Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 25 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 25 YANVAR 1990

25 yanvar 1990. Bu gün “Səhər” və “Bakinski raboçi” qəzetləri çıxıb — qara rəngdə, qara çərçivədə, şəhidlərinfotoları ilə. Ayın 17-sindən bəri çıxan ilk qəzet-lərdir. “Kommunist”i çıxarmağa qoymurlar.

Tələb edirlər ki, adı dəyişdi-rilsin, çünki xalq artıq “kommunist” sözünə nifrət edir. Kommunistpartiyasının, onun başçısı cəllad Qorbaçovun Azərbaycanda vəhşiliyi, insan qanına susaması bütövbir xalqı kommunizmə düşmən etdi. Divarlar-da “Kommunist küçəsi” yazılan bütün şüşə lövhələrsındırılıb. “Bakı soveti” metrosunu əsgərlər güllələyib oranı dağıdandan sonra (20.01) camaatLeninin metronun içindəki döymənaxış portretini də götürüb atıb. (Kirov, Lenin prospektlərində,rusların adı ilə olan başqa yerlərdə də lövhələr qoparılıb, sındırılıb, dağıdılıb).Həsən Həsənovun Nazirlər Sovetinin sədri, Ayaz Mütəllibovun Az.KP MK-nın I katibi qoyulduğudeyildi. H.Həsənovu hələ Moskva təsdiq etməlidir.A.Mütəllibovun I katib olmasını xalq bəyənmir. Bunun ən başlıca səbəbi odur ki, bu gün tökülənqanlarda onun da əli olduğu, Azərbaycanın mənafelərini aramsız olaraq ermənilərə satdığı deyilir.Ancaq əksəriyyət bununla təskinlik tapır ki, az vaxtda Azərbaycanda KP məhv olacaq və I katibəehtiyac qalmayacaq.Bu gün Arifgillə işləmək üçün Azərinforma getdim, ancaq qapıya çatanda gördüm ki, avtomatlıəsgərlər qapını kəsib heç kəsi (xüsusi vəsi-qəlilərdən başqa) içəri buraxmır. Geri qayıdanda Arifi,Zauru, Raufu da gördüm. Bir xeyli ayaqüstü söhbət etdik. Arif dedi ki, Azərinformda azər-baycanlı(H.Ə. adlı) bir KQB zabiti var (təbii ki, paltarını dəyişmiş), dünən orada işlədiyimizi görüb, əsgərləri oçağırıb.Bir-birimizi tapmaq üçün telefonları verib ayrıldıq. Hələlik heç bir müəssisə işləmir. Həttaneftayırma zavodu kimi bir nəhəng də yatır. Bütün neftdaşıyan katerlər Bakı buxtasındadır.Bu gecə dəniz limanında bərk atışma olub. Katerlərdən ikisinin batırıldığı deyilir. Camaatiçərisində belə fikir var ki, ruslar şəhər-dəki meyitləri gəmiyə yığıb Nargin adasına aparmaqistəyirlər ki, yandır-sınlar, ancaq Xəzər gəmiçiliyinin gəmi və katerləri buna imkan vermir, onuəhatəyə alıb buraxmır.Artıq neçə gündür ki, benzin yoxdur. Maşınların əksəriyyəti qarajda yatır. Tətilə görə küçələrdəistər şəxsi, istərsə də dövlət maşınları olduqca azdır. Taksilər də yoxdur. Yeganə hərəkət vasitəsipiyada, yaxud metrodur. Boş maşınlar da heç kimi götürmür, daha doğrusu, xaltura etmək istəmir.26 yanvar 1990.Şəhidlərin yeddisi günü.EA-nın Əsas binasında (N.Nərimanov pr., 31) EA əməkdaşlarının dəfni.24 yanvar səhər-səhər bu kimya elmləri doktorları Sumqayıtdan şəxsi “Jiquli”də gələrkən yoldatank onların maşınının üstünə çıxıb.Ö l ə n l ə r : k.e.d. Məmmədova Svetlana Həmid qızı — 1939k.e.d. İbrahimov İbrahim İsmayıl oğlu — 1928Y a r a l ı l a r : prof. Mürsəqulov İsmayıl Həsən oğlu — 1939k.e.n. Mustafayeva Parlaq Rizvan qızı — 1935prof. Əhmədov İdris Məcid oğlu — 1938.“Jiquli”yə atılan tank və avtomat güllələrini Pribaltikadan, özü-müzdən olan jurnalistlərə(videokamera ilə çəkirdilər) göstərdilər. Müx-birlərə həm də əzik maşının fotosunu verdilər.Ömrümdə ilk dəfə idi ki, sinədə bir yox, iki, qoşa foto görürdüm. (Çox çəkmədən professor İ. Mürsə-qulov da aldığı yaradan həlak oldu).Pribaltika müxbirlərinə bir neçə nəfər müsahibə verdi. Etibar Cəfərov50 da gəlib çəkməyəbaşladı.Saat 1-də Ziya Bünyadov, Toğrul Şahtaxtinski, Fəraməz Maqsudov və b. cənazələrin yanındadayandılar.Zalda indiyədək bu qədər adam olmayıb. Bütün boş yerlər, pilləkanlar tutulub, keçidlərsə ayaqüstə dayanan adamlarla doludur.Mehdi Məmmədov və Oruc Şirinov (Rabitə Nazirliyi) gəldilər, Xəlil Rzanın yanına keçib oturdular.Ramiz Mehdiyev (KP MK-nın keçmiş katibi) də buradadır.Maqnitofon qoydular. Bir kişi başlarına gələn əhvalatı danışdı. Yaralıları heç bir maşıngötürməyib. Axırda novxanılı Eldar onları Sumqayıta aparıb, “təcili yardım” maşını götürüb gəliblər.Molla “Fatihə” verdi. Başsağlığından sonra “Yasin” oxundu.Matəm mitinqi başlandı. Akademik Urxan Ələkbərov açdı. İlk söz XÜSİ-nin51 direktoru prof. AyazƏfəndiyevə verildi: Qanlı şənbə davam edir.Oljas Süleymenov (qazaxca başlayıb ruscaya keçdi): Demək olar ki, bir həftədir Bakıdayam -SSRİ AS-nin nümayəndəsi kimi. Müşahidəçi kimi gəlmişəm. Azərbaycanın köhnə dostu və qohumu kimi gəlmişəm. Hər gün elə hadisələr ortaya çıxır ki, soyuqqanlılıqla təhlil etmək çətindir. “Cina-yət”adlandıra bilmərəm (yəqin ki, hesabata belə düşəcək). Sovet xalqları başa düşməlidir ki, Sovetİttifaqının respublikalarından birində nə baş verir.Bir çox ölkələrdə (saydı) olmuşam. Bu gecə Bakıda atəşlər eşitdim. Sakitliyi, ləyaqəti saxlamaqgərəkdir. Adamları, ziyalıları saxlamaq gərəkdir. (Özünün, qazax yazıçılarının, Orta Asiyarespublikalarının xalqları adından başsağlığı verdi).Prof. Məzahir Abbasov: Xalqımıza olan təcavüz. Müharibədə qələbənin 90%-ini təmin edənBakıya hücum etmək Azərbaycan xalqına qarşı təcavüzdür. Bu gün şəhid olanların 7-sidir.Nikolay Sergeyeviç Bragin (“Akademkitab”ın direktoru; tatardır; milli siyasətdəki əyintiləri tənqidetdi): Partiya biletimi təhvil veri-rəm. Azərbaycanca: “Allah ölənlərə rəhmət eləsin”.Akademik Bəkir Nəbiyev: İlan da su içəndə adamı vurmur.Alla Mixaylovna Hüseynova: Bu təcavüzə qarşı etiraz edirəm. Sovet qadınlarına “vozzvaniye”yazmışam. Bütün qadınlar buna qol çəksin.Əli Quluzadə (artist): Tarix təkrar olunur. Tökülən qan yerdə qalmayacaq. (Hadinin şerinisöylədi).Günortadan sonra Şəhidlər xiyabanına yollandıq. Bir neçə min adam Nərimanov prospekti iləxiyabana üz tutdu. Akademiyada az-çox tanınan bütün adamlar dəfndə iştirak edirdi. Biz “Moskva”mehmanxanasının yanına çatanda xiyabandan mikrofonda Sirusun uca, gur səsini eşşitdik. Havayıqurban verəməyə çağırırdı. Sumqaytıdakı Xlor-Üzvi Sintez İnsti-tutunun (XÜSİ) bir əməkdaşıS.Məmmədovaya və İ.İbrahimova üz verən faciədən danışdı. Mollalar Quran surələrini, ayələrinioxudular. Bir qadın ürəkparçalayan səslə mərsiyə dedi. Mərhumlar torpağa tapşırıldı. Deyildi ki, hələüç şəhid də gələcək.***Arif Əliyevi gördüm. Dedi ki, bu gecə saat 3-də Etibar Məmmədovu Moskvada həbs ediblər.Dünən o, Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirib. Bildirib ki,Qorbaçov ikinci Əfqanıstan yaratmaq istəmirsə Azərbaycandan çıxmalıdır. Sonra deyib ki, AXC sonnəfər qalanadək mübarizəni davam etdirəcək. O, Az. KP-ni “tarixə qovuşan” (indi mövcud olmayan)adlandırıb.Daimi nümayəndəliyə gecə saat 12-də və 3-də basqın olub. İkinci dəfədə hamını tutublar,Etibardan başqa hamısını buraxıblar. (Bu haqda “Azad-lıq” radiosu da xəbər verdi).Latviya XC Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı öz üzərinə götürüb.Naxçıvanla Ermənistan arasında atəşi dayandırmaq haqqında razılıq əldə edilib.Türkiyənin İğdır şəhərində 10 min nəfərlik, İstanbul, İzmir və b. şəhərlərində Azərbaycanlahəmrəylik bildirən çoxminli nümayişlər keçirilib. İğdırda hökumətdən tələb edilib ki, Azərbaycanatürk qoşunu göndərilsin. Dünənki “Tərcüman” qəzeti qara çıxıb və başdan-başa Azərbay-cana həsrolunub. (Bütün Türkiyə 20 Yanvarla bağlı matəm elan edib).***Azərbaycanın bütün rayon və şəhərlərində Bakı müsibəti və şəhidlərin yeddisi ilə bağlı 22-24yanvar arasında təziyələr keçirilib, xeyrat verilib, şəhidlərə yas saxlanılıb. Bütün respublikada hərkənd, hər ev qaraya bürünüb.Bu gün ilk dəfə olaraq tək-tək trolleybus, avtobus və tramvaylar işəçıxıb. (Görünür, B.Vahabzadənin dünən radio ilə çıxışı, camaatı işə çıxmağa çağırması təsirsizqalmayıb). Ancaq nəqliyyatın işləməsi tətil hərəkatına sancılmış bıçaq zərbəsi ola bilər.Bu gün komendant xəbər verib ki, “Azadlıq” və “Azərbaycan” qəzetlərinin nəşrini dayandırıb(Qorbaçovun və ermənilərin gözü aydın).Nəcəf də dəfndə olub. (Ancaq mən görmədim). Sessiyanın keçirilməsi ilə məşğuldur.Şəhidlər xiyabanında bir ağacdan Qorbaçovun rəngli fotosu asılıb. “Rəssam” üstündə əl gəzdirib.Çənəsinin altında iki çarpaz sümük çəkilib, altında “palaç” (“cəllad”) yazılıb, ağzından isə qantökülür. Ümumiyyətlə, şəhərin hər yeri Qorbaçovu faşist, cəllad adlandıran, onu lənətləyən kağız,şəkil və çağırışlarla doludur.Bir çox yerlərdə ruslara müraciət var ki, Bakıdan getməyin, düşmən dəyirmanıına su tökməyin -indi getməyiniz bizə xəyanətdir.Arif dedi ki, AXC qərargahını əsgərlər viran qoyub. Redaksiyamız-dakı makinaları, telefonaparatlarını aparıblar. Sənədlər, qəzetlər otaqlara səpələnib. Əsl vəhşilik törədiblər.

 

Обсуждение закрыто.