Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 23 YANVAR 1990

Стандартный

adalet_tahirzade

23 yanvar 1990. Bu gün qırğından sonra “Azadlıq” redaksiyasında ilk dəfə yenidən yı-ğışdıq. Nəcəfin üzünü tük basmışdı, gözləri yumulurdu (yuxusuzluqdan). Fransa və Macarıstandan gələn müxbirlər xeylivaxtımızı aldılar. Onlara meyitlərin fotolarını verdik. Sonra onları Semaşko xəstəxanası-na yolladıqki, xəstələri çəksinlər. Bir neçə saatdan qayıdıb gəldilər, onları Tiflisə göndərdik.Redaksiyaya gələndə Əlişir Nəvai küçəsində (Çapayev küçəsinin yaxınlığında) güllə ilə dəlik-deşik edilərək xəlbirə döndərilmiş94-10 AQS nömrəli avtobusu (39-uncu marşrutda işləyən) gördüm. Qabaq şüşəsində 103 güllə yerivardı, bütünlükdə isə 151 güllə deşiyi saydım. (Şüşələrin çoxu ovxalanıb töküldüyü üçün, təbii ki,onlara dəymiş yüzlərcə güllənin izləri də onlarla birgə silinib).

Güllə yerlərinin çoxuna qərənfilsancmışdılar. Avtobusun yan pəncərələrinin bütün şüşələri güllələrdən qırılıb tökülmüşdü. Deyirdilərki, avtobusda 14 sərnişin olub, içlərində kiçik qız uşağı da ölüb. Sürücü həmin qızın atası imiş.Əsgərlər avtobusu 20-si gecəsi güllələyiblər. Buradan sağ adam çıxdığına inanmaq mümkün deyil.Bəlli oldu ki, komendant iki çox mühüm əclaflığa əl atıb. Biri odur ki, guya təhlükə olduğu üçünBakıdan rusları köçürdür.Onların ailələrinin təhlükəsizliyinə zəmanət vermədiyini bildirən-dən sonra hava və dəniz limanıBakıdan qaçan ruslarla dolub. Bununla Moskva Bakıda ruslara qarşı da qırğının hazırlandığını bildirir.(Eşitdiyimə görə, mərkəzi radio, “Mayak” bu haqda açıq danışırlar). Bu gün iki rus — bir kişi və bir qadın buna qarşı öz etirazlarını bildirmək üçün redaksiyamıza gəlmişdi. (Qadının Qorbaçovaməktubu qəzetimizin rusca ilk nömrəsində çıxıb). Bəli, Azərbaycandakı hərəkata “mejetniçeski”(“millətlərarası”) damğası vurmaqdan ötrü, ermənilərdən başqa rus kartını da işə salmaq üçünMoskva əclafları alçaqlığa əl atdılar. Körpə uşaqları qırdıranlardan bundan artıq heç nə gözləməkolmaz.Komendantın ikinci əclaflığı ondan ibarətdir ki, “xətlərdə məşğul-luq çoxdur” çoxdur bəhanəsi iləbəzi telefonları kəsdirib və kəsdirəcək. Bu telefonlar isə nömrələri qabaqcadan bəllənmiş, xaricə vəMoskvaya ən çox məlumat göndərən telefonlardır. Bizim redaksiyadakı 66-05-44 nömrəli telefona,Nəcəfin evinə və başqa məşhur nömrələrin hamısına qulaq asırlar, onların tezliklə kəsiləcəyiaydındır.Xalqı radio və televiziyadan məhrum edən (rayonlar Şuşa televizi-yası ilə respublikada başverənləri öyrənir. Bəzi rayonlarsa Lənkəran radiosundan yenilikləri alır) komendant (başqa sözlə,Qorbaçov, Kreml siyasəti) indi də telefonları götürüb Bakının xarici aləmlə əlaqəsini bütünlükləkəsmək, sonra içəridə öz bildiyini etmək niyyətindədir. Ancaq bu, baş tutacaqmı? SƏNƏD “… 20 Yanvardan sonrakı bütün kütləvi məlumat vasitələrinin fəaliyyəti dondurulmuşdu. Təxminən bir həftə sonra çıxmağa başlayan qəzetlərə mülki senzorla yanaşı hərbi senzor da baxırdı.O günlər redaktoru olduğum “Odlar yurdu” qəzetində rus vəhşətini əks etdirən tanklarla çığnanmışşəhid şəkillərini dərc etdim… […] Qəzetin o nömrəsini normal tirajdan iki dəfə artıq olaraq 300.000buraxdırdım. […]22 yanvar günü Qafqaz müsəlmanlarının başçısı Hacı Allahşükür Paşazadənin “BMT-nin Başkatibi Peres de Kuelyara, dünya dövlətlərinin başçılarına” başlıqlı müraciəti mənə gətirildi. Müraciətitez Türkiyə türkcəsinə çevirərək yeni qurulduğundan hələ teleks kataloquna girməmiş və bu üzdəndə kəsilməmiş “Vətən” cəmiyyətindəki telekslə müraciətin mətnini BMT-yə, YUNESKO-ya, YUNİSEF-ə, beynəlxalq əfv təşkilatına, Ümumdünya İnsan Hüquqları Komitəsinə, Qərbin xəbər agentliklərinə,xarici qəzetlərə, bütün beynəlxalq quruluşlara, Yaponiyadan tutmuş Mavritaniyaya qədər telekskataloqundakı bütün nömrələrə verdim”.[Ramiz Əsgər. Azərbaycan Xalq Cəbhəsi necə yarandı? — “Yeni FORUM” dərgisi (Türkiyə),temmuz (iyul) 1992, cild 13, sayı 278, 15-inci səh.].***Ara sakitləşəndə, bu gün ilk dəfə görüşdüyüm Nəcəfdən soruşdum ki, o gecə sənə nə oldu -axtardıq, tapmadıq. Dedi ki, möcüzə nəticəsində sağ qurtardım. Əsgərlər başımdan dəyənəkləvurdular, huşumu itirib yıxıldım. Onu bacarmışam ki, bir-iki metr yolun qırağına çəkilmişəm, maşınüstümdən keçməyib, bir də dizlərimi qarnıma yığmışam. Gecə təxminən saat 3-də ayıldım, gördümki, donmuşam. Başımın üstündə 3-4 əsgər avtomatlarını mənə dirəyib “narodnı front” deyir. (XalqCəbhəsi üzvü onların təsəvvüründə quldur imiş). Özümü yenə huşsuzluğa qoydum, ancaq indicəgüllələnəcəyimi gözümün altına almışdım. Sən demə, bu əsgərlər arxadan gələn yeni qüvvə imiş vəonlar hələ güllə atıb quduzlaşma-yıblarmış, ona görə də mənə insafları gəlib, güllələməyiblər.Əsgərlər aralanandan sonra durub mən də yavaş-yavaş yoldan uzaqlaşdım. Əsgərlər görürdülərdeyə bu saatca güllə atacaqlarını gözləyə-gözləyə aralandım. Bir oğlan uşağı məni kənara çəkərəkovxalayıb qızdırdı, şərfini başıma doladı. Sonra gecə yarısı onlara — 9-uncu mikrorayona bir çətinlikləgedib çatdıq. Səhər isə durub şəhərə çıxdım. (Nəcəfin danışdığı əhvalatı qısaca yazdım).***Gecə redaksiyada bir çox müraciət və qərarları (şeyxülislamın Qorbaçova müraciəti, Ali Sovetsessiyasının qərarı, AXC-nin xalqa müraciəti və b.) çoxaldılıb müxbirlərə verdik, operativ məlumattoplamaq üçün Azərinformda sabahdan qərargah yaratmağı qərara aldıq. Bu vaxt bir oğlan qaça-qaça gəlib bildirdi ki, AXC rayon şöbələrinə əsgərlər basqın edib, indi də buraya — Cəbhəqərargahına gələcəkləri gözlənilir, təcili qaçın. Rus əsgərlərinin nəyə qadir olduğunugördüyümüzdən heç birimiz öz həyatımızı mənasız yerə qurban vermək istəməyib tezlikləqərargahdan uzaqlaşdıq.Gedən vaxt yalnız ən mühüm sənədləri özümüzlə götürdük. 3 makina, “Azadlığ”ın 3 nömrəsininmindən artıq nüsxəsi, redaksiyaya gələn bütün məktublar otaqlarda idi. Bəlkə də sonuncu dəfəgörüşəcəyimiz duyğusu ilə redaksiyanı tərk etdik.

Реклама

Обсуждение закрыто.