«20 YANVAR ŞƏHİDLƏRİ»: HABİL ƏZİZOV

Стандартный

habil_%c9%99zizov

Əzizov Habil Kommunar oğlu — «20 Yanvar» şəhidi

Habil Kommunar oğlu Əzizov, 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub.[2] Ailənin yeddi uşağından üçüncüsü idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuş, bir il oxuyandan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıtmışdır. Qiyabi oxuyur, Ağstafada sovxoz idarəsində işləyirdi. Hadisə vaxtı da qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Həmin günü ad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada süfrə açıb, ad gününü qeyd edirmişlər. Şəhərdə vəziyyətin qarışıq olduğunu bilən Habil, rahat oturub ad günü edə bilməyəcəyini deyərək, dostu Xanoğlanla birlikdə şəhərə getmişdir.
Habil, həmin gün, yəni 1990-cı il yanvar ayının 19-da düşmən tankının altında qalaraq şəhid olub. O, Bakı şəhərində Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun III kursunda oxuyurdu.

«20 Yanvar» şəhidi olan Ağstafa rayonunun Vurğun qəsəbəsi sakini Habil Əzizov, doğulduğu qəsəbə qəbiristanlığında dəfn edilib.

VİKİPEDİYA

Обсуждение закрыто.