Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 21 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 21 YANVAR 1990

21 yanvar 1990.Maşınlar, nəqliyyat işləmir. Piyada “Memar Əcəmi” metrosuna gəlib “Bakı soveti”ndə çıxdım.Metronun qarşısında xeyli adam yığışıb. Şüşələrə müxtəlif cür bildirişlər, elanlar, müraciətlər,məlumat vərəqələri yapışdırılıb. MK-nın qarşısına (yuxarı yolla) getdim. Binanın pilləkənləriüstündən geniş izdihama baxdım. “Kommunist” küçəsi, Filarmoniyanın altı və MK-nın qarşısındakıgeniş meydan başdan-başa insanla doludur. Bu gün “Kommunist” küçəsindən meydana girən yerdəqoyulmuş maşınlardan ibarət istehkamı götürüblər. Natiqlər bir-bir danışıb kommunist partiyasına,Qorbaçova lənət yağdırır, partiyadan çıxdıqlarını bildirirdilər. Süleyman Rəhimovun oğlu Şamo Arif həm özünün, həm də atasının partiya biletini təhvil verdi.

Qulu Xəlilov da partiyadan çıxdı.Ümumiyyətlə, danışanların hamısı partiyanı söyür, ondan çıxdığını bəyan edirdi. Pilləkanlarınyanındakı sağ və sol divarlarda dünən qanla yazılan şüarları əsgərlər bu gecə təmizləyiblər. Düzdür,onların yeri durur, ancaq bu dəfə yazını yağlı boya ilə həkk ediblər ki, pozmaq da çətin olsun. Bütündivar bu cür şüar və rəsmlərlə doludur: “Qorbaçev, tı ubiyüa naşix detey!”, “Qorbaçev ubiyüa!”,“Mişa, tı otvetişğ!”, “Sovetskie soldatı — palaçi!”, “Krovavıy Qorbaçev, tı palaç!”, “Sovetskaə armiə -faşistskaə armiə!”, “Doloy KPSS!!!”, “Qeneralğnıy qolovorez, uberi svoix palaçey!”.36 Sonuncu dördşüar iri hərflərlə bütün divar boyu yazılıb. Altda isə ingiliscə bu cümlə var: “Long live free Azerbaijanwithout USSR and Comparty of SU!”.37Şüarlar arasında 4 rəsm də çəkilib. Onların birində Qorbaçovun başı təsvir olunub. Dənizquldurlarının bayrağındakı kəlləyə bənzədilən bu şəkildə Qorbaçovun alnındakı (sağ tərəfdəki) uzunqara ləkələrin yerinə oraq-çəkic, çənəsinin altında isə beşguşəli ulduzla ayrılan iki çəpinə sümükçəkilib.İkinci rəsm iki ilgək sallanan dar ağacından ibarətdir. Dar ağacının sağ tərəfində oraq-çəkiclibayraq təsviri var, bayrağın üstündə və altında “SSSR — oplot kolonializma!” (SSRİ müstəmləkəçiliyindayağıdır!”) cümləsi yazılıb. Üçüncü rəsm də dar ağacıdır. Enli P hərfi şəklində olan bu darağacından 7 ilgək sallanır, üstündə isə «“Demokratiə” KPSS»38 yazılıb. Dördüncü rəsmin — Kremlinyanında “volçğe loqovo” ( “canavar yuvası”) sözləri qeyd olunub.Çıxışları dinləyəndən sonra geri qayıtdım.Respublika xəstəxanası yanındakı metro stansiyasında çıxıb 1920-ci ildə Bakıya “azadlıq” gətirənXI ordunun heykəlinin ətrafını gözdən keçirirəm. 70 il qabaq daşnak Şaumyanın və Mikoyanınbaşçılığı altın-da birləşmiş ermənilərdən istifadə etməklə rus qoşunlarının bu yolda tökdüyü qanlarıbu gün XI ordu davamçılarının Şaumyanın nəvələrinin həyatını qorumaq adı altında yenidəntəkrarladığını, özü də bugünkü rus əsgərinin 70 il qabaqkından daha vəhşi, daha qaniçən olduğunugörmək üçün iki göz — hətta lap zəif görən göz gərəkdir!Sonuncu dəfə buradan 19-u gecəsi (hələ 20-sinə keçməmişdi) ayrıl-mışdım. Onda buralarmaşınların, bir də yanan təkərlərin əhatəsində idi.Metrodan çıxan kimi gözümə ilk dəyən şey XI ordu abidəsində kəndli-nin əlindəki ayın 19-undansancılan milli bayraq və onun “dayandoldurum” tüfənginin ucundakı qara bayraq oldu. Milli bayraqsrağagünkü, qara bayraq isə dünənkidir. Aradan keçən bir gündə böyük bir tarix baş verib…Abidənin dairəvi gövdəsinə uzunluqları təxminən iki metr olan kağızlar üzərində bu şüarlaryazılıb vurulub: “Trebuem otmenı komendant-skoqo çasa!”, “Prekratite fiziçeskoe uniçtojenieazerbaydjanskoqo naroda!”, “Prekra-tite dezinformaüiö sovetskoqo naroda!”.39Abidənin çevrəsi yanıq şinlərin kül izləri ilə əhatələnib. Tanklar müdafiəçi mücahidlərinüzərinə qəzəblə cumanda özlərini saxlaya bilməyərək abidəyə də hücum etmiş, onun ətəyindəkiyaşıllığa dırmaşıb təkərləri ilə dərin çalalar qazmışlar. 20-si gecəsi yollara düzülən beton maneələr,tankın yaraladığı torpaq, yaxın-yörədə düşmən maşınlarının əzdiyi, qırdığı bütün ağaclar və kollargüllərə, qərənfillərə bürünüb. Sanki xalq tank altında məhv olan ağacı güllərlə sağaltmaq istəyib. 80tonluq ağır hərbi maşınların tırtılları altında xəmir kimi yoğrulan kövrək yolqırağı məhəccərlərinüstünə düzülən güllər sanki bu aciz dəmir bəzəklərə qarşı qansız, vəhşi insan sürüsününqəddarlığını unutdurmaq üçün onların köksünə qısılıb könüllərini oxşayır, məhrəmlik edir.Kəndçi oğlu olduğum üçün meşədə qabanların qazıdığı yerləri çox görmüşəm. Uşaqlıqdagördüyüm həmin mənzərələr gözümün qabağında indi yenidən canlandı. Sanki saysız-hesabsızqaban sürüsü xəncər dişlərini işə salmış, ağacların, bitkilərin üzərinə atılaraq onları məhv etməyəçalışmışdı. Ətrafda nə qədər ağaclar, iri budaqlar qırılıb səpələnib! Yox, bu gördüyümüz yolla son 70ildə ikinci dəfə gələn qanlı düşmənin qəsdi günahsız ağacları deyil, onların bitdiyi torpaqda yetişənpalıd gövdəli, çinar boylu oğulları qırmaqdı! O gecə şəhid olan mərd oğulların ölməz, həmişəyaşarruhu o amansız qabanları, sarı şimal ayılarını sər-rast ovçuya tuş edəcəkdir!..

Respublika xəstəxanası tərəfdə, yolun qırağında 8 “b” marşrutunda işləyən 2833 nömrəlitrolleybus atılıb qalıb. Əzik-üzük olub. Sürücü oturan yerin düz qarşısındakı şüşədə güllə deşiyi var.Bütün şüşələri güllədən qırıq-qırıq olub. “Qaban” onu arxadan “yaralayıb” — maşının gerisi yoxdur…Tbilisi prospekti ilə üzüyuxarı — gecə gözlərim qarşısında baş verən hadisələrin məkanına doğruirəliləyirəm. Yol boyu rus vəhşiliyinə şahid olub özünü saxlaya bilməyən qəzəbli insan axınınıgörürəm. Artıq ikinci gündür ki, onların içində ruslar, demək olar ki, gözümə dəymir. Metroda da,heç yerdə də yoxdurlar onlar. Adamların üsyankar ruhu yüksəkdir. Mübarizlik qətiyyən aşağıdüşməyib. Yol boyu atəş açıldığı duyulan bütün yerlərə gül düzülüb. Tank izi, güllə izi olan hər parçatorpaqda, divarda, ağacda bir dəstə qərənfil “bitib”. Tbilisi prospekti ilə Suvorov küçəsinin kəsişdiyi yerə, hadisələrin o gecə baş vediyi əsasnöqtələrdən birinə çatanda özümü saxlaya bilmədim, birdən-birə hönkür-hönkür ağlamağabaşladım. Su və meyvə-tərəvəz satılan birmərtəbə mağazanın arxa tərəfinə yaxın yerdəyeşiklərdən, taxtalardan hasar çəkilib (o gecənin yadigarları bunlardır), ortadakı tək bir ayaqqabıgüllərlə əhatə olunub. Yanında şam yanır. Hansı anası ölmüşsə avtomat qabağından qaçandaayaqyalın qalıb. Bu ayaqqabıdan mağazanın arxasınadək güllərdən salınmış uzun bir “cığır” gedir,şəhidin bu yolla qaçdığını, ancaq canını qurtara bilmədiyini göstərir. Rus gülləsindən yaxa qurtarabilməyən bu əliyalın, ayağıyalın gəncin harayını o gecə heç kəs eşitmədi — o gecə Qorbaçov da, Buşda öz kabinetlərində xorhaxor yatan vaxt Bakıda avtomat, pulemyot, tank güllələrinin səsindənbaşqa heç nə eşitmək mümkün deyildi! Nəinki o günahsız cavanın, bu boyda xalqın harayını heç kəseşitmədi, heç kim “can” demədi — güllə səsləri çox şiddətli idi!..Bir az aralanan kimi daha təsirli səhnə ilə qarşılaşdım. Tbilisi prospekti ilə Ə.Tağızadə küçəsiarasında qalan təxminən 50-60 metrlik yol yeşiklər və o gecədən qalma dəmir beton maneələrləkəsilib, gediş-gəliş tam dayandırılıb. Bütün bu yol parçası qeyrətli bakılıların əli ilə gülə bələnib. OGecə məhz burada neçə-neçə adam qanına qəltan oldu. İndi kiminin papağı (yeri gəlmişkən,Nəcəfin papağı da burada idi), kiminin əsası, kiminin pencəyi, kiminin çəkməsi… əynindən düşübqalan bu meydançada, iri hərflərlə “QANLI MEYDAN” yazılan bu sahədə O Gecə mənim gözlərimqarşısında böyük, amansız bir imperiya dünyada təklənmiş kiçik bir respublikanın üzərinəquduzcasına hücum çəkmişdi. İmperiya qaban dişləri ilə yırtıcılıq edir, əliyalın respublika isə şillə vətəpiklə, bir də qışqırıqla özünü “qoruyurdu”. “Qanlı meydan” adlandırılan bu yerdəki yanaşımağazaların ətrafı başdan-başa gül içindədir. O Gecə əlinə avtomat keçirib düşmən ordusuna atəşaçan, yəqin ki, böyük igidliklə şəhid olan o mücahidin dayandığı, vuruşduğu yer gül dənizində üzür.Dükanların divarlarındakı güllə izlərinə, pəncərənin şüşələrindəki güllə deşiklərinə də güllər sancılıb.Oğullarımız yaralanan, şəhid olan yerlərdə isə xonçalar düzülüb, bankaların içində şamlar yandırılıb(küləkli havadır). Bir iri beton lövhənin üstündə iri kağızda da yazılıb: “Pozor armii – rasstrelivaöhix bezorujnıx lödey!”, “Mı — materi trebuem vıvoda armii karateley iz Baku!”.40 Başqa yerdə oxuyuram: “Mixail i Raisa Qorbaçevı — ubiyüı!”, “Jenhinı internaüionalğnoqo Baku — vıvediteKARATELEY iz qoroda”.41Hərlənib, biz döyülən yerə getdim. Tanklar burada da qaban kimi ağaclara soxulmuş, ətrafınaltını üstünə çevirmişlər.Tağızadə və Suvorov küçələrinin kəsişməsində tank bir svetoforu da “ayaqlayaraq” yerəyapışdırıb. Bu günahsız qurbanı da gülə bələmişlər.“Qanlı meydan”ı ürəyimdə sonsuz qüssə və eyni zamanda xalqın mübariz ruhunun ölməməsinə,əksinə, bu ruhun daha da yüksəlməsinə sevinc hissləri ilə tərk etdim. Bu an heç kəslə görüşmək,heç kəslə danışmaq, heç kəslə salamlaşmaq belə istəmirdim. Tək-tənha bir ada olsaydı oraya qaçar,özümçün doyunca ağlayardım. Ancaq kimdən qaçacağam? Qarşımda dünənkindən də döyüşkənsifətlər görürəm…5-inci mikrorayonun (daha doğrusu, Suvorov küçəsinin) qurtaracağında, meyvə-tərəvəzdükanının (qəzet köşkünün yanında) şüşəsinə belə böyük bir müraciət yazılaraq yapışdırılıb:“OBRAHENİE.QOLOVOREZAM QORBAÇEVAVami ubito tısəçi bezvinnıx, mirnıx azerbaydjanüev. Narod ne zabudet qorbaçevskiy qenoüit!Proçğ ruki ot suverennoqo Azerbaydjana!”.42“Qenoüit” sözündəki “t”ni qələmlə “d” etdim.Onu deyim ki, şəhərin hər yeri bu cür müraciətlərlə, lə‘nətnamələrlə doludur. Onlar yazılır ki,gecə əsgərlər oxuyub “ağıllansınlar”, ancaq dua oxumaqla donuz darıdan çıxarmı?MK-nın qarşısında bu gün AS-in sessiyası olacağı və televiziyanın 12-ci kanalı ilə birbaşagöstəriləcəyi deyildi. Ancaq evə çatanda bunun həyata keçmədiyini öyrəndim.***Hadisələr, rusların hücumu zamanı “110 avtobus və taksi maşını möhkəmcə əzilib. onların yalnız30-a qədəri bərpa edilə bilər”.“Trolleybus, elektrik xətlərini bərpa etmək xüsusilə çətin idi. Bu xətlər Mətbuat prospektində, XIqızıl ordu meydanı rayonunda və başqa yerlərdə büsbütün dağılmışdı. Qoşun hissələrinin şəhər kommunikasiyalarını, o cümlə-dən trolleybus xətlərini vurub dağıtması, bəzən də elə tamamiləməhv etməsi bizim hamımızı heyrətdə qoyub…”.(“Kommunist” qəzeti, 28 yanvar 1990)

 

Реклама

Обсуждение закрыто.