23 YANVARDA HƏLAK OLANLAR: ÇİNGİZ CƏFƏROV

Стандартный

Çingiz_Cəfərov.jpg

Çingiz Cəfərov — Qarabağ müharibəsi iştirakçısı, şəhid, «Vətən uğrunda» medalı ilə təltif edilmişdir (30 iyun 2005-ci il).

Çingiz Binnət oğlu Cəfərov 1960-ci il martın 23-də Şuşa şəhəri ndə anadan olub. 1977-ci ildə Şuşa şəhərindəki 3 saylı orta internat məktəbini bitirib. 1978-1980-ci illərdə Almaniyada hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra Şuşa şəhərindəki 92 saylı tikinti idarəsində bənna işləyib.

1986-cı ildə Tbilisi şəhərində 3 aylıq zabitlik kursunu bitirmiş, 1987-ci ildə isə Gəncədə hərbi hazırlıq qərargahında 25 günlük kurs keçmişdir. 1991-ci ilin noyabr ayında Şuşa ərazi müdafiə bataliyonunda rota komandiri olmuş, sonra batalyonun komandir müavininə qədər yüksəlmişdir.

Həkimlər səhhətinin pisləşməsi ilə əlaqədar hərbi xidmətini davam etdirməyə icazə verməsələr də, Çingiz bununla razılaşmamış və yenidən cəbhəyə yola düşmüşdür. Çingiz Şuşa ətrafında. NəbilərQaybalıKərkicahanKosalar kəndlərində ağır döyüşlərdən keçmişdir. 1990-cı ilin sonunadək şərəfli döyüş yolu keçən Çingiz Şuşanın süqutundan sonra daha da mətnləşdi. Laçın rayon polis şöbəsində polis leytenantı rütbəsində düşmənə qarşı mübarizəsini davam etdirdi.

Çingiz Füzuli rayonu ərazisində Horadiz qəsəbəsinin, rayonun bir sıra kəndlərinin azad olunmasında əsl qəhrəmanlıqlar göstərib.

1994-cü il yanvarın 23-də Horadiz qəsəbəsi istiqamətində gedən ağır döyülərdə Çingiz düşmənin 7 tankını, 300-ə yaxın canlı qüvvəsinin məhv edilməsində fəal iştirak etdi, özü isə qəhrəmancasına həlak oldu.

Çingiz ailəli idi. Onun üç övladı yadigar qalıb.

Məzarı Bakı şəhərindəki Şəhidlər Xiyabanındadır.

VİKİPEDİYA

Обсуждение закрыто.