Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 24 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 24 YANVAR 1990

24 yanvar 1990.

 Bugünədək metro pulsuz işləyirdi, bugündən pulla xidmətə başladı. Başqa nəqliyyatın yoxluğuüzündən metronun zəhməti 2-3 qat artıb. Xüsusən “28 aprel” stansiyasında adam əlindəntərpənmək olmur, dəhşətli vəziyyət yaranır. İstisnasız olaraq hamı (şəxsi maşını olmayanlar) ənyaxın met-royadək piyada gedir (Günəşlidəkilər “Əhmədli”yədək 5-6 km yol gəlirlər). Ancaq mən bundan şikayətlənən bir kimsə görmədim. 

Hamı tətilin davam etməsi xatirinə nəqliyyatınişləməməsini alqışlayır. Xalqın mübariz ruhu yüksəkdir. Doğrudur, qırğında AXC-ni, xüsusənNemətlə Etibarı günahlandıranlar çoxdur, ancaq AXC-ni iftiralardan qorumaq istəyənlər onlardanölçüyəgəlməz dərəcədə artıqdır.Bu gün Arifgil48 Azərinforma “köçdülər”. Orada operativ mə‘lumat qərargahı yaratdılar. Mənimişim olduğuna görə oraya getmədim.***Bu gün gördüyüm ən vacib iş o oldu ki, Sov.İKP sıralarından bütünlüklə və birdəfəlik üzülüşdüm.İnstitutda bütün köhnə partiyaçılar yığışıb ilk partiya təşkilatını ləğv edən qərar çıxardı. Otaqyoldaşım — 60 il partiya stajı olan görkəmli şərqşünas alim Məmmədağa Sultanov,direktorum — 35 illik kommunist Cahangir Qəhrəmanov və başqa qocaman partiyaçılar (sözsüz ki, gənc kommunistlər də bir nəfər kimi) ərizə yazıb qanlı Qorbaçov partiyasınanifrət etdiklərini, onun sıralarında qalmaq istəmədiklərini bildirdilər.49Akademiyanın, başqa müəssisələrin kollektivlərində də Sov.İKP sıraları ildırım sürəti ilə boşalır,bütöv kollektivlər ilk partiya təşkilatlarını ləğv edir. Özü də, bu hərəkatda ruslar, qeyri millətlər dəiştirak edir. Həm də hərəkat təkcə Bakıda qalmayaraq bütün respublikaya yayılıb. Şəki, Mingəçevir,Gəncə, Şuşa, Sabirabad, Naxçıvan (hamısı) rayonlarında bu hal daha geniş yayılıb, onlarda həttabirinci katiblər də biletdən əl çəkib. SƏNƏD“1990-cı il yanvarın 24-də Azərbaycan EA-nın “İstiqlaliyyət” küçəsindəki “İsmailiyyə” binasınınböyük iclas zalında əksəriyyəti yazıçılardan ibarət ziyalılar toplantısı keçirildi.Olduqca həyəcanlı ab-hava vardı. Zal ağzınacan dolmuşdu. Heç kəs bilmirdi ki, nədən danışsın.Xalqın o günlərdəki ümumi psixoloji durumu eynən bu zalda da əks olunurdu. Toplantını Anar aparırdı. Burada Xəlil Rza Ulutürk, Sabir Rüstəmxan-lı, Kamil Vəli Nərimanoğlu,Mikayıl Mirzə, Qabil, Vaqif Səmədoğlu və baş-qaları çıxış etdilər. Çıxışlarda şəhidlərin xatirəsi əziztutulur, Moskvanın qanlı əməlləri qəti şəkildə pislənilirdi.Burada ziyalıların etiraz bəyanatı qəbul edildi. Bu bəyanatda günahsız məhv edilən insanlarınqətlinə səbəb olanların tapılıb cəzalandırılması tələb edilirdi. Eyni zamanda, şok vəziyyətinə düşmüşxalqın olduqca sarsıntılı vəziyyəti də bu yığıncaqda dilə gətirildi. Yazıçılar elə zaldaca Sov.İKPsıralarından çıxdığını bildirir, partbiletlərini yandırırdılar.Bu yığıncaq 20 Yanvar qırğınından sonra ziyalılarımızın ilk etiraz toplantısı idi.Prof. Dr. Kamil Vəli NƏRİMANOĞLU.21 may 1997”.***Qutqaşendə — inqilabi hərəkatın bu ən zəif, ən küt nöqtələrindən birində də yüzlərcə adampartiya biletini yandırmış, cırmış, yaxud rayko-ma qaytarmışsa, deməli, doğrudan da, Az.KP-ningələcəyi yaxşı olmayacaq. Hətta yüzlərcə, minlərcə manqurdların, partiyaya “sədaqət”i iləvəzifəsin-də, gəlirli yerində qalmağa umud bəsləyənlərin yardımı ilə də bu partiya-nın xilas ediləbiləcəyinə az inanıram. Qorbaçova nifrət o qədər güclüdür ki, o, ölüm rəmzinə çevrilib. Belə adamlaeyni partiyada olmaq adamları dəhşətə gətirir. SƏNƏDAzərbaycan SSR EA Əlyazmalarİnstitutunun ilk partiya təşkilatına 1985-inci ildən Sov.İKP üzvü (p/b N:22786740) TAHİRZADƏ ƏDALƏT ŞƏRİF oğlundan Ə R İ Z ƏMən 1985-inci ildə — “yenidənqurma” deyilən şey başlanan vaxt partiya bileti almışam. Ancaq 20yanvar 1990-ıncı il gecəsi yenidənqurma mənim gözlərim önündə xalqımın tarixində növbətiyenidənqırmaya çevrildi. Mən torpaq işğalçılarına havadarlıq göstərməklə ədalətsizliyiqanuniləşdirən, torpağı, azadlığı, suverenliyi uğrunda mübarizəyə qalxan demokratik bir xalqıgenosidə uğradan, əliyalın şəhidlərimizi “avtomatlarla silahlanan insanlıq simasını itirmiş banditlər”adlandıran, “təcili yardım” maşınlarını gülləyə tutdu-ran, heç bir demokratik, humanist prinsiptanımayan, xalqı həmişə Vəzirov kimi cəlladların əli ilə idarə edən, Stalindən Qorbaçovadək heç birbaş katibinin xalqın ürəyinə yol tapa bilməyən xalqa zidd partiyanın üzvü olmağı özümə təhqirsayıram.Məni bu ərizəmlə Sov.İKP üzvlüyündən çıxmış saymağınızı xahiş edirəm. İmza: /Ə.Ş.Tahirzadə/20 yanvar 1990-ıncı il. Bakı şəhəri. 

 

22786740 N:-li p/b-ni ərizə ilə birlikdə təhvil aldım. Bağırov Əkrəm. 20.01.90.

 

Обсуждение закрыто.