Daily Archives: 21.01.2017

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 21 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 21 YANVAR 1990

21 yanvar 1990.Maşınlar, nəqliyyat işləmir. Piyada “Memar Əcəmi” metrosuna gəlib “Bakı soveti”ndə çıxdım.Metronun qarşısında xeyli adam yığışıb. Şüşələrə müxtəlif cür bildirişlər, elanlar, müraciətlər,məlumat vərəqələri yapışdırılıb. MK-nın qarşısına (yuxarı yolla) getdim. Binanın pilləkənləriüstündən geniş izdihama baxdım. “Kommunist” küçəsi, Filarmoniyanın altı və MK-nın qarşısındakıgeniş meydan başdan-başa insanla doludur. Bu gün “Kommunist” küçəsindən meydana girən yerdəqoyulmuş maşınlardan ibarət istehkamı götürüblər. Natiqlər bir-bir danışıb kommunist partiyasına,Qorbaçova lənət yağdırır, partiyadan çıxdıqlarını bildirirdilər. Süleyman Rəhimovun oğlu Şamo Arif həm özünün, həm də atasının partiya biletini təhvil verdi. Read the rest of this entry

Реклама