20 YANVAR ŞƏHİDLƏRİ: LARİSA MƏMMƏDOVA

Стандартный

Larisa_Məmmədova.jpg

Larisa Məmmədova (azərb. Məmmədova Larisa Fərman qızı) — 20 yanvar şəhidi. Larisa Məmmədova 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. 

 Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı. 1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir. L. Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır.

Обсуждение закрыто.