Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 17-19 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 17-19 YANVAR 1990

17 yanvar 1990. Bu gün saat 4-də Nəsimi ilə Xalidgildən gələndə “Gənclik” metrosunun yanındaqarışıqlıq gördük. Məlum oldu ki, tanklar şəhərə girmək istəyib, camaat qabaqlarını kəsib. Sonraçətinliklə 112 nömrəli avtobusla Biləcəri yolunadək gəldik. Orada düşüb 57 nömrəli avtobusaminməli idik. Amma dəhşətli mənzərə gördük. Burada Nasoslu stansiyasından gələn böyük bir hərbiqüvvə (tanklar və maşınlar) təxminən 50 min nəfərlik camaat tərəfindən yolda saxlanılmışdı. Bəli,Stepana-kertə girə bilməyən “rəhbərlərimiz” doğma torpağı müdafiə edənlərin üstünə hərbi qüvvəgöndərir (sanki müharibədir).Saat 8-də “Aktual ekran” oldu. Universitetin hüquq müəllimi Səfa Mirzəyev danışdı ki, Kəlbəcər,Laçın, Xanlar rayonlarında fövqəladə vəziyyət ola bilər. O, fövqəladə vəziyyəti başa saldı. 7 və 8-incimaddələr haqqında şayiələr olduğunu bildirdi. Dedi ki, şəhərdə şayiələr gəzir ki, guya artıq Bakıdaqadağan saatı var. Bu, yalandır, əgər bakılılar öz yaramaz hərəkətlərinə son qoysalar qadağan saatıolmaz.Gəncədən pis xəbərlər gəldiyini qeyd etdi. Xalqı aldatmağa çalışdı, fövqəladə vəziyyətindüzgünlüyünü dedi. Amma böyük bir ordunun Bakıya gəldiyini demədi.“Günün ekranı”. Dəniz neftçiləri ilə müsahibə verildi. SSRİ xalq deputatı Vəkil Abbasov danışdı:Bu fərman daha tez verilsə yaxşı idi. Azərbaycanın sərvətləri Ermənistana verilməsin. AliSovetlərdən tələb olunsun ki, bu işi törədənlər cəzalandırılsın.Qalina və Klavdiya adlı iki rus qadını danışdı. Dedilər ki, bakılılar çox yaxşı xalqdır, bizazərbaycanlıları müdafiə etməyə hazırıq. Nə üçün “Vremya” ermənilərin tərəfini saxlasın? Qalinaçox ca-nıyananlıqla danışdı. Ümumiyyətlə, hər ikisi çox ağıllı, həyəcanlı danı-şıb, bizimlə birgəolduqlarını bildirdi.Qərib Əhmədli Gəncədən xəbər verdi. Vəziyyətin çox gərgin olduğunu dedi və göstərdi. Nurəddin Yusifov (DİN-nin müavini) Çaykənddəki vəziyyətdən söz açdı. Ora gedən könüllüləri göstərdilər.Kamo, Çaykənd və b. kəndlərin vəziyyəti də pisdir. Laçında vəziyyət gərgindir; basqınlar olub.Qubadlıda vəziyyət ağırdır. Naxçıvanda, Meğri stansiyasında vəziyyət acınacaqlıdır. Maşınist Qəribİsmayılov xəstəxa-nadadır. Naxçıvanda televiziyaya baxa bilməyiblər. Kərkidə vəziyyət çox pisdir.SSRİ müdafiə naziri Bakıda — Bayılda uçqun zamanı ölən hərbçilə-rin ailələrinə başsağlığı verdi. 8nəfər ölüb, 11 nəfərdən xəbər yoxdur. Dünənki “Kommunist” qəzetində bu haqda yazı var.“Günün ekranı”ndan sonra MK-dakı mətbuat konfransını göstərdilər.

“Vremya” bu axşam əvvəlkilərdən də pis xəbərlər verdi. Bakılı erməniləri (xəstəxanada,aeroportda, dəniz vağzalından gedənləri) dəhşət-li zülmə məruz qalıb qaçan kimi təqdim etdilər. Birneçəsindən müsahibə də aldılar.Bəli, bütün dünyaya bir daha sübut etməyə çalışırlar ki, azərbaycanlı-lar qaniçən, quldurdurlar,ermənilər isə yazıq, dinc quzulardır. Bəli, Moskva erməni qardaşları ilə bərabər üstümüzə açıqhücuma keçib. Hir-simdən ağlayıram. Nə üçün azərbaycanlılar bir il bundan əvvəl döyülüb, təhqirolunub, ana-bacılarımız öldürülüb gələndə, 200 min azərbaycanlı yurdundan didərgin olanadaMoskva bir dəfə olsun onları göstərmədi? İndi qışın soyuğunda da bəzi rayonlarda didərginlərçadırda yaşayırlar, qırılırlar, halbuki Bakıda indi də neçə min erməni var! “Kommunist” (bugünkü)yazır ki, 700 adam bu gün bərə ilə Krasnovodska yola salınıb. Sabah da salınacaq. Bir ildən çoxdurki, Ermənistanda öz ata-baba yurdunda bir türk qalmayıb, amma torpağımıza gəlmə olan ermənilərindi də burada 1000-lərlədir!Gecə saat 11-də “Koroğlu” tamaşasının 1977-də Leninqradda çəkilən lent yazısını göstərdilər.Xalqı Koroğlu kimi olmağa çağırırlar.Gecə 2-yə 15-dəqiqə işləmiş Feyzi bizə gəldi. Dedi ki, Biləcəri yolundan gəlirəm. Hamı oradakeşik çəkir.Ədalət işdən hələ də gəlməyib. Bu gecə “Azadlığ”ın rusca ilk nömrəsi çıxmalıdır.***Bu gün AXC İdarə Heyəti SSRİ AS RH-nin fərmanını kəskin tənqid edərək Azərbaycan AS-ninnövbədənkənar sessiyasının çağırılmasını və bu fərmanın qüvvədən salınmasını tələb edib. (Ədalətmənə telefonla bildirdi).Mərkəzi Komitə binasının qarşısında, fövqəladə sessiya çağırmaq və Vəzirovu istefayagöndərmək tələbləri ilə bugündən etibarən fasiləsiz mitinqlər və ümumrespublika tətili başlanıb.18-19 yanvar 1990.SƏNƏDLƏR “Yanvarın 18-də Bakıda və Azərbaycanın on bir başqa rayonunda AXC-nin təşəbbüsü ilə keçirilənizdihamlı mitinqlərdə ümumi tətillərin başlandığı elan olundu. […] Mitinqçilər Azərbaycan KP MK-nınbinasını mühasirəyə almışdılar. Artıq 18 yanvardan etibarən Ə.Vəzirov öz iş yerində yox idi. […] 18yanvar 1990-cı ildən etibarən respublikaya rəhbərlik Y.Primakovun şifahi tapşırığı ilə A.Mütəllibovavə V.Polyaniçkoya həvalə edildi. Yanvarın 19-da MK binası ətrafında mitinqdə bəzi çıxış edənlərtərəfindən müxtəlif şəxslər MK-nın yeni birinci katibi elan olundu. Faktlardan göründüyü kimi, mitinqheç də sovet hakimiyyəti sisteminə qarşı yox, hakimiyyət uğrunda mübarizəyə, mövcud iqtidarınhakimiyyətdən devrilməsinə yönəlmişdi. Doğrudur, o zaman AXC Ali Məclisinin üzvü QurbanMəmmədov AXC İH-nin bəzi üzvlərinə: “Nəyi gözləyirik? Xalq üsyana hazırdır. Hakimiyyəti götürməklazımdır” desə də, yerlərdən belə radikal tələblər gəlsə də İdarə Heyəti bu təkliflərə məhəlqoymayıb, müzakirə belə etmədi. […] Bakıda antisovet qiyam qalxdığını bəhanə edib 20 yanvarfaciəsini törətmək üçün heç bir əsas yox idi”.(O.B.Sultanov. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə, 81-82-cisəhifələr).***“… Artıq 19 yanvar gecəsi Bakıya qoşunların daxil olacağı haqda E.Məmmədova məlumat verildi.[…] E.Məmmədovun özünün dediyi kimi, aldığı məlumatı televiziya ilə xalqa çatdırmaq cəhdi isəyanvarın 19-da saat 19.27 dəqiqədə Azərbaycan televiziyasının enerji bloku partladılması üzündənqeyri-mümkün oldu”.(Yenə orada, 83-üncü səh.).***Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetininq ə r a r ıNaxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında SSRİ Əsas Qanununun 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən onun tərkib hissəsiolan Naxçıvan MSSR suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən;Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici orqanlarının İttifaq orqanlarına dəfələrləedilən müraciəti nəticəsiz qaldığından;Ermənistan SCR tərəfindən edilən hərbi təcavüz nəticəsində muxtar res-publikanın ərazibütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldı-ğından;Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı iləbağlanan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundanNaxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır:1) Naxçıvan MSSR SSRİ tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.

 

2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan respublikası-nın ərazi bütövlüyünüqorumaq və kütləvi insan qırğınının qarşısını al-maq məqsədilə Türkiyə respublikasına müraciətedilsin.3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkila-tına, İran İslam Respublikasınavə dünyanın bütün dövlətlərinə kömək məqsədilə müraciət olunsun.4) Naxçıvan respublikası ərazisində olan sovet qoşun hissələri respub-likadan çıxarılsın.5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan respublikasına edi-lən təcavüzə son qoyulsun.6) Qərar Azərbaycan SSR və SSRİ dövlətlərinin nəzərinə çatdırılsın. Naxçıvan MSSR Ali SovetiRəyasət Heyətinin sədri S.Əliyeva Naxçıvan MSSR Ali SovetiRəyasət Heyətinin katibi H.Xəlilov Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il ”.(Qərarın mətni “Şərq qapısı” qəzetinin 20 yanvar 1990 tarixli birinci sayında dərc edilib). 27 *** “1990-cı il 19 yanvarında Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərarı da novruzgülünəbənzətmək olar. Bu tarixi qərar qəbul olunanda hələ Ukrayna kimi böyük bir ölkə susurdu.Demokratiyanın xalq hərəkatının bayraqdarı sayılan Litva, Latviya, Estoniya ayrılmaq, azadlığaqovuşmaq üçün məqam gözləyirdi…[…]Yaponiyadan tutmuş Almaniyayadək, Fransadan tutmuş ABŞ-adək dünyanın onlarca ölkəsinininformasiya mənbələri Naxçıvanın SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar qəbul etdiyindənxəbər versə də sovet informasiya vasitə-ləri və sovet siyasətçiləri susdular.Bir neçə gün sonra sovet informasiya mənbələri kiçik və dolaşıq bir xəbər yaydılar: AzərbaycanSSR Ali Sovetinin Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarınıləğv etmişdir. “Həmin qərarda nə deyilirdi?”, “hansı əsasla onu ləğv etdilər?” sualları isə cavabsızqaldı.Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı verilən günün səhərisi Naxçıvanşəhərindən 8 dildə radio verilişi efirə çıxdı, mətbut üzərindən nəzarət götürüldü, “Şərq qapısı”qəzetinin 8 nömrəsi azad çap olundu.Naxçıvan Respublikası 8 gün müstəqil oldu. Bu az müddət xalqda öz gücünə inamı artırdı. İlinsonunda, noyabrın 17-də keçirilən sessiyada Naxçıvanın adına pərçimlənmiş “Sovet Sosialist”sözləri atıldı. Bir gecənin içərisində hökumət binaları üzərindəki qırmızı bayraqlar çıxarıldı, yerinəAzərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı sancıldı. Üç ay sonra Azərbaycan AliSoveti bunları təkrarladı. Xalq azadlıq hərəkatında Naxçıvan Azərbaycanı irəliyə dartan bir qüvvəolduğunu bir daha sübüt etdi. […] Ə[li] HÜSEYNOĞLU [ŞAMİLOV] “.(“Şərq qapısı” qəzeti, 19 yanvar 1992, N:008).

 

Обсуждение закрыто.