20 YANVAR ŞƏHİDLƏRİ: LƏNKƏRANLI RÖVŞƏN BƏDƏLOV

Стандартный

rovs%c9%99n_b%c9%99d%c9%99lov

Rövşən Bədəlov (azərb. Bədəlov Rövşən Seyfulla oğlu) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

1965-ci il sentyabrın 25-də Lənkəranda anadan olub. Subay idi. Yanvarın 26-da Bədəlov Rövşən, Məmmədov Şahin və Allahverdiyev Rövşən motosikllə Hoftomi kəndindən Kirov kəndinə gedən yolda hərbçilərlə rastlaşıblar. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutmuşlar. Bədəlov Rövşən və Məmmədov Şahin öldürüləndən sonra yandırılmışdır. Allahverdiyev Rövşən təsadüfən sağ qalıb. Lənkərandakı Şəhidlər qabiristanlığında dəfn edilib.

VİKİPEDİYA

Обсуждение закрыто.