Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 19-20 1990 YANVAR (GECƏ)

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 19-20 1990 YANVAR (GECƏ)

19-20 yanvar 1990.(Gecə) Gündüz redaksiyada qəzetin28 növbəti nömrəsi üzərində işləyirdik. Artıq bir çox materiallarımızhazır idi. “Kommunist” nəşriyyatı tətil etsə də “Azadlığ”ı buraxmağa fəhlələr söz vermişdilər. Oradacan-başla bizi gözləyirdilər.Dünən də (bir neçə dəfə) şəhərdə fövqəladə vəziyyət elan olunduğu haqqında yalan məlumatalmışdıq. Bu gün də belə xəbərlər eşidəndə inan-madıq.Nəcəf dedi ki, mən postları yoxlamağa gedəcəyəm, siz isə yorğunsunuz, evə gedin. Rauf29ağırayaq arvadına baş çəkmək üçün ertədən bizi tərk etmişdi. Mən və Arif30 dedik ki, postlara başçəkməyə biz də gedirik. Şahinə31 zəng vurdular ki, maşını götürüb gəlsin.Son vaxtlar istirahətsiz olaraq (şənbə və bazar günləri də) o qədər işləmişdik ki, yuxuya o qədərhəsrət qalmışdıq ki, lap keyləşmişdik. Ona görə Nəcəf bir-iki yazını redaktə üçün mənə verəndəzarafatla ona dedim ki, Nəcəf bəy, qəzetdənsə post daha vacibdir. Yazı qalsın sonraya, indi isəpostlara gedək.

Arifin getmək israrını görüb, o, əynini qalınlaşdırmaq üçün yaxın-dakı evinə yollandı, tezlikləgələcəyini dedi. O getdi, Şahin gəldi.AXC-nin dünən rotaprintlə çoxaldılmış respublika rəhbərliyinə müraciətinin vaxtı saat 12-dəbitəndən sonra bu gün AXC yeni müraciət qəbul etmişdi. Burada Həsən Həsənovun birinci katibqoyulması tələb olunur-du. Nəcəf demişdi ki, Polyaniçko Etibara bildirib ki, yolları təmizlə-məsənizşəhərə güclə girəcəyik. Televiziyanın yeni bəyanatı (müraciəti) oxumasına da imkan verməyib, onu partladıblar.Nəcəf hələ gəlməmişdi, gecə saat 11-də pəncərədən işıqlı güllələ-rin uçduğunu gördük. Dəhşətliatışma başlandı. Güllələrin hansı tərəf-dən gəldiyini heç cür aydınlaşdıra bilmirdik. (Sonradanöyrəndik ki, stadiona dolmuş əsgərləri bayıra çıxmağa qoymurmuşlar, onlar da camaata atırmış). Birazdan Nəcəf gəldi. Əlində termos, dolu zənbil (yəqin içində yemək vardı). Şahin sürən maşındaNəcəf qabaqda əyləşdi, mənimlə Arif isə arxada oturduq.Çapayev küçəsi ilə “Qarabağ” mehmanxanasına sarı getdik. Burada maşınlarla kəsmişdilər yolu.Heç kəsdə silah yoxdu. Ancaq yoldan çəkil-məyəcəklərini dedilər.Oradan çıxıb Bakıxanov küçəsi ilə “Naxçıvan” mehmanxanasına doğru yol aldıq. Elə körpüyəyenicə ayaq basmışdıq ki, qarşıdan əliqalxanlı, avtomatlı əsgər cərgəsi çıxdı. Dayanmaq açıq-aşkarölüm deməkdi. Şahin tez geri verib sağa — Sumqayıt maşınları dayanan küçəyə sürdü. İnqilabküçəsində (tramvay yolu ilə kəsişmədə) xeyli adam yığışmışdı. Qərbdən (sonra öyrəndik ki, Salyanqazarmasından) atılan aramsız güllələr qadın və qızları bərk qorxuya salmışdı. Nəcəf onları evəaparmağı məsləhət gördü, özlərinə isə ürək-dirək verdi.Yolda dedim ki, Nəcəf bəy, bu adamların silahı yoxdur, onları güllələyərlər axı? Cavab verdi ki,əlisilahsız adama heç kəs əl qaldırmaz, bu heç bir qanunda yoxdur. Heç kəs belə iş görməz.3-üncü mikrorayonun girişində də dayandıq, düşdük.Nəcəf adamlara ürək-dirək, ruh verdi. Xalq onu tanıyır, hörmət edirdi. Bu mənə çox ləzzətverirdi. Ümumiyyətlə, o məndən 3 yaş balaca olsa da ağlına, ölçülüb-biçilmiş, düşünülmüşhərəkətlərinə, vətəndaşlıq qeyrətinə, cəsarətinə görə ona özümdən yaşlı yoldaş kimi yanaşıram.Keçən dəfə Xanlara basqın olan vaxt da — AXC qərargahında heç kəsin olmadığı anda o,“sərkərdəliyi” öz üzərinə götürdü, ətraf rayonların Xanlara yardımını operativ təşkil etdi. Bu anda o,həqiqi sərkərdəyə bənzəyirdi. Olduqca təmkinli, ağır vəziyyətdə başını itirməyən, çıxış yolu tapmağıbacaran bu insan mənim ən dərin hörmət və sevgimi qazanmışdı. İndi başqalarının da ona bu sevgiilə yanaşdığını, ona inandığını görəndə fərəhlənirdim…Qızıl ordu abidəsinin yanına çatanda gördük ki, gənclər yolun eni boyu düzülmüş maşıntəkərlərinə od vurmağa başlayıblar. Deyirlər ki, tanklar gəlib bu odun üstündən keçəndə butulkalarıatacağıq ki, tank yansın.Onlar həm də bayaq bura gələn bir tankdan təşvişə düşmüşdülər. Sən demə, Salyan qazarmasınıyarıb çıxan bir tank bura gəlmiş, 2 nəfəri güllə ilə vurub getmişdir. Bu postda hamı dedi ki, möhkəmdurmuşuq. Hamısı-nın yeganə silahı isə butulkalar (yanacaq dolu) idi.Buradan çıxıb Tağızadə küçəsi ilə Biləcəri postuna32 gəldik. Suvorov33 küçəsinə çatanda gördükki, qabağı maşınlar kəsib, irəli keçmək mümkün deyil. Şahin maşını yolun qırağında saxladı. Düşübpiyada irəlilədik. Adamlar dəstə-dəstə durub həyəcanla söhbət edirdilər. Nəcəf cəld addım-larla Tbilisi prospektinə doğru irəlilədi. Biz üçümüz də (mən, Arif, Şa-hin) ondan geri qalmamağaçalışırdıq.Prospektə düşüb barrikadanı keçdik, təxminən 50 metr qabaqda kütləyə qarışdıq. Nəcəf irəliləyir,biz isə onu izləyirdik. O gəlib ilk cərgədə dayandı, yanındakı cavanlarla qol-qola girdi. Mən onunarxasındakı sırada, böyrü tərəfdə idim. Arifgil 5-6 cərgə arxada dayanmışdılar. Burada min nəfəradam olardı.Qabaqda gur bir projektor yanırdı. Ancaq hansı maşının (tankınmı, BTR-inmi) üstündə olduğunuseçə bilmirdik. Projektor işığı dolandırıb düz kütlənin üstündə saxladı. işıq yanda olanda gördük ki,əli qalxanlı, başı dəbilqəli, əli rezin dəyənəkli əsgərlər sıra ilə üstümüzə yeriyir. Nəcəf ayağa durubhamıya “oturun!” qışqırdı. Hamı çöməlib oturdu. Əsgərlər rezin dəyənəklə qalxanlarına döyə-döyəirəliləyirdilər. Projek-torun gur işığında onları seçmək çox çətin idi. Onları görəndə isə gec idi…… Deyəsən, havada Nəcəfin papağını gördüm. (Hər halda, gördüyüm o şeyin nə olduğunuindiyədək aydınlaşdıra bilmirəm). Buna kimi Nəcəfin, əlini gözlərinə tutub işıqdan qorunduğu dayadımdadır. Sağ çiynimdən dəyən zərbə ilə asfalta çırpıldım. Özümü düzəldəndə gördüm ki, maşın(projektorlu) düz üstümə gəlir, əsgərlər isə bizdən ötüb, xeyli qabaqda camaatı dəyənəkləyir.Dəhşətli bir qışqırıq, hay-küy qopmuşdu Qarğış, söyüş, haray bir-birinə qarışmışdı. Əsgərlərcamaatın içinə tüstü buraxan gözyaşardıcı qaz atırdılar. Durduğumu görən əsgərlərin üstüməcumduğunu duyanda yolun qırağına çəkilməyə imkan tapdım. Buradan ağacların arası ilə keçibmikrorayon tərəfə adlaya bildim. Ancaq ürəyim Nəcəfin yanında qalmışdı. Bilmirdim ki, qaça bildi,yoxsa vurdular, orada qaldı. Onun başına nə gəldiyini öyrənmək istəyirdim. Arifgil də yoxdu. Yan-yörəni bir dövrə vurub qayıtdım. Bu vaxt uşaqlar butulkaları əsgərlə-rin üstünə atmağa başladılar.

Atışma düşdü. Bir azdan xəbərdarlıqdan keçib əsl güllələr yağdırıldı. Əsgərlər dahaquduzlaşmışdılar. Bu vaxt atılan bir butulka tankın üstünə düşdü və o yanmağa başladı. (Təəssüf ki,belə “silah”la tankın yalnız üstünün rəngi yanır. Uşaqlar isə elə güman edirdilər ki, daha tankın işibitib). Bu, mücahidlərə ruh verdi. Geri çəkilənlər də “urra” ilə qabağa cumdular. Ancaq avtomatatəşləri onları biçib-tökdü. Yenə ah-nalə, qışqırıq göyə bülənd oldu.Mən Nəcəfi axtarmaq üçün yolun qırağına yaxınlaşdım ki, bayaq durduğumuz yerə baxım. Buvaxt 15-16 yaşlarında bir qız dəli kimi ağlayaraq qışqırır, “məni evimizə aparın” deyirdi. Qorxudan,dəhşətdən titrəyən qızın qolundan tutub mikrorayon tərəfə aparmaq istəsəm də yenə qaçdı.Biləcəriyə tərəf üz tutdu. Onu saxlamaq mümkün deyildi. Elə bu anda quduz bir əsgər əlindəavtomat yolun qırağına çıxdı, qəzəbdən boğularaq “bejite, poka vas ne ubili!”34 deyə qışqırdı. Yolqırağında olanların hamısı (içlərində mən də) geri çəkilməyə məcbur oldu. Yazıq qız da elə yolboyunca qaçdı. Onu xilas edə bilməməyimə görə özümü qınadım. Gərək zorla da varsa tutubmikrorayona aparıb kiməsə təhvil verəydim. Ancaq əslində çox fikirləşməyə vaxt da yox idi.Deyəsən, yol qırağına yaxınlaşanlardan əsgərlərə butulka atanlar çox idi. Qız hələ gözümdənitməmiş bir tank Tbilisi prospektinin kənarı ilə35 (üzü Biləcəriyə tərəf) yolu “təmizləyə-təmizləyə”irəli şığıdı. O, yola yaxın duranları atəşə tutdu. Bu vaxt ikinci bir tank da yolun kənarındakı institutmüəllimləri yaşayan binanın yanından camaata atəş aça-aça meydanı “təmizlədi”. Burada olanadamlar da dəhşət içində həyətə soxuldular. Güllələr adamları sərçə kimi biçirdi. Gözümünqabağında birisi yerə sərildi. Tez iki-üç nəfər yapışıb benzindoldurma stansiyası tərəfdə dayanan birmaşına apardıq.Başqa birisi məftil torun yanında düşüb qalmışdı. Ağacların dibində yıxılanlar da var idi. Bu,tankın işi idi. Əsgərlər elə quduzlaşmışdılar ki, artıq adamlara deyil, binaya, balkonlara, evlərəatırdılar. Bir yanan güllə doqquzuncu mərtəbənin balkonuna dəydi (deyəsən, dəmirə), yerə çərtöküldü. Ola bilər ki, bunlar təsadüfi gedən güllələr idi.Mən bu sahədə dayanmağın heç cür mümkün olmadığını görüb Nəcəfi axtarmaqdan əl çəkməyəməcbur oldum. Binanın həyətindən keçib yenə Suvorov küçəsinə düşdüm. Burada olan qadın vəqızları zorla evə göndərmək istəyirdilər. Onlar ucadan qışqıra-qışqıra Qorbaçovu qarğayır, hökumətənifrin yağdırırdılar. Bir çox yaralıları bu həyətə daşıyırdılar, oradan maşınlara qoyub xəstəxanayaaparırdılar.Güllə dəyib yıxılanların yaralı, yaxud ölü olduğunu bilmək çox çətin idi. Birincisi, bunumüəyyənləşdirməyə vaxt yox idi, ikincisi də, elə ağır yaralılar var idi ki, huşsuz düşürdülar. Mənhəyətdən küçəyə çıxanda camaatın üstünə yeni hücum oldu, bu vaxt da xeyli adam yaralandı. Yanımdakı bir oğlanın biləyinə güllə dəydi. O, axan qanı görən kimi “ana, məni vurdular” deyəqışqırıb qaçmağa başladı.Əsgərlərin qabağında duranların hamısı əliyalın idi. Allahdansa tapança da yox idi ki, atıbdüşməndən heyif çıxaydılar. Yeganə silah içi yanacaqla dolu butulkalar idi. Onu da əsgərlərinüstünə, yaxud tanklara atmaq üçün çox yaxına getmək lazım gəlirdi. Hər butulka atılanda avtomatcərgələri adamları biçirdi. Ancaq buna baxmayaraq gənclər yenə irəli cumur, ölümdənçəkinmirdilər. Onlarda düşmənə qarşı elə qəzəb, elə nifrət yaranmışdı ki, az qala tankın üstünəcumub onu dişləri, dırnaqları ilə əzmək istəyirdilər. Əslində çoxları elə belə də etdi. Etdi və rus faşistordusunun tankları onları əzib torpağa, asfalta qarış-dırdı. Lap içəri girən gənclərin meyitlərinə yaxındüşmək mümkün deyildi; onları əsgərlər özləri yük maşınına doldurub harasa göndərirdilər. Camaatyalnız 20-30 metr aralıda vurulanları tez götürübaradan çıxara bilirdi.Belə vuruşmaların birindən sonra ara nisbətən sakitləşəndə Ariflə Şahini də tapdım (tək-tək).Onlar da Nəcəfi axtarırdılar. Birlikdə yenə “ön cəbhə”yə neçə dəfə yaxınlaşdıqsa da Nəcəfdən heçbir xəbər tuta bilmədik; elə bil ki, bir tikə əppək olub göyə çəkilmişdi.Üçümüz birlikdə olan vaxt bir də gördük ki, barrikadaların yanında əsgərlərdən birini tutub (birneçə nəfər) avtomatını əlindən aldılar. Bu vaxt əsgərlər Suvorov küçəsi ilə Tbilisi prospektininkəsişməsindəki maşın istehkamlarının arasından keçib (olduqca şiddətli müqaviməti qırandansonra) prospektlə metroya sarı təxminən 30-40 metr irəlilə-mişdilər, ancaq hərbi texnika hələistehkamı aşa bilmədiyindən, arxada qalmışdı.Avtomatı ələ keçirən oğlan əsgərlərin arxasınca prospektə düşdü. Onun yanındakı cavanlarıqırağa çəkdilər ki, geri durun, bu, vuruşa gedir. Bu vaxt rayonun işığı söndü, bütün ətraf qaranlığabatdı. Mən oğlanı da görə bilmədim. Ancaq təxminən 5-10 dəqiqədən sonra birdən dəhşətli qaçaqaçdüşdü — bir tank metro tərəfdən gəlib Suvorov küçəsinə (biz duran yerə) döndü və şiddətligülləbarana başladı. O elə qəflətən və sürətlə peyda oldu ki, çoxusu heç qaçmağa da macaltapmadı. Yaxındakı (yolun altındakı) birmərtəbəli mağazanın arxasında qonşu binanın həyətidir.Buradan həyətə düşən yer ən azı metr yarım hündürdür. Adamlar bu hündürlükdən gözüyumuluatılır (bəlkə ayağı sınanlar da olub), kimi daşların, kimi ağacların arxasında gizlənirdi. Qaranlıq olsada tankdan düşən işıq və yanar güllələrin (“trassiruyuşi pulya”) havadakı işıqlı izi bir çox şeyləridərk etməyə imkan verirdi. Deyilənlərdən aydın oldu ki, avtomatlı oğlan artıq xeyli qabağa getmiş

Обсуждение закрыто.