Bayram Mədət oğlu Əliyev — 20 Yanvar şəhidi.
Bayram Mədət oğlu Əliyev 1950-ci il iyulun 7-də Ermənistan SSR Kalinino rayonunun Qızıldaş kəndində anadan olub.
Ç.İldırım adına Az.Pİ-ni bitirib. 2 nömrəli evtikmə kombinatında icraçı işləyib.
Ailəli idi. 1990-cı ildə ata və anası təqaüdçü idi.
Diaqnoz: döş qəfəsinin küt alətlə travması, daxili orqanların və qabırğaların sınması və zədələnməsi, həmçinin odlu silahla yara.
Yanvarın 21-də «Volçi vorot» (Qurd qapısı) qəbiristanlığında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.