20 YANVAR ŞƏHİDLƏRİ: BANKƏLİ ƏBÜLFƏZ CƏFƏROV

Стандартный

Əbülfəz_Cəfərov.jpg

Əbülfəz Böyükağa oğlu Cəfərov — 20 Yanvar Şəhidi.

Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş və orta məktəbi orda bitirmişdir. O, Bankə qəsəbəsində balıq ovlayan gəmilərin birində işləyirdi.

1990-ci il yanvarın 25-də rayon mərkəzinə gedir və … «öldür», «dağıt» əmri alan hərbiçilərlə qarşılaşır. Əbülfəz onların AXC-nin Neftçala rayon şöbəsinin üzvlərinə rastlarına çıxan hər bir adama necə divan tutduqlarının şahidi olur. Ələ keçənləri qəsəbənin hamamına yığıb tankların, VTR-lərin gurultusu altında işgəncə vermişlər ki, çıxırtılarını, iniltilərini eşidən olmasın. Bu mənzərəni görən Əbülfəz özünü saxlaya bilmir, əliyalın hərbiçilərin üzərinə atılır. Onu əvvəlcə ayağından, sonra isə döş qəfəsindən güllə ilə yaralıyırlar. Barmağından üzüyünü çıxarıb, qol saatını açıb götürürlər. Aldıqları əmrə əsasən tutulan günahsız müqəssirləri Bakıya gətirməli imişlər. Yaralarından qan daman Əbülfəz də onların arasında olur. Təyyarə Xəzər dənizinin üzərində ikən iki il iki ay nişanlı qalan, toy hazırlığında olan 25 yaşlı Əbülfəz canından çox sevdiyi Vətən göylərinə əbədilik «əlvida» deyir…

VİKİPEDİYA

 

 

Реклама

Обсуждение закрыто.