23 yanvar 1990. Bu gün qırğından sonra “Azadlıq” redaksiyasında ilk dəfə yenidən yı-ğışdıq. Nəcəfin üzünü tük basmışdı, gözləri yumulurdu (yuxusuzluqdan). Fransa və Macarıstandan gələn müxbirlər xeylivaxtımızı aldılar. Onlara meyitlərin fotolarını verdik. Sonra onları Semaşko xəstəxanası-na yolladıqki, xəstələri çəksinlər. Bir neçə saatdan qayıdıb gəldilər, onları Tiflisə göndərdik.Redaksiyaya gələndə Əlişir Nəvai küçəsində (Çapayev küçəsinin yaxınlığında) güllə ilə dəlik-deşik edilərək xəlbirə döndərilmiş94-10 AQS nömrəli avtobusu (39-uncu marşrutda işləyən) gördüm. Qabaq şüşəsində 103 güllə yerivardı, bütünlükdə isə 151 güllə deşiyi saydım. (Şüşələrin çoxu ovxalanıb töküldüyü üçün, təbii ki,onlara dəymiş yüzlərcə güllənin izləri də onlarla birgə silinib). Read the rest of this entry
Янв23
Для отправки комментария необходимо войти на сайт.