qəltanedəndən sonra deputat-lar Saxarovun sözünə inanacaqlarmı?(Çox təsirli bir yazıdır. Xarici dövlətləri ədaləti müdafiə etməməkdə təqsirləndirir).Türkiyənin Kayseri şəhərindəki etiraz mitinqlərində 40 mindən çox adam iştirak edib. Sovetbayraqları yandırılıb.Türkiyədəki mitinqlərdə Soveti müdafiə edən ABŞ-ın mövqeyi də tənqid edilir. (Məscidlərdə yassaxlayıblar).Yavuz Türk (Türkiyə Böyük Millət Məclisinin nümayəndəsi, keçmiş müdafiə naziri) VaşinqtondaABŞ-ın mövqeyini tənqid edib. Sovet hökumə-ti Türkiyənin Azərbaycana humanitar yardımını rəddetmişdir.Hollandiyada Azərbaycanla həmrəylik nümayişi olub, televiziya və radio ilə verilib.Latviyanın paytaxtında da belə mitinq olub (“Azəri” cəmiyyəti təşkil edib).27-sində Bonn şəhərində nümayişçi azərbaycanlılar Sovet səfirliyi-nə etiraz etmişlər (işğala vəkütləvi həbslərə). ***Bakının hərbi komendantı Dubinyak televiziya ilə danışdı. Komendantın məlumatını oxuyanhərbçi çaşdı, 2-ci dəfə verdilər.***Başladılar!Televiziyada bir nəfər cəbhəçi ilə (Şirbala Ağayevlə) müsahibəni verdilər (rusca) — AXC-niləkələmək üçün. (Müsahibəni, deyəsən, DTK əməkdaşı götürürdü. Ş.Ağayev həbsdədir.)Ş.Ağayev dedi ki, “Zəngəzur”un üzvlərindən biri 11 min manat rüşvət alıb qaçdı.Neməti günahlandırdı ki, o deyib ki, erməni qırğınlarını KQB, par-tiya düzəldib ki, qoşunlarıBakıya gətirsinlər. (Dediyindən belə çıxdı ki, Nemətin xəbəri var). Bu işi də Milli Qurtuluş Cəbhəsiedib. Milli Mü-dafiə Şurasını xalq seçməyib, Nemət Pənahovun işidir. Əliyev (Əbülfəz) təşəbbüssüzolub. Nemət nə istəyib, onu edib.AXC silahlı yolla hakimiyyəti ələ almaq istəyib, ona görə qoşunları şəhərə buraxmırdılar.Qan tökülməsinin qarşısını almaq olardı, Polyaniçko xəbərdar et-mişdi. Pənahov savadsızdır.(Bütün təqsiri onun üstünə yıxdı).Qoşunlar gələndə hamısı biabırcasına qaçdılar.Ş.Ağayev sonra azərbaycanca Azərbaycan xalqına müraciət etdi: 43 nəfər ölüb. Milli MüdafiəŞurasının insan ölümünə səbəb olmasını ba-ğışlamaq olmaz. Mən tək qalmışdım. Etibar, Nemət,Rəhim xalqın yanında olmadılar.Özümü aldanmış hiss etdim. Rəhbərlərimiz bizi atıb getdi.***“Efirdə baş verən qüsurlara görə sizdən və polkovnik Belaşdan üzr istəyirik”.53***Akademik Firidun Köçərli xalqa müraciət etdi (televiziyada):- Bəzi yoldaşlar fitnəkarlığı özlərinə peşə ediblər. Ağlamağın da bir hüdudu var. Ağlaya-ağlayauzağa getmək olmaz.İşə canla-başla girişməliyik. “7 GÜN” (Az. TV)İlk dəfə olaraq obyektivliyə yaxın məlumat verildi. Rusların getmə-si “panika” adlandırıldı.Kirovun heykəli salamatdır. Partizan mühari-bəsi nəzərdə tutulmayıb. Yalan demişik — qız da, qadında ölüb.Əhmədov familiyalı birindən də müsahibə aldılar. “AMERİKANIN SƏSİ”“Nyu-York tayms” qəzeti: Qurban gedənlərin sayı birdən-birə 125-ə çatdırılıb. Müəllif Yusif Səmədoğlu ilə görüşüb. O deyib ki, Sovet Ordusu geri çəkilsə AXC vəziyyət üçün məsuliyyəti özüzərinə götürə bilər.

Allahşükür Paşazadənin Qorbaçova və Peres da Kuelyara müraciət-ləri oxundu (türkcədənAzərbaycan dilinə tərcümə edilib).Regionlararası deputatlar qrupu üzvləri bəyanat verib. (Oxundu): Rüsvayçı qərardır. Fövqəladəvəziyyət haqqında qanun gərəkdir. Qərar vəziyyəti nəzərə almadan qəbul edilib. MillətlərSovetindən istifadə edilməyib. Təcili sessiya çağırılmasını tələb edirik. Burada Azər-baycanlaErmənistan arasında vəziyyət müzakirə edilməlidir. Onların SSRİ-dən çıxması, yaxud çıxarılmasımüzakirə edilməlidir.***“Kommunist” yenə iri formatda çıxdı. Birinci səhifədə A.Mütəlli-bovun 24 yanvarda televiziya iləçıxışının mətni, «“Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət haqqında” Naxçıvan MSSR AS-nin 1990-cı il 19 yanvar tarixli qərarının (Naxçıvanın SSRİ tərkibindən çıxması və b. haqqında qərar — Ə.T.)Azərbaycan SSR Konstitusiyasına uyğun olmaması barəsində» Azərbaycan SSR AS RH-nin fərmanı(27.01.1990), respublikanın ayrı-ayrı bölgələrindəki vəziyyət haqqında məlumatlar, Bakı şəhərininkomendantı, general-leytenant V.S.Dubinyakın məlumatı (500 nəfərədək adam tutulub və s.) dərcedilib. Komendantın mətbuat idarəsinin məlumatında isə deyilir: ”Respublika şəhər və rayonlarınınçoxunda müəsissələr tamamilə və ya qismən tətillə əhatə edilmişdir”.“ZAMAN”Henrix Borovik bizi yenə sözarası “faşist” adlandırdı.Bakıda işə çıxıldığı haqqında qıpqırmızı yalan söylənildi.Naxçıvanda muxtar respublikanın SSRİ-nin tərkibindən çıxmasına çağıranların xalqın dərdlərinəəlac etmədiklərini dedilər.***Sahib Ələkbərov respublika televiziyası ilə çıxış etdi. Üstüörtülü şəkildə “respublikadahakimiyyəti öz əlinə almaq istəyən qruplar”ı tənqid etdi.Rayonlara avtobuslar işləməyə başlayıb. “AMERİKANIN SƏSİ”Bill Keller dedi ki, qoşunların kommunist partiyasını xilas etmək üçün gəldiyi aydın olur. AXC-ninbaşçıları həbs olunandan sonra təşkilat gizli fəaliyyətə başlamışdır.Lənkəranda AXC-nin 300 əməkdaşı dağlara çəkilib. Əldə edilən razılaşmaya baxmayaraqəsgərlər şəhərdə dinc əhaliyə divan tutmağa başladı. (Ələsgər Siyabov məlumat verib). Şəhərdədəhşətli hadisələr baş verib. 15 adam dəfn olunub. 200 nəfər itkin düşüb. Yazov Gəncə XC-ni də hakimiyyəti devirməkdə ittiham edib. Gəncənin I katibi bunu inkar edib.Rus əsgərlərinin Gəncəyə girməsinin qarşısı alınıb (I katibinin böyük əməyi var).

 

Реклама

Обсуждение закрыто.