Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 26 YANVAR 1990

Стандартный
Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 26 YANVAR 1990

26 yanvar 1990. “AZADLIQ” radiosu25 yanvarda Ukraynanın Lvov şəhərində 10 min nəfərlik nümayiş olub. Bakıdan qoşunların geri çıxarılmasını tələb ediblər. Ukraynalı əsgərləri geri çağırıblar. 

Etibar Məmmədovun tutulmazdan 23 saat qabaq “Azadlığ”a verdiyi müsahibə səsləndirildi.Beynəlxalq səhiyyə təşkilatının, BMT-nin və başqa təşkilatların nümayəndələri ilə görüşmək istəyib.Mətbuat konf-ransına çoxlu foto, videokaset aparıb.“Azadlıq” və “Azərbaycan” qəzetlərinin bağlanmasına etiraz olaraq Şuşa camaatı “Kommunist”qəzetini boykot edib. Şuşanın I katibi Vaqif Cəfərov deputat mandatından əl çəkib.İsveçrə Azərbaycana yardım göndərib.Mehdi Məmədov bugünkü dəfn mərasimindən və Bakıdakı siyasi vəziy-yətdən danışdı.General Yazov qoşunların Bakıya girməsinin səbəbi olaraq AXC-nin hakimiyyəti ələ almaq cəhdinivə ermənilərə qarşı ola biləcək yeni basqının qarşısını almağın labüdlüyünü göstərib. “AMERİKANIN SƏSİ” radiosuABŞ prezidenti Buş 2 gün dalbadal Qorbaçovu müdafiə etmişdir. Qoşun yeridilməsini o,ermənilərlə azərbaycanlıların münasibətini qaydaya salmaq lüzumu kimi qiymətləndirib. AncaqAzərbaycanda 50 nəfərin Bakıda həbs edilməsi departamenti yenidən fikirləşməyə məcbur edib.Departament qeyd edir ki, qoşunlar “sərhədi keçmir”.Tehranda ayətullah Əbdülkərim Musəvi Ərdəbili Azərbaycanla Moskvanın arasının düzəldilməsiüçün vasitəçi olmağa çağırıb. (Azərbay-can dilində başsağlığı verib).Cəlilabadda 20 nəfər AXC üzvü həbs edilib.Moskvadakı daimi nümayəndəlikdə 40 nəfər tutulub. Səhər Etibardan başqa hamısı buraxılıb.Bu gün Vaşinqtonda azərbaycanlılar Bakı hadisələri ilə bağlı nümayiş keçirilib.

 

Обсуждение закрыто.