Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 20 YANVAR (GÜNDÜZ) 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 20 YANVAR (GÜNDÜZ) 1990

20 yanvar 1990.

(Gündüz) Nəcəfin başına nə gəldiyini, şəhərdə nə olduğunu öyrənmək üçün şəhərə çıxdım. Evimizinqarşısında (6-cı mikrorayonun girəcəyində) artıq əsgərlər yurd salıb, 2 tank məntəqə düzəldib.Binamızdakı arvadlar arasında şəhərdəki vəziyyət haqqında dəhşətli şayiələr yayılıb.Binamızdakı Saleh Hüseynovla birgə çıxdıq. Dördüncü mikrorayonda onun bir dostunun evindəngüc-bəla ilə (telefonlara düşən elektrik gərginliyi həddən artıq aşağı enib) Nəcəfə zəng vurdum. Yoldaşı Lalə xanım dedi ki, Nəcəf sağdır, gecə zəng vurmuşdu, ancaq hələ evə gəlməyib. İndiMərkəzi Komitənin qarşısındadır.

Mən də Salehlə MK-nın yanına gəldim. “Kommunist” küçəsində əsgər-lər, tank dayanmışdı.Camaat Filarmoniya bağı ilə hərəkət edirdi. “Vətən” cəmiyyətinin qarşısından o yana izdiham idi.Birtəhər yara-yara keçdik. Filarmoniyanın yanında maşınlardan düzələn istehkamın yanına çatandaAXC ümumi şöbəsinin müdiri Ələsgər bəy Siyablını gördüm. Öyrəndim ki, Şmidt zavodundakı MilliMüdafiə Şurasının qərargahını gecə dağıdıblar. Ölən, tutulan yoxdur. Bəy, Etibar, Nemət, Rəhimbərk yerdə-dir. Nəcəfi də o burada görüb.Çox çətinliklə adamları aralayıb MK pilləkanlarının yanına çata bildik. Ancaq nə qədər axtarsamda Nəcəfi tapa bilmədim.Bəxtiyar Vahabzadə partiyanı “faşist partiyası” adlandırıb ondan çıxdığını bildirdi. Həsən Turabovda deputat mandatını atdığını və partiyadan çıxdığını söylədi. Biz gələnədək isə Anar deputatlıqdanvə partiyadan əl çəkdiyini, Yazıçılar İttifaqının I katibliyindən çıxdığı-nı deyibmiş.Bu gün xeyli adam partiya sıralarından çıxdı.Mən Salehlə pilləkanın aşağısında durmuşdum. Birdən güllə səsləri eşidildi. Meydandakılar hərtərəfə qaçışmağa başladılar. Fi-larmoniya tərəfdəkilər pərən-pərən düşdülər. Gördüm ki, bir tank“Kommunist” küçəsi ilə gəlib, maşınları vurub keçmək, meydana daxil olmaq istəyir. Xalq onamaneçilik törədəndə göyə güllələr atıldı. Bu gecə rus gülləsinin hökmünü görən, sabahadək yatabilməyən yuxusuz xalq təşviş-dən başını itirmişdi. Tank əliyalın adamların hücumu qarşısında geriçəkildi. (Ancaq sonradan eşitdiyimə görə, o, iki nəfəri basıb öldürüb). Bu an metronun qarşısındaduran əsgərlər də ora yığışan camaata atəş açıb. Metronun şüşələri çilik-çilik olub, divarlarda dagüllə “yara”ları açı-lıb. Yaralananlar var.Camaata qaçaqaç düşəndə mən qadın və qızların gözlərindəki dəhşəti lap yaxından gördüm.Ölüm qorxusu altında insanın gözlərinin hədəqədən necə çıxdığının ikinci dəfə şahidi oldum. Bir çoxqadınların bu sarsıntıdan ürəyi keçdi, çoxusu taqətsiz halda yerə oturdu. Hamısının rəngi ağarmışdı,çoxusu qıyya vurub hönkürürdü. Kişilər isə insanı bu qədər ucuz tutan, onu oyuncağa çevirəndövlətə, partiyaya, Qorbaçova, Vəziro-va lənətlər yağdırır, onların cinayətinin cəzasızqalmayacağına and içir-dilər. Saleh məni qucaqlayıb “bizimki də bura qədərmiş!” dedi… 

Реклама

Обсуждение закрыто.