
20 yanvar 1990.
(Gündüz) Nəcəfin başına nə gəldiyini, şəhərdə nə olduğunu öyrənmək üçün şəhərə çıxdım. Evimizinqarşısında (6-cı mikrorayonun girəcəyində) artıq əsgərlər yurd salıb, 2 tank məntəqə düzəldib.Binamızdakı arvadlar arasında şəhərdəki vəziyyət haqqında dəhşətli şayiələr yayılıb.Binamızdakı Saleh Hüseynovla birgə çıxdıq. Dördüncü mikrorayonda onun bir dostunun evindəngüc-bəla ilə (telefonlara düşən elektrik gərginliyi həddən artıq aşağı enib) Nəcəfə zəng vurdum. Yoldaşı Lalə xanım dedi ki, Nəcəf sağdır, gecə zəng vurmuşdu, ancaq hələ evə gəlməyib. İndiMərkəzi Komitənin qarşısındadır. Read the rest of this entry
Для отправки комментария необходимо войти на сайт.