Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 16 YANVAR

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 16 YANVAR

16 yanvar 1990. “Qitələr, hadisələr” verilişində Qabil Hüseynov fövqəladə vəziyyəti pislədi vəbirtərəfli olduğunu qeyd edib dedi ki, Ermənistan kənarda qalıb, halbuki əsas irtica mənbələrioradadır. Qabil Hüseynov xalqı yaramaz hərəkətlər etməkdən çəkinməyə çağırdı. Bugünkü“İzvestiya” qəzetindəki və “Zaman” proqramındakı qərəzli xəbərləri, Qorbaçovun bir dəfə də olsunburada olmamasını tənqid etdi: Nə üçün Er-mənistanda zəlzələ olan kimi rəhbərlik ora tez getdi?Məgər milli fəla-kət təbii fəlakətdən az acınacaqlıdır?O verilişdən sonra Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov fövqəladə vəziyyətin düzgünlüyündəndanışıb dedi ki, ayrı-ayrı yerlərdə pozğunluq təhlükəsi, qanuna zidd hərəkət olarsa hər cür tədbirlərəəl atılacaq.“Günün ekranı”nda SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Primakovdan Alı Mustafayev müsahibə aldı. O, yalnız “çalışırıq” deməklə kifayətləndi. Sonra Ayaz Mütəllibov yenidən fövqəladəvəziyyətin düzgünlüyündən danışdı. Neftayırma zavodunun fəhlələrinin hamısı Mərkəzi pisləyib,onun qəti iş görmədiyini dedilər.Tatar Ravil Baqadinov çox yaxşı danışdı (əvvəl azərbaycanca, sonra rusca). Mərkəzi televiziyanı,qəzetləri pislədi.“Vremya” yenə birtərəfli olub.“Vremya”dan sonra “Aktual ekran” oldu. Birinci Bakı şəhər partiya komitəsinin I katibi MüslümMəmmədov danışdı və dedi ki, fövqəladə vəziyyətə qarşı çıxanlar, onu pisləyənlər var. 7-cimaddəyə qarşı çıxırlar. Bu maddədə deyilir ki, əgər lazım olarsa Bakıda, Gəncədə, Xanlarda vəbaşqa yerlərdə komendant saatı olacaq respublika Ali Soveti-nin qərarı ilə. (Təkrar etdi ki, “lazımolarsa”…).

 

Sonra Qaçqınlar Cəmiyyətinin sədri Niftalı Qocayev və Lenin adına APİ-nin müəllimi danışdılar.Onlar xalqı dincliyə çağırdılar və dedi-lər ki, biz onlar (ermənilər) səviyyəsinə enməməliyik. Yoxsakomendant saatı olar.Uzun dövrdən sonra bu axşam Şıxəli Qurbanovun “Sənsiz” tamaşasını Amalya Pənahovanınverdiyi quruluşda göstərdilər. 16 yanvara aid mənim öz qeydim. “Azadlıq” qəzeti redaksiyasında cəbhəçi Fəzail Ağamalıyevin da-nışdıqlarından. [Fəzail bəycəbhədən birbaşa redaksiyaya gəlmişdi. Əynində hərbi geyim vardı və əsl döyüşçüyə bənzəyirdi.Bütün əməkdaşları-mız onu böyük maraqla dinləyirdi. Bizə hər şeyi çəkinmədən açıb danışdı (birçox şeyləri mən yazmıram)].Yanvarın 15-indən 16-sına keçən gecə saat 2-yə 5 dəqiqə qalmış 4 tank, 2 BTR, 10 avtomat, 1pulemyot, 1 snayper ilə Çaykəndə hücum etdik. Mərmilə-rimiz yoxdu. Buludvuran topdan da həqiqitop düzəldilmişdi (3 dənə). 6 top atıldı, ermənilər qaçdı (30-a qədər top gülləsi vardı). Əməliyyat 1saat 20 dəqiqə çəkdi. Top qızdı, güllə içində qaldı. Bizdən heç kəsin burnu da qanamayıb.Ermənilər avtomat və pulemyotla cavab verdilər. Tankların işığını yandırmamışdıq.Hacıkənddən saat 5-in yarısında çıxdıq. Azad və Kamodan ermənilər qaçdılar; deyəsən,Çaykəndə doluşublar.Vertolyot gündə Çaykəndə 2-3 dəfə adam aparıb-gətirir.Vertolyotumuz olmadı. 45 butulka hazır idi.Gəncədə Qərib İsgəndərovu25 erməniləri müdafiə etdiyinə görə döyüb-lər. Ayın 12-sində plenumolub, onu işdən çıxarıblar.Uşaqlarımız çox coşğundur.Sarsıntılar da olur. Xanlarda bu gün 3 nəfəri basdırdıq. Kirov küçə-sinə bu gün şəhid Səbuhinin26adı verildi. Gəncəli bir oğlanın təklifi ilə onlar Xanların girəcəyində basdırıldılar. Gəncədə HəsənHəsənovla görüşdük.***Bu gündən Bakıya qoşunlar gətirilməyə başlayıb. Ən müxtəlif istiqamətlərdən gələcək hərbiqüvvələrin şəhərə girməsinin qarşısını almaq üçün şəhərin girəcəklərində adamlar ən müxtəlif şeylərdən barrikadalar qurmağa çalışırlar.

 

Обсуждение закрыто.